Hemzəyə Təbdil Edilən Elif Hərfi 2
وَ مِنَ الْأَلِفِ، نَحْوُ؛ هَيَّجْتِ شَوْقَ الْمُشْتَئِقٍ، وَ نَحْوُ قِرَاءَةِ مِنْ قَرَأَ: وَ لاَ الضَّأَلِّينَ سورة الفاتحة ٧
وَ مِنَ الْأَلِفِ hemze elif hərfindən dəyişdirilir, نَحْوُ misalı belədir; هَيَّجْتِ شَوْقَ الْمُشْتَئِقٍ "həsrət çəkənin həsrətini artırdın" ifadəsindəki الْمُشْتَئِقٍ kəlməsi kimi ki, əsli مُشَتَاقٌ şəklində idi, وَ نَحْوُ قِرَاءَةِ مِنْ قَرَأَ və digər misal isə kim belə oxuyarsa; وَ لاَ الضَّأَلِّينَ "..və azmışların yoluna da deyil" سورة الفاتحة ٧ Fatiha surəsinin 7-ci ayəsindəki اَلضَّأَلِّينَ kəlməsi kimi ki, əsli اَلضَّالِّينَ şəklindədir.
Mətnin Ümumi Mənası: Hemze geniş yayılmasa da, elif hərfindən dəyişdirilir, misalı;
هَيَّجْتِ شَوْقَ الْمُشْتَئِقٍ
"Həsrət çəkənin həsrətini artırdın" ifadəsindəki الْمُشْتَئِقٍ kəlməsi kimi ki, əsli مُشَتَاقٌ şəklindədir. Digər bir misal isə Fatiha surəsinin 7-ci ayəsindəki اَلضَّالِّينَ kəlməsinin اَلضَّأَلِّينَ şəklində oxunmasıdır. Belə bir oxunu Basralı muhaddis və fiqhçi أيوب السختياني (Eyub əs-Saxtiyani) edirmiş.