İrabda Təazzür, İstiskal və Münasibət

 اَلتَّعَذُرُ وَ الْإِسْتِثْقَالُ وَ الْمُنَاسَبَةُ فِي الْإِعْرَابِ

تَقُولُ؛ يَدْعُو الْفَتَى وَ الْقَاضِي وَ غُلاَمِي. فَيَدْعُو؛ مَرْفُوعٌ لِتَجَرُّدِهِ مِنَ النَّاصِبِ وَ الْجَازِمِ. وَ الْفَتَى؛ مَرْفُوعٌ لِكَوْنِهِ فَاعِلاً. وَ الْقَاضِي وَ غُلاَمِي؛ مَرْفُوعَانِ لِأَنَّهُمَا مَعْطُوفَانِ عَلَى الْفَاعِلِ الْمَرْفُوعِ. وَ لَكِنَّ الضَّمَّةَ لاَ تَظْهَرُ فِي أَوَاخِرِ هَذِهِ الْكَلِمَاتِ لِتَعَذُّرِهَا فِي الْفَتَى، وَ ثِقَلِهَا فِي يَدْعُو وَ فِي الْقَاضِي، لِأَجْلِ مُنَاسَبَةِ يَاءِ الْمُتَكَلِّمِ فِي غُلاَمِي، فَتَكُونُ الضَّمَّةُ مُقَدَّرَةٌ عَلَى آخِرِ الْكَلِمَةِ، مَنَعَ مِنْ ظُهُورِهَا التَّعَذُّرُ أَوِ الثِّقَلِ أَوِ اشْتِغَالِ الْمَحَلِّ بِحَرَكَةِ الْمُنَاسَبَةِ

تَقُولُ sən deyirsən; يَدْعُو الْفَتَى وَ الْقَاضِي وَ غُلاَمِي “Gənc və qazı və oğlum çağırır” deyə; ف misaldakı; يَدْعُو “çağırır” muzari feli: مَرْفُوعٌ merfudur, لِتَجَرُّدِهِ təcərrüd etdiyi üçün, مِنَ النَّاصِبِ وَ الْجَازِمِ nasb və cezm edicidən, və misaldakı وَ الْفَتَى fetâ ləfzı isə; مَرْفُوعٌ merfudur, لِكَوْنِهِ فَاعِلاً fail olduğu üçün, misaldakı وَ الْقَاضِي وَ غُلاَمِي qazı və gulami ləfzləri isə; مَرْفُوعَانِ merfudurlar, لِأَنَّهُمَا çünki o iki ləfz, مَعْطُوفَانِ matufdurlar, عَلَى الْفَاعِلِ الْمَرْفُوعِ merfu fail olan الْفَتَى ləfzına, وَ لَكِنَّ الضَّمَّةَ ancaq dammə, لاَ تَظْهَرُ açıq-aşkar olmaz, فِي أَوَاخِرِ sonlarında, هَذِهِ الْكَلِمَاتِ bu sözlərin, لِتَعَذُّرِهَا فِي الْفَتَى fetâ kimi məksur isimlərdə təazzürdən ötəri, وَ ثِقَلِهَا فِي يَدْعُو وَ فِي الْقَاضِي qazı və yed’û kimi ləfzlərdə, yəni naqis ləfzlərdə ağırlıqdan, yəni sondakı hərfin damməni qəbul etməməsindən ötəri, لِأَجْلِ مُنَاسَبَةِ və münasibətindən ötəridir, يَاءِ الْمُتَكَلِّمِ ya-i mütəkəllimin, فِي غُلاَمِي gulami kimi sonunda ya-i mütəkəllim olan ləfzlərdə, فَتَكُونُ الضَّمَّةُ مُقَدَّرَةٌ bu ya-i mütəkəllimə izafə olan ləfzlər ləfzen kəsrə, ancaq təqdirən dammə üzərində irablanır, عَلَى آخِرِ الْكَلِمَةِ sözün sonu üzərində, مَنَعَ və mane oldu, مِنْ ظُهُورِهَا dammənin zahir olmasına, التَّعَذُّرُ təazzür, أَوِ الثِّقَلِ və ya ağırlıq, أَوِ اشْتِغَالِ الْمَحَلِّ və ya irab məhəllinin məşğul olması səbəbindən, بِحَرَكَةِ الْمُنَاسَبَةِ münasibət hərəkəsi olan kəsrə ilə.

