Təlimatlar & Tapşırıqlar

تَمْرِينَاتٌ

Təlimlər

١. أَجِبْ عَنْ كُلِّ جُمْلَةٍ مِنَ الْجُمَلِ الْآتِيَةِ بِجُمْلَتَيْنِ فِي كُلِّ وَاحِدَةٍ مِنْهُمَا فِعْلٌ مُضَارِعٌ؛

1. Aşağıdakı cümlələrin hər birinə iki cümlə ilə cavab ver – hər bir cavabda müzari (indiki zaman) fel olsun!

مَا الَّذِي يُؤَخِّرُكَ عَنْ وَاجِبِكَ؟

Səni tapşırığından geri saxlayan nədir?

يُؤَخِّرُنِي عَنْ وَاجِبِي اللَّعِبُ مَعَ زُمَلاَئِي

Dostlarımla oynamaq məni tapşırığımdan geri saxlayır

يُؤَخِّرُنِي عَنْ وَاجِبِي أَنَّنِي لاَ أَجِدُ مَنْ يُعَاوِنُنِي عَلَى أَدَائِهِ

Tapşırığımı yerinə yetirmək üçün mənə kömək edən birini tapa bilməməm məni tapşırığımdan geri saxlayır

هَلْ تُسَافِرُ غَدًا؟

Sabah səfərə çıxacaqsan?

نَعَمْ، سَأُسَافِرُ غَدًا

Bəli, sabah səfərə çıxacağam

لاَ، لَنْ أُسَافِرَ إِلاَّ بَعْدَ أَنْ أُؤَدِّيَ الْإِمْتِحَانَاتِ

Xeyr, imtahanları verənə qədər səfərə çıxmayacağam

كَيْفَ تَصْنَعُ إِذَا أَرَدْتَ الْمُذَاكَرَةَ؟

Oxumaq istəyəndə nə edirsən?

إِذَا أَرَدْتُ الْمُذَاكَرَةَ أَصْنَعُ كُوبًا مِنَ الشَّايِ

Oxumaq istəyəndə bir stəkan çay hazırlayıram

إِذَا أَرَدْتُ الْمُذَاكَرَةَ أَسْتَعِينُ بِاللهِ

Oxumaq istəyəndə Allahdan kömək istəyirəm

أَيَّ الْأَطْعِمَةِ تُحِبُّ؟

Hansı yeməkləri sevirsən?

أُحِبُّ الْحَلْوَاءَ وَ الْعَسَلَ

Şirniyyatı və balı sevirəm

أُحِبُّ مَا كَانَ حَبِيبِي يُحِبُّهُ

Sevdiyim insanın sevdiyini sevirəm

أَيْنَ يَسْكُنُ خَلِيلٌ؟

Xəlil harada yaşayır?

يَسْكُنُ خَلِيلٌ فِي شَارِعِ الْجُمْهُورِيَةِ

Xəlil Cümhuriyyət küçəsində yaşayır

يَسْكُنُ خَلِيلٌ حَيْثُ يَعِيشُ أَبُوهُ

Xəlil atasının yaşadığı yerdə yaşayır

فِي أَيِّ مُتَنَزَّهٍ تَقْضِي يَوْمَ الْعُطْلَةِ؟

Tətil günündə hansı parkda olursan?

أَقْضِي يَوْمَ الْعُطْلَةِ فِي حَدِيقَةِ الْحَيَوَانَاتِ

Tətil gününü heyvanat bağında keçirirəm

أَقْضِي يَوْمَ الْعُطْلَةِ فِي حَدِيقَةِ الدُّوَلِيَّةِ وَ أَلْعَبُ مَعَ زُمَلاَئِي

Tətil gününü beynəlxalq parkda keçirirəm və dostlarımla oynayıram

مِنَ الَّذِي يُنْفِقُ عَلَيْكَ؟

Sənə kim pul xərcləyir?

اَلَّذِي يُنْفِقُ عَلَيَّ هُوَ أَبِي

Mənə pul xərcləyən – atamdır

اَلَّذِي يَتَكَفَّلُنِي هُوَ أَبِي

Məni maddi cəhətdən təmin edən – atamdır

كَمْ سَاعَةً تَقْضِيهَا فِي الْمُذَاكَرَةِ كُلَّ يَوْمٍ؟

Hər gün oxumağa neçə saat sərf edirsən?

