e. Əsvat və Səslər

اَلْأَصْوَاتُ

وَ مِنْهُ الْأَصْوَاتُ؛ وَ هِيَ كُلُّ لَفْظٍ حُكِيَ بِهِ صَوْتٌ أَوْ صُوِّتَ بِهِ لِلْبَهَائِمِ. فَالْأَوَّلُ؛ كَغَاقْ وَ الثَّانِي؛ كَنَخْ. وَ إِنَّمَا بُنِيَتِ الْأَصْوَاتُ لِأَنَّهَا لاَ يَقَعُ لَهَا تَرْكِيبٌ يَقْتَضِي الْإِعْرَابَ، لِأَنَّ وَضْعَهَا عَلَى أَنْ يُنْطَقَ بِهَا مُفْرَدَةً. فَإِذَا أَرَدْتَ حِكَايَةَ صَوْتِ الْغُرَابِ تَقُولُ؛ غَاقْ، وَ إِذَا أَرَدْتَ إِنَاخَةِ الْبَعِيرِ قُلْتَ؛ نَخْ

وَ مِنْهُ الْأَصْوَاتُ və ism-i əsvat, yəni bəzi səslərin adları ondandır, yəni məbni isimlərdəndir. وَ هِيَ və ism-i əsvat, كُلُّ لَفْظٍ hər bir söz ki, حُكِيَ بِهِ صَوْتٌ onunla bir səs ifadə olunur, أَوْ və ya, صُوِّتَ بِهِ onunla səslənilir, لِلْبَهَائِمِ heyvanlara. فَالْأَوَّلُ birincisi, yəni səs ifadə olunan söz; غَاقْ "Qaq" kimidir, وَ الثَّانِي ikincisi, yəni heyvanlara səslənmək üçün çıxarılan səsin nümunəsi; نَخْ "Nex" kimidir. وَ إِنَّمَا بُنِيَتِ الْأَصْوَاتُ ism-i əsvat məbni olur, لِأَنَّهَا لاَ يَقَعُ لَهَا çünki onlar üçün, تَرْكِيبٌ bir tərkib, يَقْتَضِي الْإِعْرَابَ i'rabı tələb edən, yoxdur. لِأَنَّ وَضْعَهَا çünki ism-i əsvatın qoyulması, عَلَى أَنْ olması üzərindədir, يُنْطَقَ بِهَا onunla danışılması, مُفْرَدَةً tək olaraq. فَإِذَا أَرَدْتَ istədikdə; حِكَايَةَ صَوْتِ الْغُرَابِ qarğanın səsini ifadə etməyi, تَقُولُ deyirsən; غَاقْ "qaq" kimi, وَ إِذَا أَرَدْتَ və istədikdə, إِنَاخَةِ الْبَعِيرِ dəvənin oturmasını, قُلْتَ deyirsən; نَخْ "nex" kimi.

Esvat & Səslər

İsm-i əsvat, yəni səslərin adları məbniyyatdan sayılır. İsm-i əsvat, özü ilə bir səs ifadə olunan və ya heyvanlara səslənmək üçün deyilən hər bir sözdür. Özü ilə səs ifadə olunan sözə misal غَاقْ "Qaq", heyvanlara səslənmək üçün istifadə olunan sözə misal isə نَخْ "Nex" kimidir. İsm-i əsvat, i'rabı tələb edən bir tərkib kimi olmadığı üçün məbni olur. Çünki bu sözlərin qoyulması müfrəd olaraq deyilmək üçündür, yəni tək sözlərdir. Əgər qarğanın səsini ifadə etmək istəsən, غَاقْ "qaq" deyirsən. Əgər dəvəni oturtmaq istəsən, نَخْ "nex" deyirsən.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › e. Əsvat və Səslər
🎓
Xoş gəldiniz! Sual soruşun!