Kane və Oxşarlarının Xəbəri
خَبَرُ كَانَ وَ أَخَوَاتِهَا؛ هُوَ الْمُسْنَدُ بَعْدَ دُخُولِهَا، مِثْلُ؛ كَانَ زَيْدٌ قَائِمًا. وَ أَمْرُهُ كَأَمْرِ الْمُبْتَدَإِ وَ يَتَقَدَّمُ مَعْرِفَةً وَ قَدْ يُحْذَفُ عَامِلُهُ فِي مِثْلِ؛ اَلنَّاسُ مَجْزِيُّونَ بِأَعْمَالِهِمْ إِنْ خَيْرًا فَخَيْرٌ وَ إِنْ شَرًّا فَشَرٌّ. وَ يَجُوزُ فِي مِثْلِهَا أَرْبَعَةُ أَوْجُهٍ وَ يَجِبُ الْحَذْفُ، فِي مِثْلِ؛ أَمَّا أَنْتَ مُنْطَلِقٌ إِنْطَلَقْتُ، أَيْ؛ لِأَنْ كُنْتَ
خَبَرُ كَانَ وَ أَخَوَاتِهَا kâne və onun bacıları olan naqis feilərin xəbəri olan söz; هُوَ الْمُسْنَدُ kâne və onun bacıları olan naqis feilərin xəbərləri müsnəd olur, بَعْدَ دُخُولِهَا əvvəllər mübtəda-xəbər cütlüyündən ibarət olan cümləyə daxil olduqdan sonra cümlədəki xəbər artıq kâne-nin isminin müsnədi olur, müsnədün ileyh isə əvvəllər mübtəda olan sözdür. مِثْلُ misalı belədir; كَانَ زَيْدٌ قَائِمًا "Zeyd ayaqdadır" kimi. وَ أَمْرُهُ kâne və onun bacıları olan sözlərin xəbərinin vəziyyəti; كَأَمْرِ الْمُبْتَدَإِ mübtədanın xəbərinin vəziyyəti kimidir; وَ يَتَقَدَّمُ مَعْرِفَةً kâne və onun bacılarının xəbəri marifə bir söz olduğu zaman, isminin önünə keçə bilər, وَ قَدْ يُحْذَفُ عَامِلُهُ və bəzən kâne və onun bacılarının xəbərinin amili olan söz silinə bilər (kâne və onun bacılarının amili elə kâne və onun bacıları olan sözdür), فِي مِثْلِ bu cümlədə olduğu kimi; اَلنَّاسُ مَجْزِيُّونَ بِأَعْمَالِهِمْ إِنْ خَيْرًا فَخَيْرٌ وَ إِنْ شَرًّا فَشَرٌّ "İnsanlar əməlləri ilə mükafatlandırılırlar, əgər xeyirdirsə xeyir, şərdirsə şər olaraq" kimi. وَ يَجُوزُ və caizdir; فِي مِثْلِهَا bir əvvəlki misaldakı إِنْ خَيْرًا فَخَيْرٌ və ya إِنْ شَرًّا فَشَرٌّ ifadələrindəki خَيْرْ və شرّ sözləri üçün; أَرْبَعَةُ أَوْجُهٍ dörd cəhət üzrə tələffüzü, وَ يَجِبُ الْحَذْفُ və kâne-nin xəbərinin amili -yəni kâne və onun bacıları olan söz- silinməsi vacibdir; فِي مِثْلِ bu misalda da; أَمَّا أَنْتَ مُنْطَلِقٌ إِنْطَلَقْتُ "Sən getdiyin üçün getdim" ifadəsində, أَيْ yəni; لِأَنْ كُنْتَ "sən gedici olduğun üçün" kimi.
Mətnin Ümumi Mənası: Əvvəllər mübtəda və xəbər olan iki sözün əvvəlinə kâne və onun bacılarından bir naqis feil gəldiyi zaman, mübtəda olan söz artıq kâne-nin ismi, xəbər olan söz isə kâne-nin xəbəri olur. Kâne-nin ismi mərfu, xəbəri isə mənsubdur, yəni ismini ref, xəbərini nəsb edir. Kâne gəldikdən sonra mübtədanın xəbəri artıq kâne-nin xəbəri olduğu kimi, eyni zamanda da kâne-nin isminin müsnədi də olur. Beləliklə, kâne-nin ismi də müsnədün ileyh olur. Əvvəllər mübtəda-xəbər olan söz;
زَيْدٌ قَائِمٌ
"Zeyd ayaqdadır" kimi ikən kâne və ya digər naqis feil cümlənin əvvəlinə gəlib əməl etdikdə;
كَانَ زَيْدٌ قَائِمًا
"Zeyd ayaqdadır & Zeyd ayaqda olucudur & Zeyd ayaqda oldu" kimi mənalara keçid edilir. Burada كَانَ naqis feil, زَيْدٌ kâne-nin mərfu ismi, قَائِمًا kâne-nin mənsub xəbəri olub eyni zamanda زَيْدٌ sözünün də müsnədidir. Yəni ayaqda olma işi Zeyd-ə isnad edilmişdir.
