Qəd قد hərfinin indiki feylə daxil olması
حَرْفُ قَدْ
وَ İZƏ DAXİL OLDUQDA FİİLİ MÜZARİYƏ, İKİ MƏNA ÜZƏRİNƏ DƏLALƏT EDİR; BUNLAR: TƏQLİL VƏ TƏKSİR. TƏQLİL MƏNASINA DƏLALƏT ETMƏSİNƏ NÜMUNƏ: قَدْ يَصْدُقُ الْكَذُوبُ "Çox yalan danışan bəzən doğru danışa bilər", قَدْ يَجُودُ الْبَخِيلُ "Xəsis bəzən səxavətli ola bilər", قَدْ يَنْجَحُ الْبَلِيدُ "Axmaq bəzən uğur qazana bilər". TƏKSİR MƏNASINA DƏLALƏT ETMƏSİNƏ NÜMUNƏ: قَدْ يَنَالُ الْمُجْتَهِدُ بُغْيَتَهُ "Zəhmətkeş adətən məqsədinə çatır", قَدْ يَفْعَلُ التَّقِيُّ الْخَيْرَ "Dindar adətən yaxşılıq edir", və şairin sözü:
قَدْ يُدْرِكُ الْمُتَأَنِّي بَعْضَ حَاجَتِهِ
وَ قَدْ يَكُونُ مَعَ الْمُسْتَعْجِلِ الزَّلَلُ
Yəni: "Səbirli adam ehtiyacının bir hissəsini əldə edə bilər" burada təksir mənası var, yəni "çox vaxt əldə edir" və "Tələsən adam səhvlər edir" burada da təksir mənası var, yəni "çox vaxt səhvlər edir".
Kəd Hərfi
Qəd hərfi muzari feilinin əvvəlinə daxil olduqda, məzi feildə olduğu kimi iki mənadan birinə dəlalət edir. Bu iki məna da təqlil "azlıq" və təksir "çoxluq" mənalarıdır. Təqlil mənası üçün "bəzən" demək, təksir mənası üçün isə "əksər hallarda" demək doğru olar. Muzari feilinin əvvəlinə daxil olan qəd hərfinin təqlil mənasına dəlalət etməsinə misallar:
قَدْ يَصْدُقُ الْكَذُوبُ
"Çox yalan danışan bəzən doğru danışa bilər"
قَدْ يَجُودُ الْبَخِيلُ
"Xəsis bəzən səxavət göstərə bilər"
قَدْ يَنْجَحُ الْبَلِيدُ
"Axmaq bəzən uğur qazana bilər" kimi, qəd hərfi muzari feilinin əvvəlinə gəldikdə, o muzari feilinin fail üçün baş verməsinin azlığı ifadə olunur.
Muzari feilinin əvvəlinə daxil olan qəd hərfinin təksir mənasına dəlalət etməsinə misallar:
قَدْ يَنَالُ الْمُجْتَهِدُ بُغْيَتَهُ
"Zəhmətkeş əksər hallarda məqsədinə çatır" və,
قَدْ يَفْعَلُ التَّقِيُّ الْخَيْرَ
"Təki, yəni dindar olan, ümumilikdə yaxşılıq edir" kimi.
Və təksir mənası şairin bu sözündə də vardır:
قَدْ يُدْرِكُ الْمُتَأَنِّي بَعْضَ حَاجَتِهِ
Səbirli olan ehtiyaclarının bir hissəsini əksər hallarda əldə edir
وَ قَدْ يَكُونُ مَعَ الْمُسْتَعْجِلِ الزَّلَلُ
Tələsik olan isə əksər hallarda səhvlər edir