Müfrəd Muzari Felde İrab
اَلْإِعْرَابُ فِي اَلْمُضَارِعِ الْمُفْرَدِ
وَ الْفِعْلُ الْمُجَرَّدُ عَنْ هَذِهِ الضَّمَائِرِ İndiki zamanda mücerred olan fiil, yəni bu zamirlərdən (zamir əlifi, vavı və ya’sı) azad olan fiil, əgər lam-ul-fiili (fiilin sonuncu hərfi) sağlam bir hərf olarsa, məsələn يَضْرِبُ kimi, onun mərrə (ref) halı dammə ilə, nasb halı fətəhə ilə, cəzm halı isə sükun ilə olur. Əgər fiil vav və ya ilə mütəl (ilətli) olarsa, məsələn يَغْزُو və يَرْمِي kimi, onun mərrə halı təqdirən dammə ilə, nasb halı ləfzən fətəhə ilə, cəzm halı isə hərfin hazfi ilə olur. Əgər fiil əlif ilə mütəl olarsa, məsələn يَخْشَى kimi, onun mərrə halı təqdirən dammə ilə, nasb halı təqdirən fətəhə ilə, cəzm halı isə hərfin hazfi ilə olur.
وَ الْفِعْلُ الْمُجَرَّدُ və mücerred olan muzari fiilə gəldikdə, عَنْ هَذِهِ الضَّمَائِرِ bu sayılan zamirlərdən, yəni zamir əlifi, vavı və ya’sından, İndiki zamanda müfred muzari fiilin lam-ul-fiili sağlam bir hərf olarsa, məsələn يَضْرِبُ kimi, belə bir muzari fiilin mərrə halı dammə ilə olur, nasb halı fətəhə ilə olur, cəzm halı isə sükun ilə olur. Əgər müfred muzari fiil vav və ya ilə mütəl olarsa, məsələn يَغْزُو “Qazı edir” və يَرْمِي “Atır” kimi, onun mərrə halı təqdirən dammə ilə, nasb halı ləfzən fətəhə ilə, cəzm halı isə hərfin hazfi ilə olur. Əgər müfred muzari fiil əlif ilə mütəl olarsa, məsələn يَخْشَى “Qorxur” kimi, onun mərrə halı təqdirən dammə ilə, nasb halı təqdirən fətəhə ilə, cəzm halı isə hərfin hazfi ilə olur.
Müfred Muzari Fiildə İrab
Əvvəlki dərsdə qeyd olunan və muzari fiilə əlavə olunan zamir vavı, əlifi və ya’sından mücerred, yəni yalın olan muzari fiilin lam-ul-fiili sağlam bir fiil olarsa, belə bir muzari fiilin mərrə halı dammə ilə olur يَضْرِبُ kimi, nasb halı fətəhə ilə olur لَنْ يَضْرِبَ kimi və cəzm halı isə sükun ilə olur لَمْ يَضْرِبْ kimi.
Əgər muzari fiil vav və ya ya hərfi ilə mütəl bir fiil olarsa, o zaman belə bir muzari fiilin mərrə halı təqdirən dammə ilə olur يَغْزُو və يَرْمِي kimi, nasb halı ləfzən fətəhə ilə olur لَنْ يَغْزُوَ və لَنْ يَرْمِيَ kimi və cəzm halı isə sondakı ilətli hərfin hazfi ilə olur لَمْ يَغْزُ və لَمْ يَرْمِ kimi.
Əgər muzari fiil əlif ilə mütəl bir fiil olarsa, o zaman belə bir muzari fiilin mərrə halı təqdirən dammə ilə olur يَخْشَى kimi və nasb halı təqdirən fətəhə ilə olur لَنْ يَخْشَى və cəzm halı isə sondakı ilətli hərfin hazfi ilə olur لَمْ يَخْشَ kimi.