Lafzi Müənnəs
اَلْمُؤَنَّثُ اللَّفْظِيُّ
وَ اللَّفْظِيُّ بِخِلاَفِهِ، سَوَاءٌ كَانَ بِإِزَائِهِ ذَكَرٌ مِنْ غَيْرِ الْحَيَوَانِ كَتَأْنِيثِ الظُّلْمَةِ. فَإِنَّ بِإِزَائِهَا ذَكَرًا مِنْ غَيْرِ الْحَيَوَانِ وَ هُوَ النُّورُ أَوْ لَمْ يَكُنْ بِإِزَائِهِ ذَكَرٌ كَتَأْنِيثِ الْبُشْرَى
Lafzi müənnəsə gəldikdə; بِخِلاَفِهِ həqiqi müənnəsin tam əksidir, سَوَاءٌ bərabərdir, كَانَ بِإِزَائِهِ ذَكَرٌ qarşısında kişi olma məsələsində, مِنْ غَيْرِ الْحَيَوَانِ canlı olmayan, كَتَأْنِيثِ الظُّلْمَةِ "zulmət" (qaranlıq) sözündə olduğu kimi; فَإِنَّ بِإِزَائِهَا ذَكَرًا hər nə qədər qarşısında kişi olsa da, مِنْ غَيْرِ الْحَيَوَانِ canlı olmayan, وَ هُوَ النُّورُ o da "nur" sözündə olduğu kimi, أَوْ لَمْ يَكُنْ بِإِزَائِهِ ذَكَرٌ və ya qarşısında kişi olmaz, كَتَأْنِيثِ الْبُشْرَى "büşra" yəni "müjdə" sözündə olduğu kimi.
Lafzi Müənnəs Olan İsim
Lafzi müənnəs, həqiqi müənnəsin əksi olan sözlərdir. Yəni lafzi müənnəsin qarşısında müzəkkər olan bir söz yoxdur, misal olaraq اَلظُّلْمَةُ "Qaranlıq" kimi, canlı olmayan olsun, ya da اَلنُّورُ "Nur" kimi "Qaranlıq" sözünün qarşısında müzəkkər olan bir söz olsa da, "nur" sözü canlı deyil. Və ya اَلْبُشْرَى "Müjdə" kimi qarşısında müzəkkər söz olmayan bir söz olsun, bu sözlər lafzi müənnəsdir. Yəni lafzi müənnəs, qarşılığında müzəkkər forması olsa da, canlı olmayan sözlərdir.