Ətif Hərfləri 4
حُرُوفُ الْعَطْفِ ٤
وَ لاَ, lə atıf hərfinə gəldikdə; لِنَفْيِ, inkar üçün gəlir, مَا وَجَبَ لِلْأَوَّلِ birinciyə, yəni matufun aleyhə aid olanı, عَنِ الثَّانِي ikinciyə, yəni matufa aid olanı inkar etmək üçün gəlir, نَحْوُ misal olaraq; جَاءَنِي زَيْدٌ لاَ عَمْرٌ "Zeyd mənə gəldi, Amr isə gəlmədi" kimi, فَإِنْ قُلْتَ əgər desən ki; مَا جَاءَنِي زَيْدٌ لاَ عَمْرٌو kimi, وَ لَمْ يَجُزْ bu cür tərkib caiz deyil. وَ بَلْ, bel atıf hərfinə gəldikdə; لِلْإِضْرَابِ idrab, yəni birincidən üz çevirmək üçün gəlir, عَنِ الْأَوَّلِ birincidən, matufun aleyhdən, مَنْفِيًّا كَانَ أَوْ مُوجَبًا istər mənfi, istər müsbət olsun, كَقَوْلِكَ sənin sözündə olduğu kimi; جَاءَنِي زَيْدٌ بَلْ عَمْرٌو "Mənə Zeyd gəldi, yox, əksinə Amr gəldi (Zeyd gəlmədi)" kimi, مَا جَاءَنِي بَكْرٌ بَلْ خَالِدٌ "Mənə Bəkr gəlmədi, əksinə Xalid gəldi" kimi. وَ لَكِنْ, lakin atıf hərfinə gəldikdə; لِلْإِسْتِدْرَاكِ istidrak, yəni bir şeyin tam başa düşülməsi üçün gəlir, وَ هِيَ lakin atıf hərfi, فِي عَطْفِ الْجُمَلِ cümlələrin atfında, نَظِيرَةُ بَلْ bel atıf hərfi kimidir, وَ فِي عَطْفِ الْمُفْرَدَاتِ müfrədlərin atfında isə, نَقِيضَةُ لاَ lə-nin ziddidir, يَعْنِي yəni; إِذَا عُطِفَ بِلَكِنِ الْجُمْلَةُ cümlə lakin ilə atfedildikdə, عَلَى الْجُمْلَةِ cümlə üzərinə, فَيَجِيءُ لَكِنْ lakin atıf hərfi gəlir, بَعْدَ النَّفْيِ وَ الْإِيجَابِ inkar və müsbətdən sonra, نَحْوُ misal olaraq; جَاءَنِي زَيْدٌ لَكِنْ عَمْرٌو لَمْ يَجِئْ "Mənə Zeyd gəldi, lakin Amr gəlmədi" və مَا جَاءَنِي زَيْدٌ لَكِنْ عَمْرٌو قَدْ جَاءَ "Mənə Zeyd gəlmədi, lakin Amr gəldi" kimi. إِذَا عُطِفَ الْمُفْرَدُ müfrəd söz lakin ilə atfedildikdə, بِلَكِنْ lakin ilə, عَلَى الْمُفْرَدِ müfrəd üzərinə, فَيَجِيءُ لَكِنْ lakin atıf hərfi gəlir, بَعْدَ النَّفْيِ inkar sonra, خَاصَّةً xüsusilə, كَقَوْلِكَ sənin sözündə olduğu kimi; مَا رَأَيْتُ زَيْدًا لَكِنْ عَمْرًا "Zeydi görmədim, lakin Amrı gördüm" kimi.
Atıf Hərfləri 4
Atıf hərfi olan lə-yə gəldikdə; birincidə, yəni matufun aleyhdə olan hökmü ikincidən, yəni matuf olan sözdən inkar etmək üçün gəlir, misal:
جَاءَنِي زَيْدٌ لاَ عَمْرٌ
"Zeyd gəldi, Amr gəlmədi" kimi. Burada birincisi matufun əleyh olan زَيْدٌ kəlməsi, ikincisi isə matuf olan عَمْرٌ kəlməsidir. Birinci kəlmədə olan gəlmə işi ikinci kəlmədən inkar edilmişdir.
Əgər;
مَا جَاءَنِي زَيْدٌ لاَ عَمْرٌو
Desəniz, belə bir tərkib caiz deyil.
Atıf hərfi olan belə gəldikdə; idrab (i'raz), yəni matufun əleyhdən üz çevirmək mənasını verir. İstər müsbət, istərsə də mənfi mənada olsun, misalı belədir:
جَاءَنِي زَيْدٌ بَلْ عَمْرٌو
"Mənə Zeyd gəldi (yox), əksinə Amr gəldi (Zeyd gəlmədi)" kimi,
مَا جَاءَنِي بَكْرٌ بَلْ خَالِدٌ
"Mənə Bəkr gəlmədi, əksinə Xalid də gəlmədi" kimi. Belə mənfi olan matufun əleyh üçün edilən bel ilə atıflarda şərhdə qeyd olunduğu kimi iki məna ortaya çıxır. Birincisi yuxarıda olduğu kimi Bəkr gəlmədi, əksinə Xalid də gəlmədi kimi, ikincisi isə Bəkr gəlmədi, əksinə Xalid gəldi kimi məna ortaya çıxır.
Atıf hərfi olan lakinə gəldikdə; istidrak, yəni bir şeyin daha yaxşı başa düşülməsi üçündür. Burada isə matufun əleyh üzərində yaranan qapalılığın daha aydın izah edilməsi üçün gəlir. Lakin atıf hərfi cümlələrin atıfında bel-i atıfa kimidir, müfrədlərin atıfında isə lâ-i atıfanın əksinədir. Yəni bir cümlə başqa bir cümləyə lakin ilə atıf edilərsə, o halda lakin nəfy (mənfi) və icab (müsbət) kəlmədən sonra gəlir, misalları:
جَاءَنِي زَيْدٌ لَكِنْ عَمْرٌو لَمْ يَجِئْ
"Mənə Zeyd gəldi, lakin Amr gəlmədi" və,
مَا جَاءَنِي زَيْدٌ لَكِنْ عَمْرٌو قَدْ جَاءَ
"Mənə Zeyd gəlmədi, lakin Amr gəlmişdi" kimi.
Əgər lakin-i atıfa ilə bir müfrəd başqa bir müfrədə atıf edilərsə, o halda lakin atıf hərfi xüsusilə nəfyədən sonra gəlir, misalı:
مَا رَأَيْتُ زَيْدًا لَكِنْ عَمْرًا
"Zeydi görmədim, ancaq Amrı gördüm" kimi.