a. Mazi feil
اَلْفِعْلُ الْمَاضِي
Birinci bölüm, keçmiş; və bu, danışıq zamanından əvvəl bir şeyin baş verməsini bildirən fiildir, misal olaraq; نَصَرَ "kömək etdi", ضَرَبَ "vurdu", فَتَحَ "açdı", عَلِمَ "bildi", حَسِبَ "zənn etdi", كَرُمَ "səxavətli oldu".
Birinci bölüm birinci hissə deməkdir; الْمَاضِي keçmiş fiildir, وَ هُوَ مَا və bu keçmiş fiil elə bir fiildir ki; يَدُلُّ göstərir, عَلَى حُصُولِ شَيْءٍ bir şeyin baş verməsini, قَبْلَ زَمَنِ التَّكَلُّمِ danışıq zamanından əvvəl, نَحْوُ misalları belədir; نَصَرَ "kömək etdi", ضَرَبَ "vurdu", فَتَحَ "açdı", عَلِمَ "bildi", حَسِبَ "zənn etdi", كَرُمَ "səxavətli oldu" və s.
Keçmiş Fiil
Üç hissədən ibarət olan fiillərin birinci hissəsi keçmiş fiildir. Azərbaycan dilində bu "keçmiş zaman"a uyğun gəlir. Keçmiş fiil, danışanın danışığından əvvəl baş vermiş iş, hal və hərəkəti bildirən sözdür. Misalları aşağıdakı cədvəldə verilmiş sülasi mücərrəd vəzinlərindən gələn fiillər kimidir:
| Vəzin | Mövzun | Məna |
| فَعَلَ | نَصَرَ | Kömək etdi |
| فَعَلَ | ضَرَبَ | Vurdu |
| فَعَلَ | فَتَحَ | Açdı |
| فَعِلَ | عَلِمَ | Bildi |
| فَعُلَ | كَرُمَ | Səxavətli oldu |
| فَعِلَ | حَسِبَ | Zənn etdi |