c. Əmr feili

اَلْفِعْلُ الْأَمْرُ

اَلْقِسْمُ الثَّالِثُ، الْأَمْرُ؛ وَ هُوَ مَا يُطْلَبُ بِهِ حُصُولُ شَيْءٍ بَعْدَ زَمَانِ التَّكَلُّمِ، نَحْوُ؛ اُنْصُرْ وَ اضْرِبْ وَ افْتَحَ وَ اعْلَمْ وَ اكْرُمْ وَ احْسِبْ. وَ قَدْ ذَكَرْنَا لَكَ فِي أَوَّلِ الْكِتَابِ هَذَا التَّقْسِيمَ وَ ذَكَرْنَا لَكَ مَعَهُ عَلاَمَاتِ كَلِّ قِسْمٍ مِنْ هَذِهِ الْأَقْسَامِ الثَّلاَثَةِ

اَلْقِسْمُ الثَّالِثُ üçüncü hissə; الْأَمْرُ əmr feli, وَ هُوَ مَا və o əmr feli ki; يُطْلَبُ بِهِ onunla tələb olunur, حُصُولُ شَيْءٍ bir şeyin baş verməsi, بَعْدَ زَمَانِ التَّكَلُّمِ danışıq zamanından sonra, نَحْوُ nümunələri belədir; اُنْصُرْ “kömək et” və اِضْرِبْ “vur” və اِفْتَحْ “aç” və اِعْلَمْ “bil” və اُكْرُمْ “səxavətli ol” və اِحْسِبْ “hesab et” kimi. وَ قَدْ ذَكَرْنَا لَكَ biz sənə qeyd etmişdik, فِي أَوَّلِ الْكِتَابِ kitabın əvvəlində, هَذَا التَّقْسِيمَ bu bölməni, وَ ذَكَرْنَا لَكَ مَعَهُ və sənə həmçinin birlikdə qeyd etmişdik, عَلاَمَاتِ كَلِّ قِسْمٍ bu fellərin hər bir hissəsinin əlamətlərini, مِنْ هَذِهِ الْأَقْسَامِ الثَّلاَثَةِ bu üç hissədən olan

Əmr Feli

Üç hissədən ibarət olan fellərin üçüncü hissəsi əmr felidir. Əmr feli danışıq zamanından sonra baş verən iş, hal və hərəkətlə tələb olunan bir şeyə dəlalət edən kəlimədir. Nümunələri isə əvvəlki iki dərsdə verilmiş keçmiş və indiki zaman fellərinin əmr şəkilləri kimi olub aşağıdakı cədvəldə göstərildiyi kimidir;

Şəkil Məzmun Məna
اُفْعُلْ اُنْصُرْ Kömək et
اِفْعِلْ اِضْرِبْ Vur
اِفْعَلْ اِفْتَحْ
اِفْعَلْ اِعْلَمْ Bil
اُفْعُلْ اُكْرُمْ Səxavətli ol
اِفْعِلْ اِحْسِبْ San

Kitabın əvvəlində biz sənə bu bölmələri izah etmişdik. Bu üç hissədən hər birinin əlamətlərini də birlikdə qeyd etmişdik.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › c. Əmr feili
🎓
Xoş gəldiniz! Sual soruşun!