İki Sözdə İki Hemzenin Yan-yana Gəlməsi
وَ إِذَا كَانَتَا فِي الْكَلِمَتَيْنِ تُخَفَّفُ الثَّانِيَةُ عِنْدَ الْخَلِيلِـ، نَحْوُ؛ فَقَدْ جَاءَ اشْرَاطُهَا سورة محمد ١٨ وَ عِنْدَ أَهْلِ الْحِجَازِ تُخَفَّفُ كِلاَهُمَا وَ عِنْدَ بَعْضِ الْعَرَبِ تُقْحَمُ بَيْنَهُمَا أَلِفٌ لِلْفَصْلِ، نَحْوُ قَوْلِ الشَّاعِرِ؛
آءَنْتِ ظَبْيَةٌ أَمْ أُمُّ سَالِمٍ
Əgər iki həmzə qarşılaşarsa, yəni iki sözün arasında olarsa, ikinci həmzə Xəlilə görə yüngülləşdirilir, misal olaraq: فَقَدْ جَاءَ اشْرَاطُهَا “Onun şərtləri gəldiyi zaman…” (Məhəmməd surəsi, 18-ci ayə). Hicaz əhli isə hər iki həmzəni yüngülləşdirir. Bəzi ərəblər isə bu iki həmzənin arasına ayırmaq üçün bir əlif əlavə edirlər, misal şairin bu sözündə olduğu kimi:
آءَنْتِ ظَبْيَةٌ أَمْ أُمُّ سَالِمٍ
Mətnin Ümumi Mənası: Əgər həmzə iki sözün arasında qarşılaşarsa, yəni bir sözün sonunda olan həmzə ilə digər sözün əvvəlində olan həmzə rastlaşarsa, Xəlilə görə ikinci həmzə yüngülləşdirilir, misal:
فَقَدْ جَاءَ اشْرَاطُهَا
“Onun şərtləri gəldiyi zaman…” kimi, oxuyanda "câe eşratuha" kimi oxuyuruq.
Hicaz əhli isə hər iki həmzəni yüngülləşdirir. Bəzi ərəblər isə bu iki həmzənin arasına bir əlif əlavə edirlər, misal şairin bu sözündə olduğu kimi:
أَءَنْتِ ظَبْيَةٌ أَمْ أُمُّ سَالِمٍ
“Sən maral (geyik)san, yoxsa Ümmü Salim?” beytində أَ أَنْتِ olan ifadənin arasına əlif əlavə olunub və ifadə أَا أَنْتِ olub. Daha sonra əlif istifham həmzəsi ilə birləşdirilib آ olub və ifadə آ أَنْتِ olub.