5. Məbni İsim
اَلْمَبْنِيُّ
وَ هُوَ الَّذِي سُكُونُ آخِرِهِ وَ حَرَكَتُهُ لاَ بِعَامِلٍ، نَحْوُ؛ كَمْ وَ أَيْنَ وَ حَيْثُ وَ هَؤُلاَءِ. وَ سُكُونُ آخِرِ الْمَبْنِيِّ كَمَا فِي كَمْ يُسَمَّى وَقْفًا وَ حَرَكَتُهُ تُسَمَّى فَتْحًا كَمَا فِي أَيْنَ وَ كَسْرًا كَمَا فِي هَؤُلاَءِ وَ ضَمًّا كَمَا فِي حَيْثُ
وَ هُوَ الَّذِي və mebni isim odur ki; سُكُونُ آخِرِهِ son hərfinin səkin olması, وَ حَرَكَتُهُ və hərəkəsinin səkin olması, لاَ بِعَامِلٍ bir amil ilə olmayan isimdir, نَحْوُ misalı belədir; كَمْ “neçə ?” və أَيْنَ “harada” və حَيْثُ “harada olursa, hara olursa” və هَؤُلاَءِ “bunlar” kimi. وَ سُكُونُ آخِرِ الْمَبْنِيِّ və mebni sözlərin sonunda olan səkin, كَمَا فِي كَمْ “kəm-neçə ?” kimi, يُسَمَّى وَقْفًا vəqf adlanır, وَ حَرَكَتُهُ və hərəkəsi, تُسَمَّى فَتْحًا fətḥa adlanır, كَمَا فِي أَيْنَ “eyne-harada” olduğu kimi, وَ كَسْرًا və kəsra adlanır, كَمَا فِي هَؤُلاَءِ “hevulai-bunlar” sözündə olduğu kimi, وَ ضَمًّا dəmma adlanır, كَمَا فِي حَيْثُ “haysu-harada olursa, hara olursa” sözündə olduğu kimi.
Mebni İsim
Hərəkəsi və sonunda olan hərfi bir amil olmadan səkin olan sözlərə mebni isimlər deyilir. Yəni o isim həmişə məczum, məftuh, mədmum və ya məksur olur. Heç vaxt başqa hərəkəni qəbul etməzlər, yalnız keçid zamanı kəsra ala bilərlər كَمِ السَّاعَةُ؟ “Saat neçədir?” və ya مِنِ اسْمِهِ “Adından” misalında olduğu kimi. Mebni isimlərə misallar;
| كَمْ | Neçə? | Vəqf |
| أَيْنَ | Harada? | Fətḥa |
| حَيْثُ | Harada olursa | Dəmma |
| هَؤُلاَءِ | Bunlar | Kəsra |
Mebni sözlərin sonunda olan səkin كَمْ sözündə olduğu kimi vəqf adlanır, mebni sözlərin sonunda olan hərəkəsi isə أَيْنَ sözündə olduğu kimi fətḥa, هُؤُلاَءِ sözündə olduğu kimi kəsra və حَيْثُ sözündə olduğu kimi dəmma adlanır. Yəni كَمْ sözü üçün vəqf üzərində, أَيْنَ sözü üçün fətḥa üzərində, هُؤُلاَءِ sözü üçün kəsra üzərində və حَيْثُ sözü üçün dəmma üzərində mebnidir deyilir.