h. Kinayələr

اَلْكِنَايَاتُ

وَ مِنْهُ الْكِنَايَاتُ، نَحْوُ؛ كَمْ وَ كَذَا. وَ كَمْ عَلَى وَجْهَيْنِ؛ إِسْتِفْهَامِيَّةٌ وَ خَبَرِيَّةٌ. فَكَمِ الْإِسْتِفْهَامِيَّةُ؛ مُمَيِّزُهَا مَنْصُوبٌ مُفْرَدٌ، نَحْوُ؛ كَمْ رَجُلاً عِنْدَكَ؟ وَ كَمِ الْخَبَرِيَّةُ؛ مُمَيِّزُهَا إِمَّا مُفْرَدٌ وَ إِمَّا مَجْمُوعٌ، تَقُولُ؛ كَمْ رَجُلٍ عِنْدِي وَ كَمْ رِجَالٍ عِنْدِي وَ إِنَّمَا بُنِيَتْ، لِأَنَّ وَضْعَهَا وَضْعُ الْحَرْفِ. وَ تَقُولُ؛ عِنْدِي كَذَا دِرْهَمًا وَ بُنِيَتْ كَذَا لِتَرَكُّبِهَا مِنْ كَافِ التَّشْبِيهِ وَ ذَا الْإِشَارَةِ. وَ هُمَا مَبْنِيَّتَانِ. فَمَا تَرَكَّبَ مِنْهُمَا أَيْضًا مَبْنِيٌّ. وَ مِنَ الْكِنَايَاتِ؛ كَيْتَ كَيْتَ وَ ذَيْتَ ذَيْتَ. وَ هِيَ كِنَايَةٌ عَنِ الْجُمْلَةِ، فَلِذَلِكَ بُنِيَتْ

وَ مِنْهُ الْكِنَايَاتُ və kinayə olan sözlər məbnidir; نَحْوُ misalları belədir; كَمْ “neçə?” və كَذَا “bir neçə” kimi. وَ كَمْ "kəm" sözü عَلَى وَجْهَيْنِ iki formada olur; إِسْتِفْهَامِيَّةٌ sual və خَبَرِيَّةٌ xəbər olmaqla, فَكَمِ الْإِسْتِفْهَامِيَّةُ sual kəminə gəldikdə; مُمَيِّزُهَا kəm sözünün mümeyyizi, yəni təyinedici sözü, مَنْصُوبٌ مُفْرَدٌ tək və mansub olur, نَحْوُ misal: كَمْ رَجُلاً عِنْدَكَ؟ “Səndə neçə adam var?” kimi, وَ كَمِ الْخَبَرِيَّةُ xəbər kəminə gəldikdə; مُمَيِّزُهَا təyinedici sözü, إِمَّا مُفْرَدٌ وَ إِمَّا مَجْمُوعٌ ya tək, ya da cəm olur, تَقُولُ belə deyirsən; كَمْ رَجُلٍ عِنْدِي “Məndə nə qədər adam var” və ya كَمْ رِجَالٍ عِنْدِي “Məndə nə qədər adamlar var” kimi. وَ إِنَّمَا بُنِيَتْ kəm sözü məbni edilmişdir, لِأَنَّ وَضْعَهَا çünki qoyuluşu, وَضْعُ الْحَرْفِ hərfin qoyuluşu kimidir. وَ تَقُولُ belə deyirsən; عِنْدِي كَذَا دِرْهَمًا “Məndə bu qədər dirhəm var”, وَ بُنِيَتْ كَذَا və kəza sözü məbni edilir, لِتَرَكُّبِهَا مِنْ كَافِ التَّشْبِيهِ təşbih kəfi ilə birləşdiyinə görə, وَ ذَا الْإِشَارَةِ isə işarə əvəzidir, وَ هُمَا مَبْنِيَّتَانِ ikisi də məbnidir, فَمَا تَرَكَّبَ مِنْهُمَا ikisi birləşəndə, أَيْضًا مَبْنِيٌّ məbni olur, وَ مِنَ الْكِنَايَاتِ və kinayələrdən olanlar; كَيْتَ كَيْتَ “belə-belə” və ذَيْتَ ذَيْتَ “belə-belə” kimi, وَ هِيَ كِنَايَةٌ bu sözlər kinayədir; عَنِ الْجُمْلَةِ cümlədən, فَلِذَلِكَ بُنِيَتْ cümlədən kinayə olduqları üçün məbnidirlər

Kinayələr

كَمْ və كَذَا sözləri kinayə üçün işlədilir. Kəm, istifham və xəbər olmaq üzrə iki formada olur. Kəm-i istifhamiyyə; mümeyyizi müfred mənsub bir söz olur, misalı:

كَمْ رَجُلاً عِنْدَكَ؟

"Yanında neçə adam var?" kimi.

Kəm-i xəbəriyyə; mümeyyizi ya müfred, ya da cəmi məcrur bir söz olur, misalları:

كَمْ رَجُلٍ عِنْدِي

"Yanımda nə qədər adam var" və ya,

كَمْ رِجَالٍ عِنْدِي

"Yanımda nə qədər adam-lar var" kimi.

Kəm sözünün məbni olmasının səbəbi hərf kimi qoyulmasından irəli gəlir.

Başqa bir kinayə üçün işlədilən söz olan kəza üçün:

عِنْدِي كَذَا دِرْهَمًا

"Yanımda bu qədər dirhəm var" deyirsən. Kəza sözü də kef-i təşbih ilə işarət ismi olan zâ birləşdiyinə görə məbni olurlar. Çünki kef-i təşbih və işarət ismi olan zâ sözləri məbnidir. Təbii ki, onların birləşməsindən yaranan söz də məbnidir.

Digər kinayə sözlər isə كَيْتَ كَيْتَ və ya ذَيْتَ ذَيْتَ sözləridir. Bu sözlər cümlədən kinayə olduqları üçün məbnidir. Yəni bir hadisə baş verir və "belə-belə olmuş" dediyimizdə hadisəni anlatmayıb ondan kinayə edərək كَيْتَ كَيْتَ və ya deyirik.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › h. Kinayələr
🎓
Xoş gəldiniz! Sual soruşun!