Zahir Olan Faillərin İrabı
ظاهِر فاعِلین اِعرابِی
İrabı zahir damme ile olan fâilə misal: keçmişdə verilən bütün misallar, müzekker və müənnəs müsenna və müzekker cəmi salim fâil istisna olmaqla. İrabı müqəddər damme ilə olan fâilə misal: keçmiş zaman feli ilə; حَضَرَ الْفَتَى (Gənc gəldi), سَافَرَ الْقَاضِي (Qazi səfərə çıxdı), أَقْبَلَ صَدِيقِي (Dostum gəldi). İrabı müqəddər damme ilə olan fâilə misal: indiki zaman feli ilə; يَحْضُرُ الْفَتَى (Gənc gəlir), يُسَافِرُ الْقَاضِي (Qazi səfərə çıxır), يُقْبِلُ صَدِيقِي (Dostum gəlir). İrabı damme əvəzinə olan hərflərlə olan fâilə misal: müzekker və müənnəs müsenna fâil misalları, müzekker cəmi salim fâil misalları və həmçinin keçmiş zaman feli ilə; حَضَرَ أَبُوكَ (Atan gəldi), سَافَرَ أَخُوكَ (Qardaşın səfərə çıxdı), indiki zaman feli ilə; يَحْضُرُ أَبُوكَ (Atan gəlir), يُسَافِرُ أَخُوكَ (Qardaşın səfərə çıxır).
İrabı zahir damme ilə olan fâilə misal; müzekker və müənnəs müsenna (ikilik fâil) və müzekker cəmi salim fâil istisna olmaqla, keçmişdə verilən fâil misalları kimidir. İrabı müqəddər damme ilə olan fâilə misal isə, elif-i maksura, elif-i mankusa və ya-i mütekellim alan fâillərdə olur, keçmiş zaman feli ilə misalları:
حَضَرَ الْفَتَى
“Bir gənc gəldi” və,
سَافَرَ الْقَاضِي
“Hakim səfərə çıxdı” və,
أَقْبَلَ صَدِيقِي
“Dostum gəldi” kimidir. Bu tərkiblərdə fail olan الْفَتَى sözünün ref əlaməti; çətinlikdən dolayı zahir dammənin aşkar olmasının qarşısının alınması səbəbilə əlif üzərində müqəddər bir dammə ilədir. Digər fail olan الْقَاضِي sözünün ref əlaməti isə; ağırlıqdan dolayı zahir dammənin aşkar olmasının qarşısının alınması səbəbilə ya üzərində müqəddər bir dammə ilədir. Digər صَدِيقِي sözünün ref əlaməti isə; münasibət səbəbilə ya-i mütəkəllimin əvvəlində müqəddər bir dammə ilədir.
Muzari feil ilə misalları isə;
يَحْضُرُ الْفَتَى
“Bir gənc gəlir” və,
يُسَافِرُ الْقَاضِي
“Hakim səfərə çıxır” və,
يُقْبِلُ صَدِيقِي
“Dostum gəlir” kimidir və yuxarıda qeyd olunan çətinlik, ağırlıq və münasibət səbəblərinə görə bu sözlərdə dammə müqəddər olur.
Ref əlaməti dammədən naib olan hərflərlə olan failərin misalına gəldikdə; Bunların misalı da müsenna müzəkkər və müsenna müənnəs olan failərin misallarında, cəmi müzəkkər musəhhəh, yəni cəmi müzəkkər salim olan failin misallarında keçmişdir. Çünki təsniyə failin ref əlaməti dammədən naib olan əlif ilədir və cəmi müzəkkər salim olan failin ref əlaməti isə dammədən naib olan vav ilədir. Bunlarla bərabər əsma-i xamsənin də ref əlaməti dammədən naib olan vav ilədir, mazi feil ilə misalları;
حَضَرَ أَبُوكَ
“Atan gəldi” və,
سَافَرَ أَخُوكَ
“Qardaşın səfərə çıxdı” kimidir, muzari feil ilə misalları isə;
يَحْضُرُ أَبُوكَ
“Atan gəlir” və,
يُسَافِرُ أَخُوكَ
“Qardaşın səfərə çıxır” kimidir.