أَقْضِي عَشْرَ سَاعَاتٍ يَوْمِيًّا فِي الْمُذَاكَرَةِ

Oxumağa gündə on saat sərf edirəm

أَمْكُثُ خَمْسَ سَاعَاتٍ كُلَّ يَوْمٍ فِي الْمُذَاكَرَةِ

Oxumaqda gündə beş saat qalırəm

٢. ضَعْ فِي كُلِّ مَكَانٍ مِنَ الْأَمَاكِنِ الْخَالِيَةِ فِعْلاً مُضَارِعًا ثُمَّ بَيِّنْ مَوْضِعَهُ مِنَ الْإِعْرَابِ وَ عَلاَمَةَ إِعْرَابِهِ

2. Aşağıdakı cümlələrdə boş yerlərə bir müzari fel qoy və sonra onun i'rabda yerini və i'rab əlamətini izah et!

 جِئْتُ أَمْسِ أَزُورُكَ فَلَمْ أَجِدْكَ

Dün səni ziyarət etməyə gəldim, amma səni tapmadım

يَسُرُّنِي أَنْ تَزُورَنِي

Məni ziyarət etməyin məni sevindirir

أَحْبَبْتُ عَلِيًّا لِأَنَّهُ يُصَلِّي

Əlini sevdim, çünki o namaz qılır

لَنْ أُؤَخِّرَ عَمَلَ الْيَوْمِ إِلَى غَدٍ

Bugünkü işi sabaha təxirə salmayacağam

أَنْتُمَا تُحِبَّانِ خَالِدًا

Siz ikiniz Xalidi sevirsiniz

زُرْتُكُمَا لِكَيْ تَذْهَبَا مَعِي إِلَى الْمُتَنَزَّهِ

Siz ikiniz mənimlə parka gedəsiniz deyə sizi ziyarət etdim

هَا أَنْتُمْ هَؤُلاَءِ تَكْتُبُونَ الْوَاجِبَ

Bax, siz tapşırıqlarınızı yazırsınız

لاَ تَكُونُونَ مُخْلِصِينَ حَتَّى تُؤَدُّوا أَعْمَالَكُمْ

İşlərinizi yerinə yetirməyincə ixlaslı ola bilməzsiniz

مَنْ أَرَادَ أَلاَّ يُهِينَ نَفْسَهُ فَلاَ يُقَصِّرْ فِي وَاجِبِهِ

Özünü alçaltmaq istəməyən şəxs vəzifəsini ihmal etməsin.

يَعِزُّ عَلَيَّ أَنْ أَحْزُنَكَ

Səni üzmək mənə çətin gəlir

أَسْرِعِ السَّيْرَ كَيْ تُدْرَكَ أَوَّلَ الْعَمَلِ

İşin başlanğıcını tutmaq üçün tez hərəkət et

لَنْ يَهْرُبَ الْمُسِيءُ مِنَ الْعِقَابِ

Günahkar cəzadan qaça bilməz

ثَابِرِي عَلَى عَمَلِكِ كَيْ تَنْجَحِي

Uğurlu olmaq üçün işində səbatlı ol

أَدُّوا وَاجِبَاتِكُمْ كَيْ تَحْصُلُوا عَلَى رِضَا اللهِ

Allahın razılığını əldə etmək üçün vəzifələrinizi yerinə yetirin

اُتْرُكُوا اللَّعِبَ حَتَّى تَنْجَحُوا

Uğur əldə edənə qədər oyunu tərk edin

لَوْلاَ أَنْ أَضْغَطَ عَلَيْكُمْ لَكَلَّفْتُكُمْ إِدْمَانَ الْعَمَلِ

Əgər üzərinizə təzyiq etməsəydim, sizi işə bağlı olmaqla mükəlləf edərdim

İrab Əlaməti Mövqeyi Kəlimə
Damme Rəf أَزُورُ
Fətha Nəsb تَزُورَ
Müqəddər Damme Rəf يُصَلِّي
Fətha Nəsb أُؤَخِّرَ
Nunun Sabutu Rəf تُحِبَّانِ
Nunun Hazfi Nəsb تَذْهَبَا
Nunun Sabutu Rəf تَكْتُبُونَ
Nunun Hazfi Nəsb تُؤَدُّوا
Fətha Nəsb يُهِينَ
Fətha Nəsb أَحْزُنَ
Fətha Nəsb تُدْرِكَ
Fətha Nəsb يَهْرُبَ
Nunun Hazfi Nəsb تَنْجَحِي
Nunun Hazfi Nəsb تَحْصُلُوا
Nunun Hazfi Nəsb تَنْجَحُوا
Fətha Nəsb أَضْغُطَ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Təlimatlar & Tapşırıqlar
🎓
Xoş gəldiniz! Sual soruşun!