Xəbərin Xüsusiyyətləri

خَصَائِصُ الْخَبَرِ

وَ الْخَبَرُ؛ هو الْاِسْمُ الْمَرْفُوعُ الَّذِي يُسْنَدُ إِلَى الْمُبْتَدَأِ وَ يُحْمَلُ عَلَيْهِ فَيَتِمُّ بِهِ مَعَهُ الْكَلاَمُ وَ مِثَالُهُ؛ حَاضِرٌ مِنْ قَوْلِكَ؛ مُحَمَّدٌ حَاضِرٌ

وَ الْخَبَرُ؛ və xəbər; هُوَ الْاِسْمُ isimdir, الْمَرْفُوعُ merfu isimdir, الَّذِي elə merfu isimdir ki; يُسْنَدُ isnad olunur, إِلَى الْمُبْتَدَأِ mübtədəyə, وَ يُحْمَلُ عَلَيْهِ və mübtədəyə hamlanır, فَيَتِمُّ بِهِ مَعَهُ və o xəbər ilə tamam olur, الْكَلاَمُ kəlam, وَ مِثَالُهُ misalı isə; حَاضِرٌ sənin bu sözündəki حَاضِرٌ kimi; مُحَمَّدٌ حَاضِرٌ "Məhəmməd hazırdır" kimi.

Xəbərin Xüsusiyyətləri

Xəbər, mübtədəyə isnad olunan və yenə mübtədəyə hamlanılan və kəlamın onunla tam olduğu merfu isimdir. Misalı isə sənin bu sözündəki;

مُحَمَّدٌ حَاضِرٌ

"Məhəmməd hazırdır" tərkibindəki حَاضِرٌ sözü kimidir. Bu tərkibdə حَاضِرٌ sözü mübtəda olan مُحَمَّدٌ sözünə isnad olunur. Eyni zamanda حَاضِرٌ sözü mübtəda olan مُحَمَّدٌ üzərinə hamlanır. Yəni həm isnad, həm də tahmil mövcuddur.

مُحَمَّدٌ حَاضِرٌ

Məhəmməd hazırdır

مُبْتَدَأٌ، مَرْفُوعٌ بِالْإِبْتِدَاءِ، عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ مُحَمَّدٌ
Mübtəda, ibtidai ilə merfu, ref əlaməti axırındakı zahir dammə
خَبَرُ الْمُبْتَدَأِ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ حَاضِرٌ
Mübtədanın xəbəri, merfu, ref əlaməti axırındakı zahir dammə
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Xəbərin Xüsusiyyətləri
🎓
Xoş gəldiniz! Sual soruşun!