Nimə نعم və Bisə بئس sözləri
فَأَمَّا نِعْمَ وَ بِئْسَ; فَذَهَبَ الْفَرَّاءُ وَ جَمَاعَةٌ مِنَ الْكُوفِيِّينَ إِلَى أَنَّهُمَا اسْمَانِ وَ اسْتَدَلُّوا عَلَى ذَلِكَ بِدُخُولِ حَرْفِ الْجَرِّ عَلَيْهِمَا فِي قَوْلِ بَعْضِهِمْ -وَ قَدْ بُشِّرَ بِبِنْتٍ- وَ اللهِ مَا هِيَ بِنِعْمَ الْوَلَدُ. وَ قَوْلُ آخَرَ؛ -وَ قَدْ سَارَ إِلَى مَحْبُوبَتِهِ عَلَى حِمَارٍ بَطِيءِ السَّيْرِ- نِعْمَ السَّيْرُ عَلَى بِئْسَ الْعَيْرُ
فَأَمَّا نِعْمَ وَ بِئْسَ ni’me və bi’se sözlərinə gəldikdə; فَذَهَبَ الْفَرَّاءُ Ferra fikir bildirib, وَ جَمَاعَةٌ və bir qrup, مِنَ الْكُوفِيِّينَ Kufəlilərdən, إِلَى أَنَّهُمَا bu ikisinin, اسْمَانِ ni’me və bi’se sözlərinin isim olduğuna, وَ اسْتَدَلُّوا Ferra və Kufəlilərdən bir neçə nəfər bu iki sözün isim olduğuna dəlil gətiriblər; عَلَى ذَلِكَ bu sözlərə, بِدُخُولِ حَرْفِ الْجَرِّ cər hərfinin daxil olmasını, عَلَيْهِمَا hər iki sözə, فِي قَوْلِ بَعْضِهِمْ Bəzi şəxslərin bu ifadəsində olduğu kimi; وَ قَدْ بُشِّرَ بِبِنْتٍ "Bir qız ilə müjdələndi & Müjdələr olsun bir qız oldu" deyilən ərəblərin, وَ اللهِ مَا هِيَ بِنِعْمَ الْوَلَدُ "Allaha and olsun, o gözəl bir övlad deyil" deməsi kimi, وَ قَوْلُ آخَرَ və başqa bir söz; وَ قَدْ سَارَ getmişdi, إِلَى مَحْبُوبَتِهِ sevdiyinə, عَلَى حِمَارٍ bir eşşək üzərində, بَطِيءِ السَّيْرِ yavaş hərəkətli, yəni: "Sevdiyinə bir eşşək üzərində yavaşca gedib" ifadəsində bu vəziyyətdə olan şəxs belə demişdir; نِعْمَ السَّيْرُ nə gözəl səfər, عَلَى بِئْسَ الْعَيْرُ nə pis eşşək üzərində, yəni: "Pis bir eşşək üzərində səfər etmək nə gözəldir" demişdir.
Şərhin Ümumi Mənası: Ni’me və bi’se sözlərinə gəldikdə, Ferra və Kufəlilərdən bir qrup nahiv alimi bu iki sözün isim olduğunu irəli sürmüşlər. Bu fikirlərinə də, bu sözlərə cər hərfinin birləşməsini dəlil gətirmişlər, misalları;
وَ قَدْ بُشِّرَ بِبِنْتٍ
"Bir qız ilə müjdələndi & Müjdələr olsun bir qız oldu" cümləsini eşidən bir ərəb,
وَ اللهِ مَا هِيَ بِنِعْمَ الْوَلَدُ
"Allaha and olsun, o gözəl bir övlad deyil" deyə cavab vermişdir və ifadədə göründüyü kimi نِعْمَ sözü cər hərfi almışdır.
Başqa bir misal isə;
وَ قَدْ سَارَ إِلَى مَحْبُوبَتِهِ عَلَى حِمَارٍ بَطِيءِ السَّيْرِ
"Sevdiyinə bir eşşək üzərində yavaşca gedib" kimi bir vəziyyətdə olan birinin;
نِعْمَ السَّيْرُ عَلَى بِئْسَ الْعَيْرُ
"Pis bir eşşək üzərində səfər etmək nə gözəldir" deməsində olduğu kimi بِئْسَ sözü cər hərfi almışdır. Bildiyimiz kimi cər hərfləri isimlərə daxil olur. Bu səbəbdən Ferra və bir qrup Kufəli نِعْمَ və بِئْسَ sözlərinə isim demişdir.