Cəm Müzekker və Müənnəs Haqqında
وَ تَقُولُ فِي ضَمِيرِ جَمْعِ الْمُذَكَّرِ الْعَاقِلِ غَيْرِ السَّالِمِ؛ اَلرِّجَالُ فَعَلُوا وَ فَعَلَتْ، وَ أَمَّا السَّالِمُ فَبِالْوَاوِ لاَ غَيْرَ ، نَحْوُ؛ اَلزَّيْدُونَ ضَرَبُوا. وَ إِنْ كَانَ غَيْرَ الْمُذَكَّرِ فَتَقُولُ بِالنُّونِ وَ التَّاءِ، نَحْوُ؛ اَلْمُسْلِمَاتُ جِئْنَ وَ جَاءَتْ، وَ الْأَيَّامُ مَضَيْنَ وَ مَضَتْ، وَ الْعُيُونُ جَرَيْنَ وَ جَرَتْ
وَ نَحْوُ النَّخْلِ وَ التَّمْرِ، يُذَكَّرُ وَ يُؤَنَّثُ، قَالَ اللهُ تَعَالَى؛ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ القمر ٢٠ وَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ الحاقة ٧
وَ تَقُولُ və sən deyirsən; فِي ضَمِيرِ zamirində, جَمْعِ الْمُذَكَّرِ الْعَاقِلِ ağıllı müzekker cəminin, غَيْرِ السَّالِمِ qeyri-salim olan, اَلرِّجَالُ فَعَلُوا “Kişilər etdilər” və ya اَلرِّجَالُ فَعَلَتْ “Kişilər etdi” deyə, وَ أَمَّا السَّالِمُ və ağıllı və salim olan müzekker cəmdə isə; فَبِالْوَاوِ yalnız vav ilədir, لاَ غَيْرَ başqa olmaz, نَحْوُ misalı belədir; اَلزَّيْدُونَ ضَرَبُوا “Zeydlər vurdular” kimi, yəni الزيدون ضَرَبَ deyilmir, mütləq fiildə cəmaat vavı olmalıdır, وَ إِنْ كَانَ غَيْرَ الْمُذَكَّرِ əgər müzekkerdən başqa olarsa, yəni müənnəs olarsa, فَتَقُولُ o halda deyirsən, بِالنُّونِ وَ التَّاءِ nun və te ilə, نَحْوُ misalı belədir; اَلْمُسْلِمَاتُ جِئْنَ “Müsəlman qadınlar gəldilər” və ya اَلْمُسْلِمَاتُ جَاءَتْ “Müsəlman qadınlar gəldi” kimi, وَ الْأَيَّامُ مَضَيْنَ “Günlər keçdilər” və اَلْأَيَّامُ مَضَتْ “Günlər keçdi” və الْعُيُونُ جَرَيْنَ “Gözlər axdılar” və الْعُيُونُ جَرَتْ “Gözlər axdı” kimi.
وَ نَحْوُ və bunun kimidir; النَّخْلِ “xurma ağacları” və وَ التَّمْرِ “xurmalar” sözləri ki, müfrədləri ta ilə نَخْلَةٌ və تَمَرَةٌ şəklində gəlir, يُذَكَّرُ وَ يُؤَنَّثُ yəni نَخْلٌ və تَمْرٌ sözləri lüğətdə müzekkerdir, amma mənada müənnəsdir. Burada sözə görə müzekker, mənaya görə müənnəs olur, قَالَ اللهُ تَعَالَى Allah-taalanın bu sözlərində olduğu kimi; تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ “İnsanları kökündən çıxarılmış xurma kötükləri kimi atırdı” Qəmər 20 və سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ “Allah küləyi yeddi gecə, səkkiz gün onların üzərinə saldı. O gün (orada olsaydın) bütün xalqı yerə sərilmiş görərdin; içi boşalmış xurma kötükləri kimi idilər” Haqqa 7
Cəmi Müzekker və Müənnəs Haqqında
Qeyri-salim cəmi ağıllı müzekker zamiri üçün;
اَلرِّجَالُ فَعَلُوا
“Kişilər etdilər” və ya,
اَلرِّجَالُ فَعَلَتْ
“Kişilər etdi” deyirsən. Yəni cəmi müzekker ağıllı, lakin qeyri-salim olan اَلرِّجَالُ sözünün fiilində istər cəmaat vavı, istərsə də müənnəs qəbul edilib te ilə فَعَلَتْ şəklində deyə bilərik.
Lakin cəmi müzəkkər, ağıl və salim olan cəmilərdə yalnız cəmaat vavı istifadə oluna bilər, misal üçün;
اَلزَّيْدُونَ ضَرَبُوا
"Zeydlər vurdular" kimi. Burada ضَرَبَ felini istifadə etmək olmaz. Təbii ki, bu hal failin mübtəda olub felin xəbər kimi gəldiyi yerlərdədir.
Müzəkkərlərin xaricində, yəni müənnəslərdə isə ta və nun ilə deyilir, yəni cəmi müənnəslərin xəbəri fel olarsa və o feli zamir olacaqsa, həm cəmi müənnəs, həm də müfrəd müənnəs üçün istifadə olunan forma keçərlidir, misalları;
اَلْمُسْلِمَاتُ جِئْنَ
"Müsəlman qadınlar gəldilər" və ya,
اَلْمُسْلِمَاتُ جَاءَتْ
"Müsəlman qadınlar gəldi" kimi,
وَ الْأَيَّامُ مَضَيْنَ
"Günlər keçdilər" və,
اَلْأَيَّامُ مَضَتْ
"Günlər keçdi" və,
الْعُيُونُ جَرَيْنَ
"Gözlər axdılar" və,
الْعُيُونُ جَرَتْ
"Gözlər axdı" kimi.
Müfrədi ta ilə olan نَخْلَةٌ və تَمْرَةٌ "Xurma" kimi gələn sözlərin cəmiləri ta olmadan sözə görə müzəkkər, mənaya görə müənnəs kimi gəlir, misalları; نَخْلٌ və تَمْرٌ "Xurmalar" sözləri kimi.
Allah-Təalanın bu ayələrində olduğu kimi;
تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ
"İnsanları kökündən çıxarılmış xurma kötükləri kimi atırdı" və,
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ
"Allah küləyi yeddi gecə, səkkiz gün onların üzərinə saldı. O gün (orada olsaydın) bütün xalqı yerə sərilmiş görərdin; içi boşalmış xurma kötükləri kimi idilər" ayələrindəki نَخْلٌ "Xurmalar" sözünün sifəti birinci ayədə müzəkkər olaraq مُّنقَعِرٍ və ikinci ayədə isə müənnəs olaraq خَاوِيَةٍ gəlmişdir.