h. Nakis fellər
اَلْأَفْعَالُ النَّاقِصَةِ
وَ هِيَ؛ كَانَ وَ صَارَ وَ أَصْبَحَ وَ أَمْسَى وَ أَضْحَى وَ ظَلَّ وَ بَاتَ وَ مَا زَالَ وَ مَا بَرِحَ وَ مَا انْفَكَّ وَ مَا فَتِئَ وَ مَا دَامَ وَ لَيْسَ، تَرْفَعُ الْاِسْمَ وَ تَنْصِبُ الْخَبَرَ، نَحْوُ؛ كَانَ زَيْدٌ قَائِمًا. وَ كَانَ تَكُونُ نَاقِصَةً وَ تَامَّةً، نَحْوُ؛ كَانَ الْأَمْرُ، وَ زَائِدَةً، نَحْوُ؛ كَانَ أَحْسَنَ زَيْدًا، وَ مُضْمَرًا فِيهَا ضَمِيرُ الشَّأْنِ، نَحْوُ؛ كَانَ زَيْدٌ مُنْطَلِقًا. وَ يَجُوزُ تَقْدِيمُ خَبَرِهَا عَلَى اسْمِهَا، وَ عَلَيْهَا إِلاَّ مَا فِي أَوَّلِهِ مَا فَإِنَّهُ لاَ يَتَقَدَّمُ عَلَيْهِ مَعْمُولُهُ وَ لَكِنْ يَتَقَدَّمُ عَلَى اسْمِهِ فَحَسْبُ. وَ سُمِّيَتْ هَذِهِ الْأَفْعَالُ؛ الْأَفْعَالَ النَّاقِصَةَ لِأَنَّهَا لاَ تُتِمَّ بِفَاعِلِهَا كَلاَمًا بِخِلاَفِ سَائِرِ الْأَفْعَالِ
وَ هِيَ nakis fellər; كَانَ “oldu, idi, -dır” və صَارَ “döndü” və أَصْبَحَ “döndü, səhərlədi” və أَمْسَى “axşamladı” və أَضْحَى “quşluq vaxtına girdi” və ظَلَّ “gün kölgəli oldu” və بَاتَ “gecəledi” və مَا زَالَ “zail olmadı” və مَا بَرِحَ “davamlı oldu, kəsilmədi” və مَا انْفَكَّ “ayrılmadı, davamlı oldu” və مَا فَتِئَ “dayanmadı, davam etdi” və مَا دَامَ “daim olduqca” və لَيْسَ “deyil” kimidir. تَرْفَعُ الْاِسْمَ bu fellər ismi ref edir, وَ تَنْصِبُ الْخَبَرَ və xəbəri nəsb edir, نَحْوُ misalı belədir; كَانَ زَيْدٌ قَائِمًا “Zeyd ayaqdadır” kimi, وَ كَانَ kâne feli, تَكُونُ olur, نَاقِصَةً وَ تَامَّةً həm nakis, həm də tam feli olur, نَحْوُ tam felə misal belədir; كَانَ الْأَمْرُ “iş oldu” kimi, وَ زَائِدَةً və kâne feli zaid olaraq gəlir, نَحْوُ misalı belədir; كَانَ أَحْسَنَ زَيْدًا “Zeyd çox gözəldir & Zeyd çox gözəl & Zeyd nə də gözəl” kimi. وَ مُضْمَرًا və kâne gizli olur, فِيهَا o kâne felinin altında vardır, ضَمِيرُ الشَّأْنِ şan zamiri, نَحْوُ misalı belədir; كَانَ زَيْدٌ مُنْطَلِقًا “Zeydin halı gedici olmasıdır” kimi. وَ يَجُوزُ və caizdir, تَقْدِيمُ خَبَرِهَا عَلَى اسْمِهَا kâne'nin xəbərinin kâne'nin isminin önünə keçməsi, وَ عَلَيْهَا və xəbər kâne'nin önünə keçməsi, إِلاَّ مَا فِي أَوَّلِهِ مَا ancaq əvvəlində mâ olan (mâ dâme, mâ beriha və s.) nakis fellər istisna, فَإِنَّهُ لاَ يَتَقَدَّمُ عَلَيْهِ مَعْمُولُهُ çünki onların mamulu özlərindən önə keçə bilməz, وَ لَكِنْ يَتَقَدَّمُ ancaq əvvəlində mâ olan nakis fellər önünə keçə bilər, عَلَى اسْمِهِ isimlərinin, فَحَسْبُ bu qədərdir, وَ سُمِّيَتْ هَذِهِ الْأَفْعَالُ bu fellər adlandırıldı, الْأَفْعَالَ النَّاقِصَةَ nakis fellər olaraq, لِأَنَّهَا çünki o fellər, لاَ تُتِمَّ بِفَاعِلِهَا feli ilə tamamlanmazlar (məsələn, bir də xəbər alaraq), كَلاَمًا kəlam olaraq, بِخِلاَفِ سَائِرِ الْأَفْعَالِ digər fellərin əksinə
Nakis Fellər
Felin hissələrindən biri də nakis fellərdir. Nakis fellər aşağıdakı cədvəldə sıralanıb. Bir çox nakis fel olmasına baxmayaraq, Musannifin təsnif etdiyi felləri təqdim edirik.
