Tabilər | 5

اَلتَّوَابِعُ

وَ التَّوَابِعُ؛ وَ هِيَ كُلُّ ثَانٍ مُعْرَبٍ بِإِعْرَابِ سَابِقِهِ مِنْ جِهَةٍ وَاحِدَةٍ وَ هِيَ خَمْسَةٌ

وَ التَّوَابِعُ və tabe olan sözlər, وَ هِيَ və o sözlər ki; كُلُّ ثَانٍ مُعْرَبٍ bütün ikinci irablanan isimlərdir, بِإِعْرَابِ سَابِقِهِ özündən əvvəl gələn, yəni tabe olduğu sözün irabı ilə irablanan, مِنْ جِهَةٍ وَاحِدَةٍ bir tərəfdən, وَ هِيَ خَمْسَةٌ və tabe olan sözlər beş ədəddir

Tabe olanlar

Tabe olan isimlər; özündən əvvəlkinin irabı ilə bir tərəfdən irablanan isimlərdir və beş ədəddir. Bir tərəfdən irablanmaqdan məqsəd bir sözə tabe olub onun irabını almasıdır. Məsələn, inne və oxşarlarının təsir etdiyi mübtəda və xəbər onun mənsub ismi və mərfu xəbəri olur. Hər nə qədər xəbər mübtədaya bağlı olsa da irabı mübtəda ilə eyni növdən deyil. Burada bir tərəf deyilməsinin səbəbi tabe olduğu söz hansı şərtlə irab alırsa, ikinci söz də o şərt və xüsusiyyətlə o irabı almalıdır.

İzhar kitabında Musannıf İmam Birgəvi kitabı amil, mamul və irab (əməl) olaraq 3 hissəyə bölmüşdür. Tabe olanlar mövzusu İzhar kitabında 30 ədəd olan mamullar hissəsində yer alır. Mamullar əsas və tabe olmaq üzrə iki yerə ayrılır. Əsasən mamul olan sözlər 25 ədəddir, məsələn inne-nin ismi və xəbəri, kâne-nin ismi və xəbəri kimi. Bu əsasən tabe olan sözlər kitabın amil hissəsində bəhs olunan amillərlə mamul olurlar. Lakin 30 mamulun 5-i bir sözə (özündən əvvəlki) tabe olmaqla mamul olurlar. Bunlar da tə’kid, sifət, bədəl, atf-u bəyan və atf-u nəsək (hərflərlə edilən atf) olaraq 5 ədəddir. Nahiv dərsləri hissəsində bu tabe olan sözlərə dair ətraflı məlumat ala bilərsiniz. Biz mətnə sadiq qalaraq irəliləyəcəyik, təfsilatını isə şərhdə verəcəyik.

Tabe olanlar
اَلتَّأْكِيدُ Tə’kid
اَلصِّفَةُ Sifət
اَلْبَدَلُ Bədəl
عَطْفُ الْبَيَانِ Atf-u Bəyan
عَطْفُ النَّسَقِ Atf-u Nəsək
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Tabilər | 5
🎓
Xoş gəldiniz! Sual soruşun!