Mübtədanın Şərtləri

شُرُوطُ الْمُبْتَدَأِ

وَ أَقُولُ: الْمُبْتَدَأُ؛ عِبَارَةٌ عَمَّا اجْتَمَعَ فِيهِ ثَلاَثَةُ أُمُورٍ؛

اَلْأَوَّلُ، أَنْ يَكُونَ اسْمًا؛ فَخَرَجَ عَنْ ذَلِكَ الْفِعْلُ وَ الْحَرْفُ

وَ الثَّانِي، أَنْ يَكُونَ مَرْفُوعًا؛ فَخَرَجَ بِذَلِكَ الْمَنْصُوبُ وَ الْمَجْرُورُ بِحَرْفِ جَرٍّ أَصْلِيٍّ.

وَ الثَّالِثُ، أَنْ يَكُونَ عَارِيًا عَنِ الْعَوَامِلِ اللَّفْظِيَّةِ. وَ مَعْنَى هَذَا أَنْ يَكُونَ خَالِيًّا مِنَ الْعَوَامِلِ اللَّفْظِيَّةِ، مِثْلِ الْفِعْلِ وَ مِثْلِ كَانَ وَ أَخَوَاتِهَا، فَإِنَّ الْاِسْمَ الْوَاقِعَ بَعْدَ الْفِعْلِ يَكُونُ فَاعِلاً أَوْ نَائِبًا عَنِ الْفَاعِلِ عَلَى مَا سَبَقَ بَيَانُهُ وَ الْاِسْمَ الْوَاقِعَ بَعْدَ كَانَ أَوْ إِحْدَى أَخَوَاتِهَا يُسَمَّى اسْمَ كَانَ وَ لاَ يُسَمَّى مُبْتُدَأً

وَ مِثَالُ الْمُسْتَوْفِي هِذِهِ الْأُمُورَ الثَّلاَثَةَ مُحَمَّدٌ فِي قَوْلَكَ؛ مُحَمَّدٌ حَاضِرٌ، فَإِنَّهُ اسْمٌ مَرْفُوعٌ لَمْ يَتَقَدَّمْهُ عَامِلٌ لَفْظِيٌّ

وَ أَقُولُ və mən də (Şərhçi) deyirəm ki: الْمُبْتَدَأُ Mübtəda, عِبَارَةٌ ifadədir, عَمَّا اجْتَمَعَ özündə toplanan, فِيهِ ثَلاَثَةُ أُمُورٍ üç şərtdən ibarət olan, اَلْأَوَّلُ birincisi; أَنْ يَكُونَ اسْمًا isim olmasıdır, فَخَرَجَ bu qeyd ilə çıxır, عَنْ ذَلِكَ bundan, الْفِعْلُ وَ الْحَرْفُ fel və hərf, وَ الثَّانِي ikincisi; أَنْ يَكُونَ مَرْفُوعًا merfu olmasıdır, فَخَرَجَ بِذَلِكَ bu qeyd ilə də çıxır, الْمَنْصُوبُ mansub isim, وَ الْمَجْرُورُ və mecrur isim, بِحَرْفِ جَرٍّ أَصْلِيٍّ asli cer hərfi ilə olan mecrur isim, وَ الثَّالِثُ üçüncüsü isə; أَنْ يَكُونَ عَارِيًا ari, yəni mücərrəd olmasıdır, عَنِ الْعَوَامِلِ اللَّفْظِيَّةِ ləfz amillərindən, وَ مَعْنَى هَذَا bunun yəni ləfz amillərindən ari olma mənası isə; أَنْ يَكُونَ خَالِيًّا boş olmasıdır, مِنَ الْعَوَامِلِ اللَّفْظِيَّةِ ləfz amillərindən, مِثْلِ الْفِعْلِ məsələn fel kimi, وَ مِثْلِ كَانَ وَ أَخَوَاتِهَا və ya kâne və onun bacıları kimi, فَإِنَّ الْاِسْمَ الْوَاقِعَ çünki felin ardınca gələn isim, بَعْدَ الْفِعْلِ fildən sonra, يَكُونُ olur, فَاعِلاً fail, أَوْ نَائِبًا عَنِ الْفَاعِلِ və ya naib-i fail, عَلَى مَا سَبَقَ بَيَانُهُ bunun izahı əvvəl keçib, وَ الْاِسْمَ الْوَاقِعَ və vaki olan isim, بَعْدَ كَانَ kâne-dən sonra, أَوْ إِحْدَى أَخَوَاتِهَا və ya onun bacılarından birindən sonra, يُسَمَّى اسْمَ كَانَ kâne-nin ismi adlanır, وَ لاَ يُسَمَّى مُبْتُدَأً mübtəda adlanmır. وَ مِثَالُ الْمُسْتَوْفِي və bu üç şərtə uyğun olan misal isə, هِذِهِ الْأُمُورَ الثَّلاَثَةَ bu üç şərtə (isim, merfu və ləfz amillərindən ari olma) uyğun olaraq, مُحَمَّدٌ فِي قَوْلَكَ sənin bu ifadəndəki مُحَمَّدٌ sözüdür; مُحَمَّدٌ حَاضِرٌ "Məhəmməd hazırdır", çünki o مُحَمَّدٌ sözü; اسْمٌ isimdir, مَرْفُوعٌ merfudur, لَمْ يَتَقَدَّمْهُ ona əvvəl ləfz amili gəlməyib, عَامِلٌ لَفْظِيٌّ ləfz amili.

