Müqtəzil İrab 2
اَلْإِعْرَابُ الْمُقْتَضِيَّةُ ٢
Əgər bu misalları diqqətlə incələsən, sənə aydın olar ki, sözün sonu – yəni "Muhamməd" sözündəki dal hərfi – dəyişməyib, dəyişən isə onun sonundakı haldır. Sən onu birinci misalda məf'ul (merfu), ikinci misalda məful (mansub), üçüncü misalda isə məcrur görürsən. Bu halın ref halından nasb halına, oradan isə cərr halına dəyişməsi müəllif və onun yolunu tutanlara görə i'rabdır. Ref, nasb və cərr olan bu üç hərəkə i'rabın nişanəsi və əlamətidir.
وَ إِذَا تَأَمَّلْتَ – Diqqətlə baxdıqda, yəni düşündükdə; فِي هَذِهِ الْأَمْثِلَةِ – bu misallar haqqında; ظَهَرَ لَكَ – sənə aydın olar; أَنَّ آخِرَ الْكَلِمَةِ – sözün sonu; وَ هُوَ الدَّالُ – o da dal hərfidir; مِنْ مُحَمَّدٍ – "Muhamməd" sözündəki; لَمْ يَتَغَيَّرْ – dəyişməyib, dəyişmir; وَ أَنَّ الَّذِي تَغَيَّرَ – dəyişən isə; هُوَ أَحْوَالُ آخِرِهَا – sözün son hərfinin halıdır. فَإِنَّكَ – çünki sən; تَرَاهُ – sözün sonundakı hərfin halını görürsən; مَرْفُوعًا – merfu olaraq; فِي الْمِثَالِ الْأَوَّلِ – birinci misalda; وَ مَنْصُوبًا – mansub olaraq; فِي الْمِثَالِ الثَّانِي – ikinci misalda; وَ مَجْرُورًا – məcrur olaraq; فِي الْمِثَالِ الثَّالِثِ – üçüncü misalda. وَ هَذَا التَّغَيُّرُ – bu dəyişiklik; مِنْ حَالَةِ الرَّفْعِ – ref halından; إِلَى حَالَةِ النَّصْبِ – nasb halına; إِلَى حَالَةِ الْجَرِّ – cərr halına; هُوَ الْإِعْرَابُ – bu i'rabdır; عِنْدَ الْمُؤَلِّفِ – müəllifə görə; وَ مَنْ ذَهَبَ مَذْهَبَهُ – və onun yolunu tutanlara görə; وَ هَذِهِ الْحَرَكَاتُ الثَّلاَثُ – bu üç hərəkə; الَّتِي هِيَ – yəni; الرَّفْعُ – ref; وَ النَّصْبُ – nasb; وَ الْجَرُّ – cərr; هِيَ عَلاَمَةٌ وَ أَمَارَةٌ – nişanə və əlamətdir; عَلَى الْإِعْرَابِ – i'rab üzərində.
Müqtədi İrab 2
Əvvəlki dərsdə verilən üç misalı düşündükdə, "Muhamməd" sözünün son hərfinin dal olduğu və dal hərfinin başqa hərflə dəyişdirilmədiyi, lakin dal hərfinin halının dəyişdiyi sənə aydın olur. Çünki birinci misalda;
حَضَرَ مُحَمَّدٌ
"Muhamməd gəldi" – burada "Muhamməd" sözü merfu haldadır.
رَأَيْتُ مُحَمَّدًا
"Muhammədi gördüm" misalında "Muhamməd" sözü mansub haldadır və;
حَظَيْتُ بِمُحَمَّدٍ
“Məhəmməd ilə şərəfləndim” misalında da مُحَمَّدْ sözünün məcrur olduğunu görürsən.
Bu misallarda ardıcıl olaraq rəf, nəsb və cərrə olan dəyişiklik irab adlanır. Yəni irab dammədən fəthaya və ya kəsrəyə olan dəyişiklik irab adlanır. Bəzi alimlər irab əlamətlərinə də irab deyə bilərlər. Lakin müəllifimiz və onun fikrinə tabe olanlar irab əlamətlərinin meydana çıxmasına səbəb olan amillərdən ötrü sözün sonunda olan hərfin halının dəyişməsini irab kimi qiymətləndirmişdir. Buna görə də bu üç rəf, nəsb və cərr irab üzərinə gələn əlamət və işarədir.
Xülasə: Bir amil, bir mamul üzərində təsir edir və bu təsirin nəticəsində mamul olan söz fail, meful və ya məcrur isim olur. Amilin təsirinə görə mamul olan söz fail olarsa rəf, meful olarsa nəsb və məcrur olarsa cərr əlamətinə sahib olur. Bu əlamətlər isimlərdə hərəkə və hərf olaraq, fellərdə isə – o da yalnız muzari fellərdir – hərəkə, hərf və hazif olaraq meydana çıxır. Məsələn, müfrəd münsərif bir isimdə failik əlaməti dammə, təsniyə isimdə elif, cəmi müzəkkər salimdə vavdır. (İsimlərdə cəzm əlaməti yoxdur, cəzm əlaməti olan sükun yalnız muzari fellərdə olur). Deməli, meydana çıxan əlamətlər deyil, bu əlamətləri meydana çıxaran səbəblərə irab deyilir.
التعليقات و التخشيات على المواضع المتعلقة
إِنَّ الْمُؤَلِّفَ مَشَى عَلَى الْقَوْلِ بِأَنَّ الْإِعْرَابَ مَعْنَوِيٌّ. وَ الْفَرْقُ بَيْنَ الْإِعْرَابِ اللَّفْظِيِّ الْمَعَنَوِيِّ، أَنَّ اللَّفْظِيَّ؛ هُوَ الْحَرَكَاتُ نَفْسُهَا كَالضَّمَّةِ وَ الْفَتْحَةِ وَ الْكَسْرَةِ. وَ الْمَعْنَوِيَّ؛ هُوَ الْإِنْتِقَالُ مِنَ الرَّفْعِ إِلَى النَّصْبِ وَ مِنَ النَّصْبِ إِلَى الْجَرِّ، فَتَكُونُ الْحَرَكَاتُ عَلَى هَذَا عَلاَمَةً لاَ الْإِعْرَابُ نَفْسُهُ
وَ مَا ذَهَبَ إِلَيْهِ الْمُؤَلِّفُ مِنْ أَنَّ الْإِعْرَابَ مَعْنَوِيٌّ هُوَ مَذْهَبُ الْأَعْلَمُ وَ جَمَاعَةُ مِنْ الْمَغَارِبَةِ وَ رَجَحَهُ أَبُو حَيَّانَ. وَ الْقَوْلُ بِأَنَّهُ لَفْظِيٌّ ذَهَبَ إِلَيْهِ ابْنُ خَرُوفِ وَ الشَّلَوْبِينِ وَ ابْنُ مَالِكٍ {وَ نَسَبَهُ لِلْمُحَقِّقِينَ} وَ ابْنُ الْحَاجِبِ وَ سَائِرُ الْمُتَأَخِّرِينَ. وَ حَدُّهُ عَلَى هَذَا أَثَرٌ ظَاهِرٌ أَوْ مُقَدَّرٌ تَجْلِبُهُ الْعَوَامِلُ فِي مَحَلِّ الْإِعْرَابِ. اَلْمَصَادِرُ: كِتَابُ التَّسْهِيلِ لِابْنِ مَالِكٍ وَ إِرْتِشَافُ الضَّرْبِ لِأَبِي حَيَّانَ وَ هَمْعُ الْهَوَامِعِ لِلسُّيُوطِيِّ