Filə bənzəyən hərflərin əməlini ləğv edilməsi

إِلْغَاءُ الْعَمَلِ

وَ يُبْطِلُ عَمَلَهَا الْكَفُّ مَا الْكَافَّةِ عَلَى الْأَفْصَحِ وَ تُهَيِّئُهَا لِلدُّخُولِ عَلَى الْقَبِيلَتَيْنِ، نَحْوُ؛ إِنَّمَا زَيْدٌ قَائِمٌ وَ إِنَّمَا ذَهَبَ عَمْرٌو

 وَ يُبْطِلُ və ləğv edilir, عَمَلَهَا fiilə bənzəyən hərflərin əməli, الْكَفُّ maneə olmaqla, مَا الْكَافَّةِ ma-i kaffe yəni maneə olan ma ilə, عَلَى الْأَفْصَحِ ən fəsih görüşə görə, تُهَيِّئُ ma-i kaffe hazırlayır, bəzi nüsxələrdə تَتَهَيَّأُ “hazır olur” yazılır, ـهَا huruf-u müşebbehetun bilfiil’i, لِلدُّخُولِ daxil olması üçün, عَلَى الْقَبِيلَتَيْنِ iki qəbiləyə yəni iki halə ki, isim və ya fiil cümləsidir, نَحْوُ isim cümləsinə misal; إِنَّمَا زَيْدٌ قَائِمٌ “Yalnız və yalnız Zeyd ayaqdadır” və fiil cümləsinə misal; إِنَّمَا ذَهَبَ عَمْرٌو “Yalnız Amr getdi” kimi.

Fiilə Bənzəyən Hərflərin Əməlinin Ləğvi

Əgər fiilə bənzəyən hərflərə ma-i kaffe gələrsə, o zaman fiilə bənzəyən hərflərin əməli ləğv olunur. Yəni ismini nəsb, xəbərini rəf edə bilməz. İNNƏMƏ və ƏNNƏMƏ və LEYTƏMƏ kimi. Ma-i kaffe fiilə bənzəyən hərflərə birləşəndə, fiilə bənzəyən hərfləri isim və fiil cümləsi üzərinə daxil olmağa hazırlayır, misalları;

إِنَّمَا زَيْدٌ قَائِمٌ

“Yalnız və yalnız Zeyd ayaqdadır” və,

إِنَّمَا ذَهَبَ عَمْرٌو

“Yalnız Amr getdi” kimi.

Şərhdə izah olunduğu kimi, bu ma-i kaffenin daxil olması hasır üçündür. Bu səbəbdən yuxarıdakı misalları مَا زَيْدٌ إِلاَّ قَائِمٌ “Zeyd yalnız ayaqdadır” və مَا ذَهَبَ إِلاَّ عَمْرٌو kimi təsdiq məqsədli olduğunu görürük. وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ “Məhəmməd (s.ə.v) deyil, yalnız rəsuldur” yəni “Məhəmməd (s.ə.v) yalnız və yalnız rəsuldur, başqası deyil & Məhəmməd (s.ə.v) rəsuldan başqası deyil” -Ali İmran 144- deməyə bərabərdir. Bu ayəni إِنَّمَا مُحَمَّدٌ رَسُولٌ şəklində də təqdir edə bilərik. Belə bir hasır edilməsi, yəni deyilmək istənən mənanın məhdudlaşdırılması, mənanın təsdiqi üçündür. Ayə, Məhəmməd (s.ə.v) rəsuldur deyərsə təsdiqsiz bir məna ortaya çıxır, lakin “Məhəmməd (s.ə.v) yalnız və yalnız rəsuldur, başqası deyil” deyildiyi zaman məna rəsulluq üzərinə cəmlənir. Bəzi yerlərdə hasır əməli mübaliğə üçün də gələ bilər.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Filə bənzəyən hərflərin əməlini ləğv edilməsi
🎓
Xoş gəldiniz! Sual soruşun!