Mövzu ilə əlaqəli suallar və cavablar
أَسْئِلَةٌ وَ أَجْوِبَتُهَا
Sual və Cavabları
١. إِلَى كَمْ قِسْمٍ يَنْقَسِمُ الْفِعْلُ؟
1. Feil neçə yerə bölünür?
يَنْقَسِمُ الْفِعْلُ عَلَى ثَلاَثَةِ أَقْسَامٍ؛ وَ هِيَ؛ مَاضٍ وَ مُضَارِعٌ وَ أَمْرٌ
Feil; keçmiş, indiki və əmr olmaqla üç yerə bölünür.
٢. مَا هُوَ الْفِعْلُ الْمَاضِي؟
2. Keçmiş feil nədir?
اَلْفِعْلُ الْمَاضِي؛ هُوَ مَا يَدُلُّ عَلَى حُصُولِ شَيْءٍ قَبْلَ زَمَنِ التَّكَلُّمِ
Keçmiş feil: Danışıq zamanından əvvəl bir şeyin baş verməsinə dəlalət edən kəlimədir.
٣. مَا هُوَ الْفِعْلُ الْمُضارِعُ؟
3. İndiki feil nədir?
اَلْمُضَارِعُ لُغَةً؛ مُشْبِهٌ وَ مِنْ ثَمَّ قِيلَ لِلْفِعْلِ الْمُضَارِعِ؛ مُضَارِعٌ لِشَبَهِهِ بِالْاِسْمِ الْفَاعِلِ مِنْ حَيْثُ كَوْنُهُ فِي أَكْثَرِ أَحْوَالِهِ. فَالْفِعْلُ الْمُضَارِعُ؛ هُوَ مَا يَدُلُّ عَلَى حُصُولِ شَيْءٍ في زَمَنِ التَّكَلُّمِ الْحَالِ أَوْ بَعْدَهُ الْمُسْتَقْبَلِ
İndiki feil: Lüğətdə “bənzəyən” deməkdir. Buna görə də bu feilə, ismi-failə bənzədiyinə görə indiki feil deyilir. Bu bənzərlik bir çox halda olur. İmam Birgivi bu bənzəməni ləfzən, mənən və istifadədə olmaqla üç yerə bölmüşdür. İndiki feil; danışıq zamanı və sonrasında bir şeyin baş verməsinə dəlalət edən kəlimədir.
٤. مَا هُوَ الْفِعْلُ الْأَمْرُ؟
4. Əmr feili nədir?
اَلْفِعْلُ الْأَمْرُ؛ هُوَ مَا يُطْلَبُ بِهِ حَصُولُ شَيْءٍ بَعْدَ زَمَنِ التَّكَلُّمِ يَعْنِي فِي الْمُسْتَقْبَلِ
Əmr feili: Danışıq zamanından sonra, yəni gələcəkdə bir şeyin baş verməsinin tələb olunduğu kəlimədir.
٥. مَثِّلْ لِكُلِّ قِسْمٍ مِنْ أَقْسَامِ الْفِعْلِ بِخَمْسَةِ أَمْثِلَةٍ
5. Feilin bölmələrindən hər birinə beş misal ver!
مِثَالُ الْفِعْلِ الْمَاضِي
Keçmiş Feilin Misalları
وَ إِذْ قُلْنَا لِلْمَلٰٓئِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلاَّ إِبْلِيسَ أَبَى وَ اسْتَكْبَرَ وَ كَانَ مِنَ الْكَافِرِينَ
“Sonra mələklərə: "Adəmə səcdə edin" dedik. İblis istisna olmaqla hamısı səcdə etdilər. O, təkəbbür göstərib böyüklük etdi və kafirlərdən oldu.” Bəqərə surəsi 34-cü ayə.
أَتَى أَمْرُ اللهِ فَلاَ تَسْتَعْجِلُوهُ
“Allahın əmri gəldi. Artıq tələsməyin.” Nəhl surəsi 1-ci ayə.
قَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَ فَأَتَى اللهُ بُنْيَانَهُمْ مِنَ الْقَوَاعِدِ
“Onlardan əvvəlkilər də hiylə qurdular. Allah onların binalarını təməlindən dağıtdı.” Nəhl surəsi 26-cı ayə.
فَتَوَلَّى فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَى
“Firon üz döndərdi, hiyləsini topladı və sonra gəldi.” Taha surəsi 60-cı ayə.
إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ وَ لاَ يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَى
“Onların etdikləri sehrbaz hiyləsindən başqa bir şey deyil. Sehrbazlar nə etsələr də nicat tapmazlar.” Taha surəsi 69-cu ayə.
