Əlif Nun maddəsinin fəthalandığı yerlər

أَنَّ الْمَفْتُوحَةُ

وَ فُتِحَتْ فَاعِلَةً، نَحْوُ؛ أَعْجَبَنِي أَنَّ زَيْدًا قَائِمٌ، وَ مَفْعُولَةً، نَحْوُ؛ سَمِعْتُ أَنَّ زَيْدًا قَائِمٌ، وَ مُبْتَدَأَةً، نَحْوُ؛ عِنْدِي أَنَّكَ قَائِمٌ، وَ مُضَافًا إِلَيْهَا، نَحْوُ؛ بَلَغَنِي أَنَّ زَيْدًا ذَاهِبٌ

وَ فُتِحَتْ və elif nun ان maddəsi fethalanır, فَاعِلَةً özü ilə gələn cümlə ilə fail olanda, نَحْوُ misalı belədir; أَعْجَبَنِي أَنَّ زَيْدًا قَائِمٌ “Zeydin ayaqda olması mənə xoş gəldi” kimi, وَ مَفْعُولَةً və özü ilə gələn cümlə ilə meful olanda, نَحْوُ misalı belədir; سَمِعْتُ أَنَّ زَيْدًا قَائِمٌ “Zeydin ayaqda olduğunu eşitdim” kimi, وَ مُبْتَدَأَةً və özü ilə gələn cümlə ilə mübtəda olanda, نَحْوُ misalı belədir; عِنْدِي أَنَّكَ قَائِمٌ “Sənin ayaqda olman mənim məlumatım daxilindədir” kimi, وَ مُضَافًا إِلَيْهَا və özü ilə gələn cümlə ilə muzafun ileyh olanda, نَحْوُ misalı belədir; بَلَغَنِي أَنَّ زَيْدًا ذَاهِبٌ “Zeydin gedici olması xəbəri mənə çatdı” kimi.

Elif Nun Maddəsinin Fethalandığı Yerlər

Elif-nun maddəsini, özündən sonra gələn cümlə ilə birlikdə fail, meful, mübtəda və muzafun ileyh olanda fethalandırırsan, misalları;

Fail Olanda

أَعْجَبَنِي أَنَّ زَيْدًا قَائِمٌ

“Zeydin ayaqda olması mənə xoş gəldi” ifadəsinin təqdiri أَعْجَبَنِي قِيَامُ زَيْدٍ şəklindədir.

Meful Olanda

سَمِعْتُ أَنَّ زَيْدًا قَائِمٌ

“Zeydin ayaqda olduğunu eşitdim” ifadəsinin təqdiri سَمِعْتُ قِيَامَ زَيْدٍ şəklindədir.

Mübtəda Olanda

عِنْدِي أَنَّكَ قَائِمٌ

“Sənin ayaqda olman mənim məlumatım daxilindədir” ifadəsinin təqdiri عِنْدِي قِيَامُكَ şəklindədir.

Muzafun İleyh Olanda

بَلَغَنِي أَنَّ زَيْدًا ذَاهِبٌ

“Zeydin gedici olması xəbəri mənə çatdı” ifadəsinin təqdiri بَلَغَنِي خَبَرُ ذِهَابِ زَيْدٍ şəklindədir.

Qeyd: Fail, meful, mübtəda və muzafun ileyh müfrəd olmağı tələb edir. Daha öncə elif nun maddəsi fethalandıqda özündən sonrakı cümlə ilə birlikdə müfrəd olduğunu demişdik. Birinci misalda أَنَّ زَيْدًا قَائِمٌ ifadəsi mahallen fail, ikinci misalda أَنَّ زَيْدًا قَائِمٌ ifadəsi mahallen meful, üçüncü misalda أَنَّكَ قَائِمٌ ifadəsi mahallen mübtəda və dördüncü misalda isə أَنَّ زَيْدًا ذَاهِبٌ ifadəsi isə məna bütövlüyü ilə muzafun ileyhdır, lakin muzaf hazfə gedib.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Əlif Nun maddəsinin fəthalandığı yerlər
🎓
Xoş gəldiniz! Sual soruşun!