Muzari Feli 2
Mən bu hərfləri yalnızca bir izah və növbəti hökmə giriş üçün qeyd etmişəm, yox ki, bunlarla muzari feli tanıtdırım; çünki biz görürük ki, bu hərflər keçmiş feli də başında işlənir, məsələn: Əkrəmtü Zeydən, Təəlləmtü məsələni, Nərgəstü dərmanı – əgər dərmana nərgiz qatmışamsa – və Yərnəətü şeybə – əgər saçımı yuran ilə (yəni xına ilə) boyamışamsa. Muzari feli tanıtdırmaqda əsas dəlil, onun başında "ləm" edatının işlənməsidir.
Mənim bu dörd muzariat hərfini qeyd etməyim, yalnızca bir izah və növbəti hökmə giriş üçündür, yox ki, bunlarla muzari feli tanıtdırım; çünki biz görürük ki, bu hərflər keçmiş feli də başında işlənir, məsələn: Əkrəmtü Zeydən “Zeydə ikram etdim”, Təəlləmtü məsələni “Məsələni öyrəndim”, Nərgəstü dərmanı “Dərmana nərgiz qatdım” – əgər dərmana nərgiz qatılırsa belə deyilir – Yərnəətü şeybə “Ağ saçlara xına çəkdim” – əgər saçımı yuran ilə boyamışamsa və o yuran xınadır. Muzari feli tanıtdırmaqda əsas dəlil, onun başında "ləm" edatının işlənməsidir.
Şərhin Ümumi Mənası: Bu dörd muzariat hərfi yalnız muzari feli tanıtdırmaq üçün deyil, növbəti izah və hökmə giriş üçündür. Çünki bu dörd hərfin keçmiş feli də başında işlənməsini görürük, məsələn:
أَكْرَمْتُ زَيْدًا
“Zeydə ikram etdim” və,
تَعَلَّمْتُ الْمَسْئَلَةَ
“Məsələni öyrəndim” və,
نَرْجَسْتُ الدَّوَاءَ
“Dərmana nərgiz qatdım” və,
يَرْنَأْتُ الشَّيْبَ
“Ağ saçlara xına çəkdim” kimi.
Bu səbəbdən muzari feli tanıtdırmaqda əsas dəlil onun başında "ləm" edatının işlənməsidir. Yəni muzariat hərfləri yalnız muzari üçün deyil, keçmiş feli də başında işlənir.