Əlif Nun maddəsinin kəsrələndiyi yerlər
إِنَّ الْمَكْسُورَةُ
فَكُسِرَتْ إِنَّ ابْتِدَاءً، نَحْوُ؛ إِنَّ زَيْدًا مُنْطَلِقٌ، بَعْدَ الْقَوْلِ، نَحْوُ؛ قُلْتُ: إِنَّ زَيْدًا قَائِمٌ، بَعْدَ الْمَوْصُولاَتِ، نَحْوُ؛ جَاءَنِي الَّذِي إِنَّ أَبَاهُ قَائِمٌ، وَ بَعْدَ الْقَسَمِ، نَحْوُ؛ وَاللهِ إِنِّي لَصَائِمٌ
فَكُسِرَتْ və elif nun ان maddəsi kəsrələnir, ابْتِدَاءً başlanğıcda, نَحْوُ misalı belədir; إِنَّ زَيْدًا مُنْطَلِقٌ “Şübhəsiz Zeyd gedicidir” kimi, بَعْدَ الْقَوْلِ kəldən sonra, yəni قَالَ və ya يَقُولُ və ya قُلْتُ kimi قَوْلٌ məzdarından yaranan fellərdən sonra məqul olaraq gələn cümlənin əvvəlində, نَحْوُ misalı belədir; قُلْتُ: إِنَّ زَيْدًا قَائِمٌ “Dedim ki: Şübhəsiz Zeyd ayaqdadır” kimi, بَعْدَ الْمَوْصُولاَتِ ism-i mevsullardan sonra, نَحْوُ misalı belədir; جَاءَنِي الَّذِي إِنَّ أَبَاهُ قَائِمٌ “Şübhəsiz atası ayaqda olan adam mənə gəldi” kimi, وَ بَعْدَ الْقَسَمِ və qəsəm (and)dən sonra, نَحْوُ misalı belədir; وَاللهِ إِنِّي لَصَائِمٌ “Allaha and olsun, şübhəsiz ki, mən oruc tutanam” kimi.
Elif Nun Maddəsinin Kəsrələndiyi Yerlər
Elif-nun maddəsini başlanğıcda, kəlin məqulu olan cümlənin əvvəlində, ism-i mevsullardan sonra və qəsəmdən sonra kəsrə ilə oxuyursan, misalları;
Başlanğıcda
إِنَّ زَيْدًا مُنْطَلِقٌ
“Şübhəsiz Zeyd gedicidir” kimi.
Kəldən sonra
قُلْتُ: إِنَّ زَيْدًا قَائِمٌ
“Dedim ki: Şübhəsiz Zeyd ayaqdadır” kimi.
İsm-i Mevsullardan sonra
جَاءَنِي الَّذِي إِنَّ أَبَاهُ قَائِمٌ
“Şübhəsiz atası ayaqda olan adam mənə gəldi” kimi.
Qəsəmdən sonra
وَاللهِ إِنِّي لَصَائِمٌ
“Allaha and olsun, şübhəsiz ki, mən oruc tutanam” kimi.
Qeyd: إِنِّي ifadəsi إِنَّ + نِي şəklində olub əslində إِنَّنِي şəklindədir. Lakin yüngülləşmə səbəbindən إِنِّي olmuşdur. نِي şəkilçisi nun-u vikaye ilə ya-i mütəkəllimdən ibarətdir.