Həqiqi Müənnəs

اَلْمُؤَنَّثُ الْحَقِيقِيُّ

فَالْحَقِيقِيُّ؛ مَا بِإِزَائِهِ ذَكَرٌ مِنَ الْحَيَوَانِ كَتَأْنِيثِ الْمَرْأَةِ وَ النَّاقَةِ

فَالْحَقِيقِيُّ; həqiqi müənnəs, مَا بِإِزَائِهِ qarşısında, yəni izasında (hizasında) olan, ذَكَرٌ bir kişi, مِنَ الْحَيَوَانِ canlılardan, كَتَأْنِيثِ الْمَرْأَةِ müənnəs olan “Qadın” kəlməsi kimi ki, qarşısında canlı olaraq اَلْمَرْءُ “Kişi” vardır, وَ النَّاقَةِ və “Dişi dəvə” kəlməsi kimi ki, qarşısında canlı olaraq جَمَلٌ “Erkək dəvə” vardır.

Həqiqi Müənnəs Olan İsim

Həqiqi müənnəs, qarşılığında canlılardan kişi olaraq kəlməsi mövcud olan isimlərdir. Misal olaraq اَلْمَرْأَةُ “qadın” kəlməsi kimi ki, qarşısında canlı və kişi forması olan اَلْمَرْءُ “kişi” kəlməsi vardır və اَلنَّاقَةُ “dişi dəvə” kəlməsi kimi ki, qarşısında canlı və kişi olaraq istifadə olunan اَلْجَمَلُ “erkək dəvə” kəlməsi vardır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Həqiqi Müənnəs
🎓
Xoş gəldiniz! Sual soruşun!