Kəlamın Tərifi 2

كَلَامِن تَعْرِيفِی ٢

Kəlamın ləfz olmasının mənası budur: Səs olmalıdır ki, bu səs əlifdən başlayıb ya hərfinə qədər olan bəzi həcə hərflərini ehtiva etsin. Misal üçün; Əhməd, Yəktub və Səid. Bu üç kəlmənin hər biri tələffüz olunduqda, dörd həcə hərfini ehtiva edən bir səs olur. Məsələn, işarə (göstərici) nahiv alimlərinə görə kəlam adlanmır, çünki o, bəzi hərfləri ehtiva edən səs deyil. Amma lüğətçilərə görə, işarə ilə fayda əldə olunduğu üçün ona kəlam deyilir.

Kəlamın ləfz olmasının mənası: Əlifdən başlayıb ya hərfinə qədər olan həcə hərflərindən bəzilərini ehtiva edən bir səs olmasıdır. Misal üçün; Əhməd, Yəktub və Səid. Bu üç kəlmənin hər biri tələffüz olunduqda, dörd həcə hərfi üzərində şamil olan bir səs yaranır. Əhməd üçün əlif, ha, mim və dal; Yəktub üçün ya, kef, te və be; Səid üçün sin, ayn, ya və dal.

Amma misal olaraq işarəyə (çizgi, xətt, ayaq izi, yol nişanları, göstəricilər, oxlar və s.) baxsaq, nahiv alimlərinin örfünə görə belə əlamətlər hərflər üzərində şamil olmur və səs də yaratmır, buna görə də kəlam adlanmır. Amma lüğət alimlərinə görə, bu işarələrlə fayda əldə olunduğu üçün onlara kəlam deyilir. Məsələn, "Sağa dönmək qadağandır" nişanı nahivçiyə görə kəlam deyil, amma lüğətçi fayda verdiyini əsas gətirib ona kəlam demişdir.

Kəlamın ən böyük xüsusiyyəti tələffüz və tərkib olunan (cümlə olmayan tərkib istisna olmaqla) faydalı söz olmasıdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Kəlamın Tərifi 2
🎓
Xoş gəldiniz! Sual soruşun!