ü. Ha-i Səkt

هَاءُ السَّكْتِ

هَاءُ السَّكْتِ; və bu, hərəkəsi irabi olmayan hər bir hərəkəli sözə xüsusi olaraq vəqf (durma) üçün əlavə olunan ha hərfidir. Misal üçün: ثَمَّهْ (orada, orası), حَيَّهَلَهْ (tez, tələs), مَالِيَهْ (mənim malım), سُلْطَانِيَهْ (gücüm) və s. Bu ha yalnız sakin olur və onu hərəkələndirmək qrammatik səhvdir.

هَاءُ السَّكْتِ, ha-i səkt, səkt (durma) üçün olan ha hərfi, وَ هِيَ هَاءُ və o ha’dır, الَّتِي yəni; تُزَادُ əlavə olunur, artırılır, فِي كُلِّ مُتَحَرِّكٍ hər hərəkəli sözə, حَرَكَتُهُ və o sözün hərəkəsi də, غَيْرُ إِعْرَابِيَّةٍ irabi hərəkə deyil, irab səbəbindən gələn hərəkə deyil, لِلْوَقْفِ vəqf üçün, خَاصَّةً xüsusilə, نَحْوُ misalları belədir: ثَمَّهْ "orada, orası", حَيَّهَلَهْ "tez, tələs", مَالِيَهْ "mənim malım", سُلْطَانِيَهْ "gücüm" və s. وَ لاَ تَكُونُ səkt üçün olan ha olmaz, إِلاَّ سَاكِنَةً yalnız sakin olur, وَ تَحْرِيكُهَا və onu hərəkələndirmək, لَحْنٌ qrammatik səhvdir.

Səkt üçün olan Ha hərfi

Səkt (durma) üçün gələn ha hərfi, hərəkəli olan, lakin hərəkəsi irab səbəbindən olmayan hər bir sözə, xüsusilə vəqf, yəni durmaq üçün əlavə olunur. Misal üçün: ثَمَّهْ "orada, orası", حَيَّهَلَهْ "tez, tələs", مَالِيَهْ "mənim malım", سُلْطَانِيَهْ "gücüm" və s. Lakin keçid zamanı bu ha-i səktlər sanki yoxmuş kimi tələffüz olunur.

Ha-i səkt yalnız sakin olur və əgər hərəkələndirilərsə, bu qrammatik səhvdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › ü. Ha-i Səkt
🎓
Xoş gəldiniz! Sual soruşun!