c. Bədəl | 4
اَلْبَدَلُ
وَ الثَّالِثُ الْبَدَلُ؛ وَ هُوَ تَابِعٌ مَقْصُودٌ بِمَا نُسِبَ إِلَى الْمَتْبُوعِ دُونَهُ وَ هُوَ عَلَى أَرْبَعَةِ أَضْرُبٍ
وَ الثَّالِثُ الْبَدَلُ tabilərin üçüncüsü bedeldir; وَ هُوَ və o bedel olan söz; تَابِعٌ مَقْصُودٌ məqsəd olunan bir tabe, بِمَا elə bir şeydə ki, نُسِبَ aid oldu, إِلَى الْمَتْبُوعِ metbu’una, دُونَهُ metbu’undan başqa, وَ هُوَ və bedel, عَلَى أَرْبَعَةِ أَضْرُبٍ dörd hissəyə bölünür
Bedel
Tabilərin üçüncüsü bedel olan sözdür. Bedel; metbu’una aid edilən şeydə məqsəd olunan bir tabe olur. Metbu’u məqsəd olunan deyil. Bedel, bedel-i küll min el-küll, bedel-i bə’z min el-küll, bedel-i iştimal və bedel-i ğalat olmaqla dörd hissəyə bölünür.
| بَدَلُ الكُلِّ مِنَ الْكُلِّ | İkinci sözün mənası birincinin tamıdır |
| بَدَلُ الْبَعْضِ مِنَ الْكُلِّ | İkinci sözün mənası birincinin bir hissəsidir |
| بَدَلُ الْإِشْتِمَالِ | Birinci ilə ikinci arasında əlaqə var |
| بَدَلُ الْغَلَطِ | Birinci ilə ikinci arasında əlaqə yoxdur |
Yuxarıda birinci və ikinci dediyimiz sözlər bedel və mübdelun minh (özündən bedel olunan) olan sözlərdir. Mübdelun minh birinci söz, bedel isə ikinci sözdür.