d. İsim Fəillər
أَسْمَاءُ الْأَفْعَالِ
وَ مِنْهُ أَسْمَاءُ الْأَفْعَالِ: وَ هِيَ مَا كَانَ بِمَعْنَى الْأَمْرِ أَوِ الْمَاضِي، كَقَوْلِكَ؛ رُوَيْدَ زَيْدًا، أَيْ: أَمْهِلْهُ وَ هَلُمَّ شُهَدَاءَكُمْ الأنعام ١٥٠، أَيْ: أَحْضِرُوهُمْ وَ حَيَّهَلَ الثَّرِيدَ، أَيْ: أَسْرِعِ الثَّرِيدَ، وَ هَيْهَاتَ ذَاكَ، أَيْ: بَعُدَ ذَاكَ وَ شَتَّانَ مَا هُمَا، أَيْ: إِقْتَرَقَا وَ مَا، فِي قَوْلِكَ؛ مَا هُمَا، زَائِدَةٌ. وَ كَقَوْلِكَ؛ أُفٍّ، أَيْ: تَضَجَّرْتُ وَ كَقَوْلِكَ؛ صَهْ، أَيْ: أُسْكُتْ وَ كَقَوْلِكَ؛ مَهْ، أَيْ: أُكْفُفْ وَ كَقَوْلِكَ؛ دُونَكَ، أَيْ: خُذْهُ وَ كَقَوْلِكَ؛ عَلَيْكَ زَيْدًا، أَيْ: إِلْزَمْهُ. وَ إِنَّمَا بُنِيَتْ أَسْمَاءُ الْأَفْعَالِ، لِأَنَّهَا بِمَعْنَى الْأَمْرِ أَوِ الْمَاضِي وَ هُمَا مَبْنِيَّانِ، فَهِيَ أَيْضًا مَبْنِيَّةٌ
وَ مِنْهُ أَسْمَاءُ الْأَفْعَالِ və isim felləri onlardandır, yəni məbni isimlərdəndir, وَ هِيَ və isim felləri, مَا elədir ki; كَانَ olurlar, بِمَعْنَى الْأَمْرِ أَوِ الْمَاضِي əmr və keçmiş fel mənasında, كَقَوْلِكَ sənin bu sözündə olduğu kimi; رُوَيْدَ زَيْدًا “Zeydə möhlət ver” kimi, أَيْ yəni; أَمْهِلْهُ “Ona möhlət ver” kimidir, وَ هَلُمَّ شُهَدَاءَكُمْ “Şahidlərinizi gətirin (hazırlayın)” Ənam 150, أَيْ yəni; أَحْضِرُوهُمْ “Onları gətirin” kimidir, وَ حَيَّهَلَ الثَّرِيدَ “Tirit (yağlı buğda lapası) yeməyinə tələsin - yəni tez gəlib yeyin” kimi, أَيْ yəni; أَسْرِعِ الثَّرِيدَ “Tiritə tez olun - tez gəlib yeyin” kimidir. Azərbaycan türkcəsində, “Yeməyi soyutmayın” demək kimidir, çünki yeməyi soyutmamaq üçün vaxt itirmədən süfrəyə oturulur. وَ هَيْهَاتَ ذَاكَ və “Bu uzaq oldu” kimi, أَيْ yəni; بَعُدَ ذَاكَ “Bu uzaq oldu” kimidir, وَ شَتَّانَ مَا هُمَا “O ikisi ayrıldı” kimi, أَيْ yəni; إِقْتَرَقَا “İkisi ayrıldı” kimidir, وَ مَا mə lafzı, فِي قَوْلِك sənin, مَا هُمَا sözündə, زَائِدَةٌ artıqdır, وَ كَقَوْلِكَ və yenə sənin bu sözündə olduğu kimi; أُفٍّ “Uff, öff” kimi, أَيْ yəni; تَضَجَّرْتُ “Bezdim” kimidir, وَ كَقَوْلِكَ və yenə sənin bu sözündə olduğu kimi; صَهْ “Sakit ol” kimi, أَيْ yəni; أُسْكُتْ “Sus, sakit ol” kimidir, وَ كَقَوْلِكَ və yenə sənin bu sözündə olduğu kimi; مَهْ “Əlini çək” kimi, أَيْ yəni; أُكْفُفْ “Dayan, toxunma” kimidir, وَ كَقَوْلِكَ və yenə sənin bu sözündə olduğu kimi; دُونَكَ “Tut, buraxma” kimi, أَيْ yəni; خُذْهُ “Onu götür, buraxma” kimidir, وَ كَقَوْلِكَ və yenə sənin bu sözündə olduğu kimi; عَلَيْكَ زَيْدًا “Sənə Zeyd lazımdır” kimi, أَيْ yəni; إِلْزَمْهُ “O lazımdır” və ya bəzi nüsxələrdə أَلْزَمَ زَيْدًا “Zeydə iltizam etdi & Zeyd lazım oldu” kimidir, وَ إِنَّمَا بُنِيَتْ أَسْمَاءُ الْأَفْعَالِ və isim felləri məbni edilir, لِأَنَّهَا بِمَعْنَى الْأَمْرِ أَوِ الْمَاضِي əmr və keçmiş fel mənasında olduqları üçün, وَ هُمَا مَبْنِيَّانِ və əmr və keçmiş fellər isə məbnidir, فَهِيَ أَيْضًا o halda isim felləri də əmr və keçmiş fellər kimi, مَبْنِيَّةٌ məbnidir.
İsim Felləri & Əmr və Keçmiş Fel Mənasında Olan İsimlər
Əmr və keçmiş fel mənasında olan ifadələr isim fellərdir. Misalları parçalanmış mətnlərdə verilmişdir, aşağıdakı cədvəldə bütöv şəkildə baxaq;
| İsim Fellər | Keçmiş & Əmr Fellər | Məna |
| رُوَيْدً | أَمْهِلْ | Müddət ver |
| هَلُمَّ | أَحْضِرْ | Hazır et |
| حَيَّهَلَ | أَسْرِعْ | Tələs |
| هَيْهَاتَ | بَعُدَ | Uzaq oldu |
| شَتَّانَ | إِفْتَرَقَ | Ayrıldı |
| أُفٍ | تَضَجَّرَ | Bezdi |
| صَهْ | أُسْكُتْ | Sakit ol |
| مَهْ | أُكْفُفْ | Qadağan et |
| دُونَكَ | خُذْ | Götür |
| عَلَيْكَ | أَلْزَمَ | Lazımdır |
İsim feilərə verilən misallarda شَتَّانَ مَا هُمَا misalındakı مَا kəlməsi artıqdır. İsim feillər əmri və keçmiş feil mənası ifadə etdikləri üçün mebni sayılırlar. Çünki əmri və keçmiş feil mebnidir, buna görə də isim feillər də mebnidir.