g. Qəlb felləri
أَفْعَالُ الْقُلُوبِ
أَفْعَالُ الْقُلُوبِ; وَ هِي; ظَنَنْتُ وَ حَسِبْتُ وَ خِلْتُ وَ زَعَمْتُ وَ عَلِمْتُ وَ رَأَيْتُ وَ وَجَدْتُ mübteda və xəbər üzərinə daxil olur, onları məful olaraq nasb edir, misal; ظَنَنْتُ زَيْدًا قَائِمًا. وَ حَسِبْتُ وَ خِلْتُ bu əməliyyətdə digərlərindən fərqli olaraq mübteda və xəbər üzərinə gəlməsi vacibdir, digərlərində belə bir məcburiyyət yoxdur. Belə ki, deyirsən; ظَنَنْتُهُ yəni onu ittiham etdim, عَلِمْتُهُ yəni onu tanıdım, زَعَمْتُهُ yəni onu dedim, رَأَيْتُهُ yəni onu gördüm, وَجَدْتُ الضَّالَّةَ yəni itəni tapdım. Bu fiillərin xüsusiyyətlərindən biri də, mübteda və xəbəri məful olaraq alma əməlini ortada və ya axırda olduqda ləğv etmək mümkündür, misal; زَيْدٌ ظَنَنْتُ مُقِيمٌ və ya زَيْدٌ مُقِيمٌ ظَنَنْتُ. Ta’lik əməli də mümkündür, ləm-dən əvvəl gəldikdə, misal; عَلِمْتُ لَزَيْدٌ مُنْطَلِقٌ, istifhamdan əvvəl gəldikdə, misal; عَلِمْتُ أَ زَيْدٌ عِنْدَكَ أَمْ عَمْرٌو və ya عَلِمْتُ أَيُّهُمْ فِي الدَّارِ, və nefy-dən əvvəl gəldikdə, misal; عَلِمْتُ مَا زَيْدٌ مُنْطَلِقٌ.
أَفْعَالُ الْقُلُوبِ – Qəlb felləri; وَ هِي; və onlar merfu muttasıl zamir ilə; ظَنَنْتُ "zənn etdim", حَسِبْتُ "sandım", خِلْتُ "bildim", زَعَمْتُ "iddia etdim, dedim", عَلِمْتُ "bildim", رَأَيْتُ "gördüm", وَجَدْتُ "tapdım" kimi, zamirsiz keçmiş formaları isə; ظَنَّ, حَسِبَ, خَالَ, زَعَمَ, عَلِمَ, رَأَى, وَجَدَ şəklindədir. Bunlara دَرَى "anladı" fiilini də əlavə etmək olar. Bu qəlb felləri mübteda və xəbər üzərinə daxil olur, onları məful olaraq nasb edir, misal; ظَنَنْتُ زَيْدًا قَائِمًا "Zeydi ayaqda zənn etdim". حَسِبْتُ və خِلْتُ felləri mübteda və xəbər üzərinə gəlməkdə vacibdir, digərlərində belə bir məcburiyyət yoxdur. Yəni deyirsən; ظَنَنْتُهُ "onu zənn etdim", yəni onu ittiham etdim, عَلِمْتُهُ "onu bildim", yəni onu tanıdım, زَعَمْتُهُ "onu iddia etdim, inandım", yəni onu dedim, رَأَيْتُهُ "onu gördüm", yəni (basiret ilə) gördüm, وَجَدْتُ الضَّالَّةَ "itəni tapdım", yəni onunla qarşılaşdım, tapdım. Qəlb fellərinin xüsusiyyətlərindən biri də, mübteda və xəbəri məful olaraq alma əməlini ortada və ya axırda olduqda ləğv etmək mümkündür, misal; زَيْدٌ ظَنَنْتُ مُقِيمٌ və ya زَيْدٌ مُقِيمٌ ظَنَنْتُ. Ta’lik əməli də mümkündür, ləm-dən əvvəl gəldikdə, misal; عَلِمْتُ لَزَيْدٌ مُنْطَلِقٌ "Bildim ki, Zeyd gedicidir", istifhamdan əvvəl gəldikdə, misal; عَلِمْتُ أَ زَيْدٌ عِنْدَكَ أَمْ عَمْرٌو "Yanında Zeyd mi, yoxsa Amr mı olduğunu bildim", və ya عَلِمْتُ أَيُّهُمْ فِي الدَّارِ "Onlardan hansının evdə olduğunu bildim", və nefy-dən əvvəl gəldikdə, misal; عَلِمْتُ مَا زَيْدٌ مُنْطَلِقٌ "Zeydin gedici olmadığını bildim".
