Muzariyə Əlavələr
مُلْحَقَاتٌ بِالْمُضَارِعِ
وَ تَلْحَقُهُ بَعْدَ أَلِفِ الضَّمِيرِ وَ وَاوِهِ وَ يَائِهِ: نُونٌ، نَحْوُ؛ يَضْرِبَانِ وَ تَضْرِبَانِ وَ يَضْرِبُونَ وَ تَضْرِبُونَ وَ تضْرِبِينَ. وَ ذَلِكَ الْإِلْحَاقُ فِي الرَّفْعِ وَ تَسْقُطُ فِي النَّصْبِ وَ الْجَزْمِ، يَعْنِي: يَكُونُ رَفْعُ الْفِعْلِ الْمُضَارِعِ الَّذِي فِيهِ أَحَدُ هَذِهِ الضَّمَائِرِ بِالنُّونِ وَ نَصْبُهُ وَ جَزْمُهُ بِسُقُوطِ النُّونِ
وَ تَلْحَقُهُ və muzari felə əlavə olunur, بَعْدَ أَلِفِ الضَّمِيرِ zamir əlifi, yəni təsniyə əlifindən sonra, وَ وَاوِهِ və zamir vavı, yəni cəmi vavından sonra, وَ يَائِهِ və zamir ya'sı, yəni müxataba ya'sından sonra, نُونٌ nun əlavə olunur. نَحْوُ misalları belədir; zamir əlifi; يَضْرِبَانِ "O ikisi vurur" və تَضْرِبَانِ "Siz ikiniz vurursunuz" və zamir vavı; يَضْرِبُونَ "Onlar vurur" və تَضْرِبُونَ "Siz vurursunuz" və zamir ya'sı; تضْرِبِينَ "Sən vurursan (qız)" felinin sonunda nun-u meftuha olur və bu felin rəf əlamətidir, yəni felin merfu vəziyyətdə olduğunu göstərir. وَ ذَلِكَ الْإِلْحَاقُ bu əlavə, yəni fətalı nun, فِي الرَّفْعِ rəf halında olur, وَ تَسْقُطُ فِي النَّصْبِ وَ الْجَزْمِ nəsb və cəzm halında düşür, يَعْنِي yəni, يَكُونُ رَفْعُ الْفِعْلِ الْمُضَارِعِ muzari felin rəf əlaməti olur, الَّذِي فِيهِ özündə, أَحَدٌ هَذِهِ الضَّمَائِرِ bu zamirlərdən (əlif, vav, ya) biri ilə, بِالنُّونِ nun ilə birlikdə olur. وَ نَصْبُهُ وَ جَزْمُهُ və muzari felin nəsb və cəzmində, بِسُقُوطِ النُّونِ nunun düşməsi ilə olur. (Cəmi fellərdə nun düşəndə bir əlif əlavə olunur, misal üçün يَضْرِبُونَ felinin nəsb və cəzm halında يَضْرِبُو deyil, يَضْرِبُوا olur, amma zamir əlavə olunarsa bu əlif də düşür, məsələn يَضْرِبُوهُ "Onlar onu döyürlər" kimi)
Muzariyə Mülhaklar
Muzari felə zamir əlifi (təsniyə əlifi), zamir vavı (vav ul-cəmaat) və zamir ya'sı (müxataba ya'sı) əlavə olunduqdan sonra bir nun əlavə olunur. Misalları sırası ilə; zamir əlifi; يَضْرِبَانِ "O ikisi vurur" və تَضْرِبَانِ "Siz ikiniz vurursunuz" və zamir vavı; يَضْرِبُونَ "Onlar vurur" və تَضْرِبُونَ "Siz vurursunuz" və zamir ya'sı; تضْرِبِينَ "Sən vurursan (qız)" kimi.
Bu nun hərfinin əlavə olunması rəf halında olur, nəsb və cəzm halında bu nun düşür. Yəni muzari felin rəf halı özündə bu zamirlərdən (əlif, vav, ya) biri ilə birlikdə nun hərfinin olmasıdır. Muzari felin nəsb və cəzm halında bu nun düşür.