İrabda Teazzür və İstiskal və Münasibət

Sən belə deyirsən;

يَدْعُو الْفَتَى وَ الْقَاضِي وَ غُلاَمِي

“Gənc və qazı və oğlum çağırır” deyirsən. Bu dediyin tərkibdə يَدْعُو muzari fildir və qalan ləfzlər isə isimdir. يَدْعُو ləfzı, nasb və cezm edici ədatlardan azad olduğu üçün, yəni təcərrüd etdiyi üçün mənəvi bir amil ilə merfudur. Əgər muzari feli nasb və ya cezm edən ədat yoxdursa, o muzari fel ismə bənzərliyindən ötəri merfudur. Ref əlamətlərini növbəti dərslərdə görəcəyik. Misaldakı الْفَتَى ləfzı da يَدْعُو felinin faili olması səbəbilə merfudur. Misaldakı الْقَاضِي və غُلاَمِي ləfzləri isə يَدْعُو felinin faili olan الْفَتَى ləfzı üzərinə atfedildikləri üçün, yəni matuf olduqları üçün onun irabına tabe olaraq merfudurlar. Bu misalda bütün ləfzlər göründüyü kimi merfudur. Ancaq merfu olmaları səbəbilə ref əlamətlərini almaları lazımdır, mureb olmaları səbəbilə. Ref əlamətləri sözün quruluşuna görə dəyişir və dammə, vav, elif və nun olmaqla dörd tanədir. Aşağıda cədvəldə verəcəyik.

Misalda الْفَتَى sözü merfudur və ref əlamətinə malikdir. Lakin quruluşuna görə maksurdur, yəni sonunda elif-i maksura var və bu elif heç bir hərəkəni qəbul etmədiyinə görə təazzür, yəni irabdan məhrum olması səbəbindən bu kimi maksur sözlərdə dammə zahir olmur.

Misalda يَدْعُو və الْقَاضِي sözləri də mankus, yəni naqis (sonu vav və ya ilə bitən) olduqları üçün və bu vav və ya damməni daşıya bilmədiyinə görə ağırlıq səbəbindən dammə zahir olmur.

Misaldakı غُلاَمِي sözü də غُلاَمٌ sözünün ya-i mütəkəllim izafəsi səbəbindən mim hərfinin kəsrəli olmasını tələb edir. Bu münasibətlə غُلاَمٌ sözü ya-i mütəkəllim ilə غُلاَمِي olur. Bu münasibətə görə də merfu olan غُلاَمْ sözündə dammə zahir olmur.

Bu sözlərin hamısında dammə təqdiridir. يَدْعُو və الْقَاضِي sözləri ağırlıq səbəbindən, الْفَتَى sözü təazzür səbəbindən, غُلاَمِي sözü isə ya-i mütəkəllim münasibəti səbəbindən dammənin zahir olması maneə olduğu üçün təqdirən dammə üzərində merfudurlar.

Müfrəd Munhsarif İsimlər Dammə
Qeyri-Munsarif İsimlər Dammə
Cəmi Müənnəs Salim Dammə
Əsma-i Sitte Vav
Cəmi Müzekkər Salim Vav
Ûlû Kimiləri Vav
İşrune Kimiləri Vav
İsnani Sözü Elif
Kila və Kilta Sözləri Elif
Səhih Muzari Fiel Dammə
İlətli Muzari Fiel Dammə
Əfal-i Xamse Olanlar Nun
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İrabda Təazzür, İstiskal və Münasibət
🎓
Xoş gəldiniz! Sual soruşun!