فَالْأَفْعَالُ؛ سَجَدُوا وَ أَبَى وَ اسْتَكْبَرَ وَ كَانَ وَ أَتَى وَ مَكَرَ وَ تَوَلَّى وَ جَمَعَ وَ صَنَعُوا؛ أَفْعَالٌ مَاضِيَةٌ لِأَنَّهَا دَلَّتْ عَلَى حُصُولِ شَيْءٍ قَبْلَ زَمَنِ التَّكَلُّمِ
Və ayə-i kərimələrdə keçən سَجَدُوا, أَبَى, اسْتَكْبَرَ, كَانَ, أَتَى, مَكَرَ, تَوَلَّى, جَمَعَ, صَنَعُوا sözləri keçmiş feildir, çünki danışıq zamanından əvvəl bir şeyin baş verməsinə dəlalət edirlər.
مِثَالُ الْفِعْلِ الْمُضَارِعِ
İndiki Feilin Misalları
يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ
“Orada əmin-amanlıq içində hər cür meyvə istəyirlər.” Duxan surəsi 55-ci ayə.
لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِنْ شَاءَ اللهُ آمِنِينَ مُحَلِّقِينَ
“Allah istəsə, Məscidül-Harama qorxmadan, əminliklə daxil olacaqsınız.” Fəth surəsi 27-ci ayə.
إِنَّ اللهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَى أَهْلِهَا
“Şübhəsiz ki, Allah əmanətləri sahiblərinə verməyinizi sizə əmr edir.” Nisa surəsi 58-ci ayə.
لاَ تَخُونُوا اللهَ وَ الرَّسُولَ وَ تَخُونُوا أَمَانَاتِكُمْ وَ أَنْتُمْ تَعْلَمُونَ
“Ey iman gətirənlər! Allaha və elçisinə xəyanət etməyin. Sizə verilən əmanətlərə də bilərəkdən xəyanət etməyin.” Ənfal surəsi 27-ci ayə.
فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالْأَمْنِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
“Bu iki tərəfdən hansısı əminliyə daha layiqdir? Kaş biləydiniz.” Ənam surəsi 81-ci ayə.
فَالْأَفْعَالُ؛ يَدْعُونَ وَ تَدْخُلُنَّ وَ يَأْمُرُ وَ تُؤَدُّوا وَ تَخُونُوا وَ تَعْلَمُونَ؛ أَفْعَالٌ مُضَارِعَةٌ لِأَنَّهَا تَدُلُّ عَلَى حُصُولِ شَيْءٍ فِي زَمَنِ التَّكَلُّمِ الْحَالِ أَوْ بَعْدَهُ الْمُسْتَقْبَلِز
Bu ayə-i kərimələrdəki يَدْعُونَ, تَدْخُلُنَّ, يَأْمُرُ, تُؤَدُّوا, تَخُونُوا, تَعْلَمُونَ sözlərinin hamısı indiki feildir, çünki danışıq zamanı və ya sonrasında bir şeyin baş verməsinə dəlalət edir.
مِثَالُ الْفِعْلِ الْأَمْرِ
Əmr Feilinin Misalı
فَانْتَشِرُوا فِي الْأَرْضِ وَ ابْتَغُوا مِنْ فَضْلِ اللهِ
“Yer üzünə yayılın və Allahın lütfundan payınızı axtarın.” Cümə surəsi 10-cu ayə.
كُلُوا وَ اشْرَبُوا هَنِئًّا بِمَا كُنْتُمْ تَعْمَلُونَ
“Etdiklərinizə görə afiyətlə yeyin və için.” Mürsələt surəsi 43-cü ayə.
هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولاً فَامْشُوا فِي مَنَاكِبِهَا وَ كُلُوا مِنْ رِزْقِهِ
“Yer üzünü sizə ram edən Odur. Orada istədiyiniz kimi gəzin və Onun ruzisindən yeyin.” Mülk surəsi 15-ci ayə.
كُلُوا وَ تَمَتَّعُوا قَلِيلاً إِنَّكُمْ مُجْرِمُونَ
“Yeyin və bir az faydalanın. Siz günahkarlarsınız.” Mürsələt surəsi 46-cı ayə.
ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكَ ذُلُلاً
"Sonra hər cür meyvədən ye, Rəbbinin buyurduğu yollarda get." Nəhl surəsi 69-cu ayə.
فَالْأَفْعَالُ؛ انْتَشِرُوا وَ ابْتَغُوا وَ كُلُوا وَ اشْرَبُوا وَ امْشُوا وَ تَمَتَّعُوا وَ كُلِي وَ اسْلُكِي؛ أَفْعَالُ أَمْرٍ لِأَنَّهَا يُطْلَبُ بِهَا حَصُولُ شَيْءٍ بَعْدَ زَمَنِ التَّكَلُّمِ
Bu ayə-i kərimələrdəki انْتَشِرُوا, ابْتَغُوا, كُلُوا, اشْرَبُوا, امْشُوا, تَمَتَّعُوا, كُلِي, اسْلُكِي sözləri əmr feilidir, çünki danışıq zamanından sonra bir şeyin baş verməsi bu feilərlə tələb olunur.