Qəlb Felləri
Fiilin hissələrindən biri də qəlb felləridir. Qəlb felləri aşağıdakı cədvəldə verilmişdir:
| zənn etdi | ظَنَّ | إِتَّهَمَ |
| sandı | حَسِبَ | فَهِمَ |
| bildi | خَالَ | عَلِمَ |
| inandı | زَعَمَ | إِعْتَقَدَ |
| bildi | عَلِمَ | عَرَفَ |
| gördü | رَأَى | أَبْصَرَ |
| tapdı | وَجَدَ | صَادَفَ |
Bu qəlb felləri mübtəda və xəbər cümləsinə daxil olurlar və daxil olduqları mübtəda və xəbəri özlərinə məful kimi qəbul edirlər, misal üçün;
زَيْدٌ قَائِمٌ
“Zeyd ayaqdadır” ifadəsi mübtəda olan زَيْدٌ və xəbər olan قَائِمٌ sözlərindən ibarət olduğu halda, əvvəllərinə bir qəlb feli gəldikdə bu iki söz məful olub nəsb əlamətinə sahib olurlar;
ظَنَنْتُ زَيْدًا قَائِمًا
“Zeydin gedici olduğunu bildim” kimi. مُنْطَلِقٌ sözü əslində sərbəst oldu, yəni azad oldu mənasında olsa da, “getdi” mənasında da işlədilə bilər. Azad olan birinin olduğu yerdən getməsi əsas götürülərək bu mənaya təyin edilmişdir.
خَالَ və حَسِبَ qəlb felləri yalnız mübtəda və xəbərin əvvəlinə gələ bilər, ortasında və ya sonunda gələ bilməz. Sən qəlb fellərini zikr edərkən əslində belə deyirsən; ظَنَنْتُهُ onu zənn etdim, yəni إِتَّهَمْتُهُ onu ittiham etdim, عَلِمْتُهُ onu bildim, yəni عَرَفْتُهُ onu tanıdım, زَعَمْتُهُ onu iddia etdim, inandım, yəni قُلْتُهُ yəni onu dedim, رَأَيْتُهُ onu gördüm, yəni أَبْصَرْتُهُ (basiretlə) ürək gözü ilə gördüm, وَجَدْتُ الضَّالَّةَ itmişi tapdım, yəni صَادَفْتُهُ onunla rastlaşdım, təsadüf etdim, yəni tapdım.
*Qəlb felinin mübtəda və xəbərin ortasında gəlməsi halında əməlinin (əvvəldə ikisini də özünə məful edirdi) ləğv edilməsi caizdir, misal üçün;
زَيْدٌ ظَنَنْتُ مُقِيمٌ
“Zeydi ayaqda zənn etdim” kimi.
*Qəlb felinin mübtəda və xəbərin sonunda gəlməsi halında da əməlinin (əvvəldə ikisini də özünə məful edirdi) ləğv edilməsi caizdir, misal üçün;
زَيْدٌ مُقِيمٌ ظَنَنْتُ
“Zeydi ayaqda zənn etdim” kimi.
*Əgər qəlb feli lam ul-ibtida’dan əvvəl gələrsə əməlini (özünə məful etməsini) ləğv edib mənada sabit qalması, yəni ta’liq əməli caizdir, misal üçün;
عَلِمْتُ لَزَيْدٌ مُنْطَلِقٌ
“Bildim ki Zeyd gedicidir” kimi.
* Əgər qəlb feli istifhamdan əvvəl gələrsə əməlini (özünə məful etməsini) ləğv edib mənada sabit qalması, yəni ta’liq əməli caizdir, misal üçün;
عَلِمْتُ أَ زَيْدٌ عِنْدَكَ أَمْ عَمْرٌو
“Yanında Zeyd mi, yoxsa Amr mı olduğunu bildim” və,
عَلِمْتُ أَيُّهُمْ فِي الدَّارِ
“Onlardan hansının evdə olduğunu bildim” kimi.
*Əgər qəlb feli nefyedən əvvəl gələrsə əməlini (özünə məful etməsini) ləğv edib mənada sabit qalması, yəni ta’liq əməli caizdir, misal üçün;
عَلِمْتُ مَا زَيْدٌ مُنْطَلِقٌ
“Zeydin gedici olmadığını bildim & bildim ki Zeyd gedici deyil” kimi.
Yuxarıdakı misallarda qəlb feli olan عَلِمَ feli bildiyimiz qəlb feli kimi əməl edəcəkdi, əməl edəcəyi sözlərdən əvvəl lam ul-ibtida, istifham və ma-i nafiye gəlmişdir. Bu ədatlar mütləq şəkildə عَلِمَ qəlb felinin əməlini ləğv etsə də, mənada biz bilirik ki, bu عَلِمَ feli mübtəda və xəbəri özünə məful edib, yəni mənada heç bir dəyişiklik yoxdur. Lakin mübtəda və xəbərin ortasında və ya sonunda gəlməsi halında həm sözlə, həm də mənada əməl ləğv edilir.