Kâne və onun bacılarının xəbərinin vəziyyəti, mübtədanın xəbərinin vəziyyəti kimidir. Əgər kâne və onun bacılarının xəbəri marifə bir isimdə o halda kâne və onun bacılarının isminin önünə keçə bilər, misalı;
كَانَ الْقَائِمَ زَيْدٌ
"Zeyd ayağa qalxdı, ayaqda oldu" kimi. Lakin xəbər nekirədirsə olmaz.
Kâne-nin xəbərinin amili -ki o kâne-dir- bəzən silinir, misalı;
اَلنَّاسُ مَجْزِيُّونَ بِأَعْمَالِهِمْ إِنْ خَيْرًا فَخَيْرٌ وَ إِنْ شَرًّا فَشَرٌّ
"İnsanlar əməlləri ilə mükafatlandırılırlar, əgər xeyirdirsə xeyir, şərdirsə şər olaraq" ifadəsində;
إِنْ خَيْرًا فَخَيْرٌ
إِنْ شَرًّا فَشَرّ
Sözlərində kâne silinmişdir, ifadələrin təqdiri;
إِنْ كَانَ عَمَلَهُ خَيْرًا فَجَزَاؤُهُ خَيْرٌ
"Əgər onun əməli xeyirdirsə, o halda qarşılığı da xeyirdir" və,
إِنْ كَانَ عَمَلُهُ شَرًّا فَجَزَاؤُهُ شَرٌّ
“Əgər onun əməli şərdirsə, o halda qarşılığı da şərdir” kimi. Bu tərkiblərdə إِنْ in-i şərtiyyə, كَانَ naqis feil, عَمَلَهُ onun ismi, خَيْرًا isə xəbəridir. Kâne burada ismi ilə birlikdə hazf olunub, çünki kâne-nin cümləyə qatdığı məna in-i şərtiyyə ilə təmin olunub. Yəni “Əgər bizə gəlsən, yemək yeyərsən” demək əvəzinə “Gəlsən, yeyərsən” demək kimi olmuşdur cümlə. إِنْ خَيْرًا فَخَيْرٌ إِنْ شَرًّا فَشَرّ Bu tərkiblərdə 4 vəch caizdir. Bir tərkib üzərindən 4 vəchi yazsaq; إِنْ خَيْرًا فَخَيْرٌ Birinci vəchin təqdiri; إِنْ كَانَ عَمَلُهُ خَيْرًا فَجَزَاؤُهُ خَيْرٌ Kimidir. إِنْ خَيْرًا فَخَيْرًا İkinci vəchin təqdiri; إِنْ كَانَ عَمَلُهُ خَيْرًا فَكَانَ جَزَاؤُهُ خَيْرًا Kimidir. إِنْ خَيْرٌ فَخَيْرٌ Üçüncü vəchin təqdiri; إِنْ كَانَ فِي عَمَلِهِ خَيْرٌ فَجَزَاؤُهُ خَيْرٌ Kimidir. إِنْ خَيْرٌ فَخَيْرًا Dördüncü vəchin təqdiri; İN KANƏ Fİ ƏMƏLİHİ XEYİR FƏ KANƏ CƏZAUHU XEYİRƏ Aşağıda deyiləcək misalda da kâne-nin hazfi vacibdir; أَمَّا أَنْتَ مُنْطَلِقٌ إِنْطَلَقْتُ “Sen getdiyin üçün getdim & Sen gedici olduğun üçün mən də gedici oldum” kimi. Bu tərkibdə أَمَّا أَنْتَ əslində لِأَنْ كُنْتَ şəklindədir. Cümlənin təqdiri; لِأَنْ كُنْتَ مُنْطَلِقًا إِنْطَلَقْتُ إِنَطَلَقْتُ لِأَنْ كُنْتَ مُنْطَلِقًا Şəklindədir. Yəni “Sen gedici olduğun üçün -mən də- getdim” kimidir. لِأَنْ كُنْتَ ifadəsi necə أَمَّا أَنْتَ oldu? لِأَنْ كُنْتَ ifadəsindən lâm hərfi hazf olundu, çünki əməl karinə təşkil etdiyi üçün artıq səbəbiyyət bildirməyə ehtiyac qalmadı və ifadə أَنْ كُنْتَ oldu. Dediyimiz kimi əməl إِنْطِلاَقْ yəni getmə işi olduğu üçün كَانَ də hazf olundu və ifadə أَنْ تَ olaraq qaldı. Muttəsil zamir tək qaldı. Bu muttəsil zamiri belə müstəqil yazmaq olmaz. Bu muttəsil zamirin müstəqil qarşılığı olaraq أَنْتَ yazmaq olar. Beləliklə ifadəmiz أَنْ أَنْتَ oldu. Kâne hazf olunduqdan sonra yerinə dərhal مَا gətirildi. Bu səbəbdən ifadəmiz أَنْ مَا أَنْتَ oldu. أَنْ ilə مَا ifadələri nun və mim hərflərinin tələffüzdə yaxınlığı səbəbilə birləşdirildi və أَمَّا oldu. Son halı ilə ifadəmiz أَمَّا أَنْتَ oldu.