Mübtədanın Şərtləri

Mən də (Şərhçi) deyirəm ki; Mübtəda, özündə bu üç şərtin bir arada olmasından ibarət olan ləfzdır.

Birincisi; Mübtədanın isim olması: Bu qeyd ilə fel və hərf mübtəda ola bilməz.

İkincisi; Mübtədanın merfu olması: Bu qeyd ilə mansub isim və asli cer hərfi ilə mecrur olan isim mübtəda ola bilməz. (Lakin zayd cer hərfi ilə mecrur olan mübtəda ola bilər)

Üçüncüsü; Mübtədanın ləfz amillərindən ari olması: Bunun mənası isə ləfz amillərindən boş olması, yəni başına ləfz amili gəlməməlidir. Məsələn fel kimi və ya kâne və onun bacıları kimi. Çünki fildən sonra gələn isim fail və ya naib-i fail olur. Bunun izahı əvvəl keçib. Ya da kâne və onun bacılarından birindən sonra gələn ismə kâne-nin ismi deyilir, mübtəda deyil.

Yuxarıda qeyd olunan üç şərti təmin edən misal isə sənin bu sözündədir;

مُحَمَّدٌ حَاضِرٌ

“Muhammed gəlir” ifadəsindəki مُحَمَّدٌ sözü kimidir. Çünki مُحَمَّدٌ sözü isimdir, merfudur və önünə ləfzəvi bir amil keçməyib.

مُحَمَّدٌ حَاضِرٌ

Muhammed gəlir

مُبْتَدَأٌ، مَرْفُوعٌ بِالْإِبْتِدَاءِ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ مُحَمَّدٌ
Mübtəda, ibtida ilə merfu, ref əlaməti isə axırındakı zahir dammə
خَبَرُ الْمُبْتَدَأِ، مَرْفُوعٌ وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ حَاضِرٌ
Mübtədanın xəbəri, merfu, ref əlaməti isə axırındakı zahir dammə

Lakin zeyd hərfi-cər ilə məcrur olan bir mübtəda ola bilər, misalları isə;

بِحَسْبِكَ دِرْهَمٌ

“Sənə bir dirhəm kifayətdir” ifadəsində ba hərfi-cəri zeyddir və حَسْبُ sözü isə mahallən merfu, lakin ləfzən məcrur mübtədadır.

هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللهِ يَرْزُقُكُمْ سورة الفاطر ٣

“Ruz verən Allahdan başqa bir yaradan varmı?” Fatir surəsi 3-cü ayəsində مِنْ hərfi-cəri zeyddir və خَالِقٍ sözü isə ləfzən məcrur, lakin mahallən merfu olan mübtədadır.

رُبَّ رَجُلٍ كَرِيمٍ لَقِيتُهُ

“Görüşdüyüm nə səxavətli bir adam” ifadəsində رُبَّ zeydə bənzəyən hərfi-cərdir və رَجُلٍ sözü isə ləfzən məcrur və mahallən merfu olan mübtədadır.

*Mübtədanın lüğəvi mənası isə;

مَا ابْتُدِئَ بِهِ الْكَلاَمُ

“Kəlamın özü ilə başlandığı söz” kimidir.

Amillər ləfzəvi və mənəvi olaraq iki yerə bölünür. İmam Birgəvi (Allah rəhmət eləsin) Avamil və İzhar kitablarında amilləri təsnif edir. Ləfzəvi amillər adından da göründüyü kimi ləfzən varid olurlar. Ən güclü amil isə fildir. Fil və ya İnne, kâne, kâde, zanne və bənzərləri və ya əsas olan hərfi-cərlər kimi sözlər ismin əvvəlinə gəlib onun üzərində ləfzən və ya mənən təsir edirlər. Buna görə belə sözlərə amil, təsir etdikləri sözlərə isə mamul, təsir etdikləri sözlərdə açıq-aşkar olan əlamətlərə isə irab deyilir. Məsələn جَاءَ زَيْدٌ deyərkən جَاءَ feli زَيْدٌ sözünü fail edib merfu etmişdir və جَاءَ feli ləfzəvi amil olmuşdur. Lakin nəsb və cezm edən edatlardan təcrid olunan muzari feli ilə ibtida ilə təsir edən mübtəda da mənəvi bir amil ilə merfudurlar.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Mübtədanın Şərtləri
🎓
Xoş gəldiniz! Sual soruşun!