İzmâ إذما Ləfzı
أَمَّا إِذْمَا, فَاخْتَلَفَ فِيهِ سِيبَوَيْهِ وَ غَيْرُهُ. فَقَالَ سِيبَوَيْهِ؛ إِنَّهَا حَرْفٌ بِمَنْزِلَةِ إِنْ الشَّرْطِيَّةِ، فَإِذَا قُلْتَ: إِذْمَا تَقُمْ أَقُمْ، فَمَعْنَاهُ؛ إِنْ تَقُمْ أَقُمْ. وَ قَالَ الْمُبَرِّدُ وَ ابْنُ السَّرَّاجِ وَ الْفَارِسِيُّ؛ إِنَّهَا ظَرْفُ زَمَانٍ وَ إِنَّ الْمَعْنَى فِي الْمِثَالِ؛ مَتَى تَقُمْ أَقُمْ. وَ احْتَجُّوا بِأَنَّهَا قَبْلَ دُخُولِ مَا، كَانَتِ اسْمًا وَ الْأَصْلُ عَدَمُ التَّغْيِيرِ وَ أُجِيبَ بِأَنَّ التَّغْيِيرَ قَدْ تَحَقَّقَ قَطْعًا بِدَلِيلِ أَنَّهَا كَانَتْ لِلْمَاضِي فَصَارَتْ لِلْمُسْتَقْبَلِ. فَدَلَّ عَلَى أَنَّهَا نُزِعَ مِنْهَا ذَلِكَ الْمَعْنَى أَلْبَتَّةَ وَ فِي هَذَا الْجَوَابِ نَظَرٌ لاَ يَحْتَمِلُهُ هَذَا الْمُخْتَصَرُ
أَمَّا إِذْمَا izmâ (-dığında) ifadəsinə gəldikdə; فَاخْتَلَفَ فِيهِ bu barədə Sibeveyhi və başqaları ixtilaf etmişlər, فَقَالَ سِيبَوَيْهِ Sibeveyhi demişdir ki; إِنَّهَا yəni إِذْمَا ifadəsi; حَرْفٌ hərfdir, بِمَنْزِلَةِ إِنْ الشَّرْطِيَّةِ in-i şərtiyyə dərəcəsində olan, فَإِذَا قُلْتَ sən belə dedikdə; إِذْمَا تَقُمْ أَقُمْ "Qalxanda mən də qalxaram" deyə, فَمَعْنَاهُ bunun mənası: إِنْ تَقُمْ أَقُمْ "Əgər qalxarsan, qalxaram" deməkdir, وَ قَالَ الْمُبَرِّدُ və Müberrid, وَ ابْنُ السَّرَّاجِ İbn-i Serrac, الْفَارِسِيُّ və Farisi demişlər ki; إِنَّهَا yəni إِذْمَا ifadəsi; ظَرْفُ زَمَانٍ zaman zərfidir, وَ إِنَّ الْمَعْنَى və mənası da, فِي الْمِثَالِ bu misalda olduğu kimidir; مَتَى تَقُمْ أَقُمْ "Nə zaman qalxarsan, o zaman qalxaram" kimi, وَ احْتَجُّوا və dəlil gətirdilər; بِأَنَّهَا o إِذْمَا ifadəsinin olmasına, قَبْلَ دُخُولِ مَا mə daxil olmadan əvvəl, yəni إِذْ ikən, كَانَتِ اسْمًا isim olduğuna, وَ الْأَصْلُ və əsas olan, عَدَمُ التَّغْيِيرِ dəyişiklik olmamasıdır, وَ أُجِيبَ بِأَنَّ التَّغْيِيرَ dəyişiklik zəruri olmuşdur, قَدْ تَحَقَّقَ قَطْعًا tamamilə baş vermişdir, بِدَلِيلِ أَنَّهَا bunun dəlili ilə, كَانَتْ لِلْمَاضِي keçmiş üçün idi, فَصَارَتْ لِلْمُسْتَقْبَلِ və gələcək üçün olmuşdur, فَدَلَّ bu da göstərir ki; عَلَى أَنَّهَا onun olmasına, نُزِعَ مِنْهَا ondan çıxarılmışdır, ذَلِكَ الْمَعْنَى bu məna, أَلْبَتَّةَ tamamilə, وَ فِي هَذَا الْجَوَابِ və bu cavabda vardır, نَظَرٌ bir fikir, لاَ يَحْتَمِلُهُ onu bu qısa kitab daşıya bilməz, هَذَا الْمُخْتَصَرُ bu müxtəsər kitab
Şərhin Ümumi Mənası: İzma إِذْمَا ifadəsinə gəldikdə; Sibeveyhi və başqaları bu ifadə haqqında ixtilaf etmişlər. Sibeveyhi demişdir ki; bu إِذْمَا ifadəsi in-i şərtiyyə dərəcəsində olan bir hərfdir. Yəni sən əgər belə;
إِذْمَا تَقُمْ أَقُمْ
"Qalxanda mən də qalxaram" desən, bunun mənası;
إِنْ تَقُمْ أَقُمْ
“Əgər qalxsan, qalxaram” deməkdir ki, bu da إِذْمَا sözünün in-i şartiyye məqamında gəldiyini göstərir. Bu fikir Sibəveyhiyə aiddir.
