İnne və Enne arasındakı fərq

اَلْفَرْقُ بَيْنَ إِنَّ وَ بَيْنَ أَنَّ

وَ تَقُولُ؛ إِنَّ زَيْدًا قَائِمٌ وَ بِشْرًا، عَطْفًا عَلَى اسْمِهَا وَ بِشْرٌ عَلَى مَحَلِّ اسْمِهَا

 və belə deyirsən; إِنَّ زَيْدًا قَائِمٌ وَ بِشْرًا "Şübhəsiz Zeyd və Bişr ayaqdadır" kimi, tərkibdəki بِشْرًا sözü عَطْفًا (ətafdır), عَلَى اسْمِهَا (inne-nin isminə), إِنَّ زَيْدًا قَائِمٌ وَ بِشْرٌ desən, buradakı بِشْرٌ sözü də ətafdır, عَلَى مَحَلِّ اسْمِهَا (inne-nin isminin məhəllinə).

İnne və Enne Arasındakı Fərq

Belə deyirsən;

إِنَّ زَيْدًا قَائِمٌ وَ بِشْرًا

"Şübhəsiz Zeyd və Bişr ayaqdadır" bu tərkibdə بِشْرًا sözü inne-nin isminə ləfzən ətafdır, yəni inne-nin əməlindən pay almışdır.

إِنَّ زَيْدًا قَائِمٌ وَ بِشْرٌ

Bu şəkildə də ətaf edilir ki, burada ləfzən dammalı olan بِشْرٌ sözü inne-nin isminin məhəllinə ətaf edilərək dammalıdır. Çünki o məhəll, inne gəlməzdən əvvəl mübtəda idi. Mübtədalar mərfuatdandır. Birinci misaldakı kimi inne-nin əməl etdiyi mamuluna onun üzərindəki təsiri alaraq ətaf edilməsi daha xoşdur.

İnne cümləni dəyişmir, amma enne cümləni məstərə təvil edir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İnne və Enne arasındakı fərq
🎓
Xoş gəldiniz! Sual soruşun!