Hemzəyə Təbdil Edilən Vav Hərfi

وَ مِنَ الْوَاوِ وُجُوبًا مُطَّرِدًا فِي نَحْوِ؛ أَوَاصِلَ، فِرَارًا عَنِ الْإِجْتِمَاعِ الْوَاوَاتِ وَ نَحْوُ؛ قَائِلٍ، كَمَا مَرَّ وَ فِي نَحْوِ؛ كِسَاءٍ، لِوُقُوعِ الْحَرَكَاتِ الْمُخْتَلِفَةِ عَلَى الْوَاوِ

وَ مِنَ الْوَاوِ hemze vav hərfindən məcburi və ardıcıl şəkildə təbdil olunur, وُجُوبًا مُطَّرِدًا ümumiyyətlə məcburi olaraq, فِي نَحْوِ bu nümunədə olduğu kimi; أَوَاصِلَ "əsllər" kəlməsi kimi ki, əsli وَوَاصِلُ şəklindədir, فِرَارًا عَنِ الْإِجْتِمَاعِ الْوَاوَاتِ bu cür edilməsinin səbəbi vav hərflərinin bir araya gəlməsindən qaçmaq üçündür, وَ نَحْوُ; və başqa nümunə; قَائِلٍ "deyən" kəlməsi kimi ki, əsli قَاوِلٌ şəklində idi, كَمَا مَرَّ naqis bina-i vavi ism-i fail nümunələrində keçdiyi kimi, وَ فِي نَحْوِ və başqa nümunə isə; كِسَاءٍ "paltar" kəlməsi kimi ki, əsli كِسَاوٌ idi, كِسَاوٌ kəlməsinin كِسَاءٍ olmasının səbəbi; لِوُقُوعِ الْحَرَكَاتِ الْمُخْتَلِفَةِ müxtəlif hərəkələrin vav üzərində olması səbəbindəndir, عَلَى الْوَاوِ vav üzərində,

Mətnin Ümumi Mənası: Hemze vav hərfindən geniş şəkildə məcburi təbdil olunur, nümunəsi; أَوَاصِلَ "əsllər" kəlməsi kimi ki, əsli وَوَاصِلُ şəklindədir. Vav hərfinin hemzəyə çevrilməsinin səbəbi vavların bir araya gəlməsindən qaçmaq üçündür. Başqa nümunə; قَائِلٌ "deyən" kəlməsi kimi ki, əsli قَاوِلٌ şəklindədir. Başqa nümunə isə كِسَاءٌ "paltar" kəlməsi kimi ki, əsli كِسَاوٌ şəklində idi. Son iki nümunədə vav hərfinin hemzəyə çevrilməsinin səbəbi müxtəlif hərəkələrin vav üzərində olmasıdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Hemzəyə Təbdil Edilən Vav Hərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!