Lakin Mübərrid, İbn-i Serrac və Farisi isə إِذْمَا sözünün zaman zərfi olduğunu deyirlər. Və mənası da bu nümunədə olduğu kimidir;
مَتَى تَقُمْ أَقُمْ
“Nə zaman qalxsan, o zaman qalxaram” kimidir deyirlər. Yenə bu alimlər إِذْمَا sözünün, mə daxil olmadan əvvəl isim olduğunu qeyd etmişlər və əsas olanın isə dəyişməməsi lazım olduğunu bildirmişlər. (Yəni إِذْمَا sözü mə daxil olmadan əvvəl إِذْ şəklində bir isim idi. İsim isə dəyişib hərf və s. olmaz demək istəmişlər.)
Bu fikrə belə cavab verilmişdir: إِذْ keçmiş feli üçün istifadə olunur və مَا daxil olub إِذْمَا olunca mənası gələcək üçün olur. Buna görə də dəyişiklik qəti şəkildə baş vermişdir. Bu da إِذْ sözünü isim və keçmiş feli üçün olmaqdan əlbəttə çıxarır. Lakin bu cavab da bir fikirdir. Bu mövzu araşdırılmalıdır və bu qısa kitab bu mövzunu əhatə etmir.
حاشية
إذما: gələcək üçün cəzm edən şərt hərfi, səkin üzərində məbni, i'rabda yeri yoxdur, məsələn; إذما نتعلم نتثقف. Beləliklə, gələcək üçün olmuşdur, yəni gələcəyin mənası deyil, çünki o, in məqamındadır və gələcək in-in mənası deyil, onunla əldə olunur.
اَلْبَتَّةَ: məf'ul mutlaq kimi mansub i'rab olunur, yəni əsli yox, qoyuluşundan çıxır və bu da gələcəkdir. البَتَّ; kəsmək. Deyilir; bunu əsla etmərəm, بَتَّأً, بَتَّةً və ya بَتَاتًا şəklində.
Bu baxışın nəticəsi: Sibəveyhi tərəfdarları bu cavabı qəbul etməmişlər; çünki bir sözün başqa bir zaman mənasına çıxması onun isim və ya fel olmasından çıxması demək deyil. Keçmiş fel keçmiş zamanı bildirir və ona {in şərtiyyə} daxil olarsa, hal və gələcək bildirir. {لم nafiye} daxil olarsa, keçmişi bildirir. Bununla belə, alimlərdən heç biri bu iki feli öz əsli olan fel növündən çıxmış hesab etməmişdir, yəni birincisi müzari fel, ikincisi keçmiş fel olmuşdur, cavabda baxış var. Deyilmişdir: Səbəbi budur ki, bir sözün zamanının dəyişməsi onun mənasından tamamilə çıxmasını tələb etmir, çünki keçmiş fel keçmiş zaman üçün qoyulub və ona {ən} daxil olarsa, gələcək üçün olur, məsələn; أن قام. Bununla keçmiş fel olmaqdan çıxmır. Müzari fel hal və gələcək üçün qoyulub və ona {لم} daxil olarsa, keçmiş üçün olur və müzari fel olmaqdan çıxmır.