| oldu, idi, -dır | كَانَ |
| döndü | صَارَ |
| döndü, səhərlədi | أَصْبَحَ |
| Axşamladı | أَمْسَى |
| Quşluq vaxtına girdi | أَضْحَى |
| Gün kölgəli oldu | ظَلَّ |
| Gecəledi | بَاتَ |
| Həmişə oldu | مَا زَالَ |
| Həmişə oldu | مَا بَرِحَ |
| Həmişə oldu | مَا انْفَكَّ |
| Həmişə oldu | مَا فَتِئَ |
| Həmişə oldu | مَا دَامَ |
| Değil | لَيْسَ |
Bu naqis feilər ismini ref, xəbərini isə nasb edirlər, misal üçün;
كَانَ زَيْدٌ قَائِمًا
“Zeyd ayaqdadır” tərkibində كَانَ ecvef bina-i vavi naqis mazi feil, زَيْدٌ sözü kâne-nin ismi və merfu, قَائِمًا sözü isə kâne-nin xəbəri və mansubdur.
Kâne feili yuxarıdakı nümunədə göstərildiyi kimi naqis olaraq gəlmişdir. Amma kâne feili tam feil olaraq da gəlir, misal üçün;
كَانَ الْأَمْرُ
“iş oldu” kimi.
Kâne feili zaid olaraq da gəlir, misal üçün;
كَانَ أَحْسَنَ زَيْدًا
“Zeyd çox gözəldir & Zeyd çox gözəl & Zeyd nə də gözəldir” kimi.
Kâne feilinin quruluşunda şan zamiri gizli şəkildə gəlir, misal üçün;
كَانَ زَيْدٌ مُنْطَلِقًا
“Zeydin vəziyyəti gedici olmasıdır” kimi. Bu tərkibdə كَانَ feilinin şan zamiri هُوَ dir və زَيْدٌ مُنْطَلِقًا cümləsi isə şan zamirini təfsir edir.
Naqis feilərin xəbərlərinin isimlərinin önünə keçməsi və xəbərlərinin özlərinin önünə keçməsi də caizdir. Misal üçün; كَانَ عَلِيمًا زَيْدٌ və عَلِيمًا كَانَ زَيْدٌ kimi. Normalda bu cümlə كَانَ زَيْدٌ عَلِيمًا şəklində idi. كَانَ naqis feil, زَيْدٌ onun ismi və عَلِيمًا isə onun xəbəri idi. Xəbər ismin önünə keçdi və كَانَ عَلِيمًا زَيْدٌ oldu, xəbər naqis feilinin önünə keçdi və عَلِيمًا كَانَ زَيْدٌ oldu. Amma əvvəlində مَا mâ olan naqis feilər üçün bu hal keçərli deyil. Çünki onların mamulləri öz önlərinə keçə bilməz, ancaq isimləri önlərinə keçə bilər, misal üçün; مَا دَامَ زَيْدٌ حَسَنًا tərkibində naqis feil olan مَا دَامَ ‘nin ismi olan زَيْدٌ sözü önə keçərsə زَيْدٌ مَا دَامَ حَسَنًا ola bilər, amma زَيْدٌ حَسَنًا مَا دَامَ olmaz.
Bu feilər, naqis feilər adlandırılmışdır, çünki digər feilərdə olduğu kimi naqis feilər faili ilə birlikdə kəlam baxımından tam olmur. Məsələn كَانَ زَيْدٌ Zeyd ...dı, -dir.. deyildiyi zaman bu cümlənin kəlam baxımından müfid olması üçün bir xəbərə ehtiyac var. Zeyd nədir, yəni Zeyd nə oldu? Mütləq bir xəbər istəyir. Amma tam feilərdə belə deyil, misal üçün; عَلِمَ زَيْدٌ Zeyd bildi dediyimiz zaman kəlam xüsusiyyəti daşıyır. Yəni feil faili ilə birlikdə kəlamən tam olarsa o feil tam, tam olmazsa o feil naqis feildir.