Mənsub və ya mərfu müstəsna
اَلْمُسْتَثْنَى الْمَنْصُوبُ وَ الْمَرْفُوعُ
وَ يَجُوزُ النَّصْبُ وَ يُخْتَارُ الْبَدَلُ فِي الْمُسْتَثْنَى بَعْدَ إِلاَّ فِي كَلاَمٍ غَيْرِ مُوجَبٍ وَ ذُكِرَ الْمُسْتَثْنَى مِنْهُ، نَحْوُ قَوْلِهِ تَعَالَى؛ مَا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِنْهُمْ النساء ٦٦ وَ إِلاَّ قَلِيلًا
وَ يَجُوزُ النَّصْبُ və müstəsnanın nəsbi caizdir, وَ يُخْتَارُ الْبَدَلُ və bədəl olaraq seçilməsi də caizdir, فِي الْمُسْتَثْنَى بَعْدَ إِلاَّ illâ-dan sonrakı müstəsnada, فِي كَلاَمٍ غَيْرِ مُوجَبٍ qeyri-mücbir, yəni müsbət olmayan, mənfi olan kəlamda, وَ ذُكِرَ الْمُسْتَثْنَى مِنْهُ və müstəsna minh-in zikr olunduğu yerdə, نَحْوُ قَوْلِهِ تَعَالَى Allah-taalanın bu sözündə olduğu kimi; مَا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِنْهُمْ “Onu etmədilər, yalnız onlardan azı etdi & Onlardan azı istisna olmaqla onu etmədilər” Nisa 66, və ya وَ إِلاَّ قَلِيلًا şəklində olur.
Mənsub və ya Mərcu Müstəsna
Müstəsnanın, illâ-dan sonrakı mənfi kəlamda və müstəsna minh-in zikr olunduğu yerdə nəsbi və bədəl seçilərək rəfi caizdir, misalı;
مَا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِنْهُمْ
“Onu etmədilər, yalnız onlardan azı etdi & Onlardan azı istisna olmaqla onu etmədilər” ayəsində مَا ma-i nafiye, فَعَلُوهُ isə feil+fail+meful, إِلاَّ istisna edatı, قَلِيلٌ kəlməsi isə فَعَلُوهُ feilindəki fail olan vav hərfindən (mübdelun minh) bədəl olaraq gəlir. Halına görə rəf əlamətinə malikdir.
-Müstəsnanın mənsub olması ilə ayənin təqdiri;
مَا فَعَلُوهُ إِلاَّ قَلِيلًا مِنْهُمْ
“Onu etmədilər, yalnız onlardan azı etdi & Onlardan azı istisna olmaqla onu etmədilər” ayəsində müstəsna olan قَلِيلْ kəlməsinin nəsbi də caizdir.