Ləfzi izafətin faydaları
فَوَائِدُ إِضَافَةِ اللَّفْظِيَّةِ
وَ أَمَّا الْإِضَافَةُ اللَّفْظِيَّةُ فَلاَ تُفِيدُ تَعْرِيفًا وَ لاَ تَخْصِيصًا. لِأَنَّ قَوْلَكَ؛ ضَارِبُ زَيْدٍ أَيْضًا بِمَعْنَى ضَارِبٌ زَيْدًا، بِلاَ إِفَادَةِ تَعْرِيفِ الْمُضَافِ. وَ إِنَّمَا تُفِيدُ التَّخْفِيفَ بِحَذْفِ التَّنْوِينِ فِي الْمُفْرَدِ وَ النُّونِ فِي التَّثْنِيَةِ، نَحْوُ؛ اَلضَارِبَا {ضَارِبَا} زَيْدٍ، وَ فِي الْجَمْعِ، نَحْوُ؛ اَلضَارِبُو {ضَارِبُو} زَيْدٍ. وَ لَمْ يَجُزِ الضَّارِبُ زَيْدٍ لِعَدَمِ التَّخْفِيفِ، وَ إِنَّمَا جَازَ الضَّارِبُ الرَّجُلِ لِلْحَمْلِ عَلَى الْحَسَنِ الْوَجْهِ
Lafzi izafete gəldikdə isə, bu izafə nə təariflik, nə də təxsislik vermir. Çünki sənin "ضَارِبُ زَيْدٍ" (Zeydi döyən) ifadən, "ضَارِبٌ زَيْدًا" (Zeydi döyən) mənasındadır və muzafın təarifli olmasını ifadə etmir. Lafzi izafə yalnız müfrəddə tənvinin, təsniyə və cəmdə isə nunun hazfi ilə yüngüllük (təxfiq) verir. Misal üçün: "ضَارِبَا زَيْدٍ" (Zeydin iki döyəni), cəmdə isə "ضَارِبُو زَيْدٍ" (Zeydin döyənləri) kimi. Lakin "الضَّارِبُ زَيْدٍ" kimi ifadə yüngüllük olmadığı üçün caiz deyil. Amma "الضَّارِبُ الرَّجُلِ" (Adamın döyəni) kimi ifadə caizdir, çünki bu, "الْحَسَنِ الْوَجْهِ" (Üzü gözəl) izafəsinə atfedilmişdir.
Lafzi İzafənin Faydaları
Lafzi izafə, təariflik və təxsislik vermir. Sənin "ضَارِبُ زَيْدٍ" (Zeydin döyəni) ifadəndə muzaf olan ismi-failin marifə bir ismə izafə edilməsi ilə marifə olmasını ifadə etmir, çünki bu tərkib "ضَارِبٌ زَيْدًا" (Zeydi döyən) mənasındadır.
Lakin müfrəddə tənvinin, təsniyə və cəmdə isə nunların hazfi ilə yüngüllük verir, misal:
ضَارِبُ زَيْدٍ
"Zeydin döyəni" və,
ضَارِبَا زَيْدٍ
"Zeydin iki döyəni" və,
ضَارِبُو زَيْدٍ
"Zeydin döyənləri" kimi.
Lakin "الضَّارِبُ زَيْدٍ" kimi tərkibdə yüngüllük olmadığı üçün belə izafə caiz deyil.
Amma "الضَّارِبُ الرَّجُلِ" (Adamın döyəni) kimi tərkib caizdir, çünki "الْحَسَنُ الْوَجْهِ" (Üzü gözəl) tərkibinə atfedilmişdir.