MECRURLAR
اَلْمَجْرُورَاتُ
اَلْمَجْرُرَاتُ İKİ QİSMƏ BÖLÜNÜR; İZAFƏT İLƏ MECRUR OLAN VƏ HƏRF-İ CƏR İLƏ MECRUR OLAN, MİSAL: غُلاَمُ زَيْدٍ VƏ سِرْتُ مِنَ الْبَصْرَةِ إِلَى الْكُوفَةِ
اَلْمَجْرُورَاتُ, yəni mecrurlar, iki qismə ayrılır: birincisi izafət ilə mecrur olan, ikincisi isə hərf-i cər ilə mecrur olan isimlərdir. Misalları: غُلاَمُ زَيْدٍ "Zeydin oğlu" və سِرْتُ مِنَ الْبَصْرَةِ إِلَى الْكُوفَةِ "Bəsradan Kufəyə getdim" kimi.
Mecrurlar
Mecrur olan isimlər iki qismdə araşdırılır. Birincisi izafət ilə, yəni muzafun ileyh olma səbəbindən mecrur olan isimlər və ikincisi isə izafət hərfləri adlanan hərf-i cərlər ilə cər olunan isimlərdir. Misalları sırası ilə:
غُلاَمُ زَيْدٍ
"Zeydin oğlu" və,
سِرْتُ مِنَ الْبَصْرَةِ إِلَى الْكُوفَةِ
"Bəsradan Kufəyə getdim" ifadələrində olduğu kimi. Mecrurlar mövzusunda hərf-i cərlər izah edilməyəcəkdir. Hərf-i cərlər hərflər babında araşdırılacaq. Mecrurlar mövzusunda yalnız izafət ilə mecrur olan isimlərdən bəhs ediləcəkdir.