Failin Şərtləri 2
فَاعِلİN ŞƏRTLƏRİ ٢
وَ قَوْلُنَا {الْمَرْفُوعُ}؛ çıxardır nə ki, mənsub və ya məcrur olan sözləri. Yəni onların heç biri fail ola bilməz.
وَ قَوْلُنَا və əvvəlki dərsdə Müəllif və Şərhçinin dediyi اَلْفَاعِلُ؛ هُوَ الْاِسْمُ الْمَرْفُوعُ الْمَذْكُورُ قَبْلَهُ فِعْلُهُ "Fail; Fəili özündən əvvəl zikr olunan mərfu isimdir" sözümüzdəki {الْمَرْفُوعُ} "Mərfudur" qeydinə gəldikdə; يُخْرِجُ çıxardır, مَا كَانَ مَنْصُوبًا mənsub olan sözü, أَوْ مَجْرُورًا və ya məcrur olan sözü, فَلاَ يَكُونُ buna görə ola bilməz, وَاحِدٌ مِنْهُمَا onların ikisindən, yəni mənsub və ya məcrur isimdən heç biri, فَاعِلاً fail ola bilməz.
Failin Şərtləri 2
Müəllifin və Şərhçinin etdiyi هُوَ الْاِسْمُ الْمَرْفُوعُ الْمَذْكُورُ قَبْلَهُ فِعْلُهُ qeydindəki الْمَرْفُوعُ "Mərfudur" qeydinə gəldikdə; Bu qeyd mənsub və məcrur olan isimləri tərifdən çıxardır və bu iki sözdən heç biri fail ola bilməz.
Birinci şərtdə deyildiyi kimi, fail, istər açıq olsun, istərsə də açıq isimlə təvil edilsin, mərfu bir isimdir.
Lakin zayd hərfi-cərlə (Min və Ba hərfi-cərləri ilə) məcrur olan isim fail ola bilər, misal:
أَنْ تَقُولُوا مَا جَاءَنَا مِنْ بَشِيرٍ Maida surəsi ١٩
"Bizə bir xəbər verən gəlmədi deməniz..." Maida surəsi 19-cu ayəsində بَشِيرٍ sözü zayd min hərfi-cəri ilə məcrur olan faildir. Hərfi-cər olmadan بَشِيرٌ şəklindədir.
كَفَى بِاللهِ شَهِيدًا İsra surəsi ٩٦
"Şahid olaraq Allah kifayətdir" İsra surəsi 96-cı ayəsində اللهِ sözü zayd ba hərfi-cəri ilə məcrur olan faildir və hərfi-cər olmadan اللهُ şəklindədir.
أَسْمِعْ بِهِمْ وَ أَبْصِرْ Məryəm surəsi ٣٨
"Onlar necə gözəl eşidirlər və görürlər" Məryəm surəsi 38-ci ayəsində təəccüb sigası var. بِهِمْ sözünün əvvəlində ba hərfi-cəri zayddır. Zayd hərfi-cər fail olan هُمْ zamirini mahallen məcrur etmişdir.
Min hərfi-cərinin zayd olması üçün şərt; əvvəlində inkar olacaq və daxil olduğu söz nekira olacaq. Ba hərfi-cərinin zayd olması üçün şərt isə; mənanı gücləndirmək, vurğulamaq üçündür. Son misalda olduğu kimi də təəccüb fiilinin failinə daxil olur.