i. Leyse mənasında olan Mâ və Lâ-nın xəbəri

خَبَرُ مَا وَ لاَ بِمَعْنَى لَيْسَ

وَ هِيَ اللُّغَةُ الْحِجَازِيَّةُ وَ التَّمِيمِيَّةُ، تَرْفَعُهُمَا عَلَى الْإِبْتِدَائِيَّةِ وَ الْخَبَرِيَّةِ، فَيَقُولُونَ؛ مَا زَيْدٌ مُنْطَلِقٌ. وَ إِذَا تَقَدَّمَ الْخَبَرُ عَلَى الْمُبْتَدَإِ فَالرَّفْعُ لاَزِمٌ، نَحْوُ؛ مَا مُنْطَلِقٌ زَيْدٌ. وَ إِذَا انْتَقَضَ النَّفْيُ بِإِلاَّ فَالرَّفْعُ لاَزِمٌ، نَحْوُ؛ مَا زَيْدٌ إِلاَّ مُنْطَلِقٌ

وَ هِيَ اللُّغَةُ الْحِجَازِيَّةُ وَ التَّمِيمِيَّةُ leyse "deyil" mənasında olan mâ və lâ-nın xəbərləri Hicaz və Təmim ləhcələrinə görədir, تَرْفَعُهُمَا mâ və lâ özündən sonrakı (iki) kəlməni ref edir, عَلَى الْإِبْتِدَائِيَّةِ وَ الْخَبَرِيَّةِ mübtəda və xəbər olmaq üzrə, فَيَقُولُونَ və belə deyirlər; مَا زَيْدٌ مُنْطَلِقٌ "Zeyd gedici deyil" kimi. وَ إِذَا تَقَدَّمَ الْخَبَرُ xəbər mübtəda üzərinə irəli çəkildikdə, عَلَى الْمُبْتَدَإِ mübtəda üzərinə, فَالرَّفْعُ لاَزِمٌ yenə ref vacibdir, نَحْوُ misalı belədir; مَا مُنْطَلِقٌ زَيْدٌ "Zeyd gedici deyil" kimi. وَ إِذَا انْتَقَضَ النَّفْيُ və mâ və lâ-nın nefy (olumsuzluğu) illâ ilə pozulduqda, بِإِلاَّ illâ ilə, فَالرَّفْعُ لاَزِمٌ yenə ref vacibdir, نَحْوُ misalı belədir; مَا زَيْدٌ إِلاَّ مُنْطَلِقٌ "Zeyd ancaq gedicidir" kimi.

Leyse Mənasında olan Mâ və Lâ-nın Xəbəri

Hicaz və Təmim ləhcələrinə görə leyse mənasında olan mâ və lâ, mübtəda və xəbər üzərinə gəlib ikisini də ref edir və belə deyirlər;

مَا زَيْدٌ مُنْطَلِقٌ

"Zeyd gedici deyil" tərkibində مَا kəlməsi leyse mənasında nefy hərfidir, زَيْدٌ onun ismi və مُنْطَلِقٌ kəlməsi isə xəbəridir.

Xəbər mübtəda üzərinə irəli çəkildikdə ref vacibdir, misalı;

مَا مُنْطَلِقٌ زَيْدٌ

"Zeyd gedici deyil" kimi.

Mâ və lâ-nın olumsuzluğu illâ ilə pozulduqda, xəbərin refi vacibdir, misalı;

مَا زَيْدٌ إِلاَّ مُنْطَلِقٌ

"Zeyd ancaq gedicidir" kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › i. Leyse mənasında olan Mâ və Lâ-nın xəbəri
🎓
Xoş gəldiniz! Sual soruşun!