a2. Fəil cümləsi

اَلْجُمْلَةُ الْفِعْلِيَّةُ

وَ الْجُمْلَةُ الْفِعْلِيَّةُ; fiil cümləsi – o elə bir cümlədir ki, fiil və faildən və ya onun naibindən ibarətdir. Məsələn, سَافَرَ أَبُوهُ ifadəsi sənin "Məhəmməd, atası səfərə çıxandır" sözündəki fiil və faildən ibarət cümləyə misaldır. Və يُضْرَبُ غُلاَمُهُ ifadəsi isə sənin "Xalid, oğlu döyüləndir" sözündəki fiil və naib-i faildən ibarət cümləyə misaldır.

Fiil cümləsinə gəldikdə; o, fiil və faildən və ya naib-i faildən ibarət olan cümlədir. Fiil və faildən ibarət cümlənin misalı sənin bu sözündür:

مُحَمَّدٌ سَافَرَ أَبُوهُ

"Məhəmməd, atası səfərə çıxandır" sözündəki سَافَرَ أَبُوهُ ifadəsi kimi. Bu ifadədə سَافَرَ fiildir, أَبُوهُ isə onun failidir və سَافَرَ أَبُوهُ ifadəsi mübtəda olan مُحَمَّدٌ sözünün xəbəri olmaq üçün mahallən mərfudur.

أَبُوهُ سَافَرَ مُحَمَّدٌ
Xəbər Mübtəda
Fail Fiil
Fiil cümləsi
Mahallən mərfu

Fiil və naib-i faildən ibarət olan cümlənin misalı isə sənin bu sözündür:

خَالِدٌ يُضْرَبُ غُلاَمُهُ

"Xalid, oğlu döyüləndir" sözündəki يُضْرَبُ غُلاَمُهُ ifadəsi kimi. Bu ifadədə يُضْرَبُ məchul bina olan muzari fiildir və غُلاَمُهُ isə onun naib-i failidir. Eyni zamanda يُضْرَبُ غُلاَمُهُ ifadəsi mübtəda olan خَالِدٌ sözünün xəbəri olmaq üçün mahallən mərfudur.

غُلاَمُهُ يُضْرَبُ مُحَمَّدٌ
Xəbər Mübtəda
Naib-i fail Məchul fiil
Fiil cümləsi
Mahallən mərfu

Qeyd: Mübtədanın xəbəri cümlə şəklində gəldikdə, o cümlədə mübtədaya qayıdan bir zamir və ya işarət ismi olmalıdır. Bu misallarda isə huve zamirləri mübtədaya qayıdan zamirlərdir.

مُحَمَّدٌ سَافَرَ أَبُوهُ

Məhəmməd, atası səfərə çıxandır

مُبْتَدَأٌ، مَرْفُوعٌ بِالْإِبْتِدَاءِ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ مُحَمَّدٌ
Mübtəda, ibtidə ilə mərfu, rəf əlaməti axırındakı zahir dammə
فِعْلٌ مَاضٍ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، لاَ مَحَلَّ لَهَا مِنَ الْإِعْرَابِ سَافَرَ
Mazi feil, fətə üzərində məbni, i'rabdan məhəlli yoxdur
فَاعِلٌ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الْوَاوُ نِيَابَةً عَنِ الضَّمَّةِ لِأَنَّهُ مِنَ الْأَسْمَاءِ الْخَمْسَةِ وَ هُوَ مُضَافٌ أَبُو
Fail, mərfu, rəf əlaməti; Əsmayi-xəmsədən olduğu üçün dammədən naib olan vav ilədir. Müzaf
ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الضَّمِّ، فِي مَحَلِّ جَرٍّ بِالْإِضَافَةِ، مُضَافٌ إِلَيْهِ هُ
Müttəsil zamir, dammə üzərində məbni, izafət ilə məhəllən məcrur, müzafun-ileyh
سَافَرَ أَبُوهُ
Feil cümləsi (feil və faili ilə birlikdə) mübtəda olan محمد sözünün xəbəri olaraq məhəllən mərfudur

خَالِدٌ يُضْرَبُ غُلاَمُهُ

Xalid, oğlu döyüləndir

مُبْتَدَأٌ، مَرْفُوعٌ بِالْإِبْتِدَاءِ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ خَالِدٌ
Mübtəda, ibtidə ilə mərfu, rəf əlaməti axırındakı zahir dammə
فِعْلٌ مُضَارِعٌ مَبْنِيٌّ لِلْمَجْهُولِ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ يُضْرَبُ
Binası məchul muzari feil, mərfu, rəf əlaməti axırındakı zahir dammə
نَائِبُ فَاعِلٍ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ وَ هُوَ مُضَافٌ غُلاَمُـ
Naib-i fail, mərfu, rəf əlaməti axırındakı zahir dammə. Müzaf
ضَمِيرٌ مُتَّصِلٌ، مَبْنِيٌّ عَلَى الضَّمِّ، فِي مَحَلِّ جَرٍّ بِالْإِضَافَةِ، مُضَافٌ إِلَيْهِ ـهُ
Müttəsil zamir, dammə üzərində məbni, izafət ilə məhəllən məcrur, müzafun-ileyh
يُضْرَبُ غُلاَمُهُ
Feil cümləsi (məchul feil və naib-i faili ilə birlikdə) mübtəda olan خالد sözünün xəbəri olmaq üçün məhəllən mərfudur
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › a2. Fəil cümləsi
🎓
Xoş gəldiniz! Sual soruşun!