b. Muzari feil
اَلْفِعْلُ الْمُضَارِعُ
اَلْقِسْمُ الثَّانِي، الْمُضَارِعُ؛ وَ هُوَ مَا دَلَّ عَلَى حُصُولِ شَيْءٍ فِي زَمَنِ التَّكَلُّمِ أَوْ بَعْدَهُ، نَحْوُ؛ يَنْصُرُ وَ يَضْرِبُ وَ يَفْتَحُ وَ يَعْلَمُ وَ يَكْرُمُ وَ يَحْسِبُ
اَلْقِسْمُ الثَّانِي ikinci hissə; الْمُضَارِعُ muzari fildir, وَ هُوَ مَا və o muzari ki; دَلَّ işarə edir, عَلَى حُصُولِ شَيْءٍ bir şeyin baş verməsinə, فِي زَمَنِ التَّكَلُّمِ danışıq zamanı, أَوْ بَعْدَهُ və ya danışıqdan sonra, نَحْوُ nümunələri isə belədir; يَنْصُرُ “kömək edir” və يَضْرِبُ “vurur” və يَفْتَحُ “açır” və يَعْلَمُ “bilir” və يَكْرُمُ “səxavətli olur” və يَحْسِبُ “zənn edir” kimi.
Muzari Fiil
Üç hissədən ibarət olan fildərin ikinci hissəsi muzari fildir. Muzari fil danışan şəxsin danışıq zamanı və ya danışıqdan sonra bir işin, halın və hərəkətin baş verməsinə işarə edən sözdür. Nümunələri əvvəlki dərsdə verilən mazi fildərin muzari vəzinləri olub aşağıdakı cədvəldə göstərildiyi kimidir;
| Vəzin | Mövzun | Məna |
| يَفْعُلُ | يَنْصُرُ | Kömək edir |
| يَفْعِلُ | يَضْرِبُ | Vurur |
| يَفْعَلُ | يَفْتَحُ | Açır |
| يَفْعَلُ | يَعْلَمُ | Bilir |
| يَفْعُلُ | يَكْرُمُ | Səxavətli olur |
| يَفْعِلُ | يَحْسِبُ | Zənn edir |