Zahir Faillərin Bölmələri Haqqında Cədvəl
|
أَقْسَامُ الْفَاعِلِ الظَّاهِرِ Zahir Fəilın Bölmələri |
|||
| مُفْرَدٌ | مُثَنًّى | جَمْعٌ | |
| سَالِمٌ | تَكْسِيرٌ | ||
| Müfrəd | Müsənna | Cəmi Salim | Cəmi Teksir |
Cədvəldə göstərilən müfrəd, müsənna, cəmi salim və cəmi teksir olmaqla dörd hissəyə bölünən fəillər ya müzəkkərdir, ya da müənnəsdir. Buna görə ümumilikdə səkkiz zahir fəilimiz olur, bunlar;
| مُفْرَدٌ مُذَكَّرٌ | ١ |
| مُفْرَدٌ مُؤَنَّثٌ | ٢ |
| ةُثَنًّى مُذَكَّرٌ | ٣ |
| ةُثَنًّى مُؤَنَّثٌ | ٤ |
| جَمْعُ مُذَكَّرٍ سَالِمٌ | ٥ |
| جَمْعُ مُؤَنَّثٍ سَالِمٌ | ٦ |
| جَمْعُ تَكْسِيرٍ لِمُذَكَّرٍ | ٧ |
| جَمْعُ تَكْسِيرٍ لِمُؤَنَّثٍ | ٨ |
Yuxarıda verilən zahir fəillərin feli ya məzi olur, ya da muzari. Bu məzi və ya muzari olan feli də ya müfrəd müzəkkər, ya da müfrəd müənnəs olur. Fəil təsnə də olsa, cəmi də olsa feli müfrəd olur. Lakin fəil müənnəsdirsə, felin məzisində sükunlu ta-i tə'nis olur. Muzaridə isə müfrəd müənnəs qayıb sigası işlədilir, hamısına nümunələr;
| Müzəkkər Fəillər | Müfrəd Müzəkkər Fel | |
| Müfrəd | الرَّجُلُ |
جَاءَ يَجِيءُ |
| İki nəfər (Müsenna) | الرَّجُلَانِ | |
| Cəm Salim | الرَّجُلُونَ | |
| Cəm Təkşir | الرِّجَالُ | |
| Müənnəs Fəillər | Müfrəd Müənnəs Fəil | |
| Tək (Müfrəd) | زَيْنَبُ |
جَاءَتْ تَجِيءُ |
| İki nəfər (Müsenna) | الزَّيْنَبَانِ | |
| Cəm Salim | الزَّيْنَبَاتُ | |
| Cəm Təkşir | الزَّيَانِبُ | |
Yuxarıda təfsilatı verilən zahir fəillərin bir hissəsinin rəf əlaməti zahir dammə, bir hissəsinin rəf əlaməti müqəddər dammə və bir hissəsinin rəf əlaməti isə dammədən naib olan hərflərlədir. Adətən dammədən naib olan üç hərf var və bunlar vav, əlif və nunun sabit qalmasıdır. Dammədən naib olan vav; cəm müzəkkər salim və əsma-i xamsədə, dammədən naib olan əlif isə müsenna isimlərdə olur. Dammədən naib olan nunun sabit qalması əf'al-i xamsədən olan muzari feyllərdə olduğu üçün bu mövzuya aid deyil. Yəni burada dammədən naib olan hərflərdən məqsəd vav və əlifdir. Onsuz da yuxarıda cəm müzəkkər salim fəil və müsenna fəil nümunəsi verildi, indi müqəddər dammə ilə mərfu olanlar və dammədən naib olan vav ilə mərfu əsma-i xamsədən olan fəillərin nümunələrini görək;
| Rəf Əlaməti | Müfrəd Müzəkkər Fəil | |
| Çətinlikdən dolayı müqəddər dammə | الْفَتَى |
جَاءَ يَجِيءُ |
| Ağırlıqdan dolayı müqəddər dammə | الْقَاضِي | |
| Uyğunluqdan dolayı müqəddər dammə | صَدِيقِي | |
| Dammədən naib olan vav | أَبُوكَ | |