Hal
اَلْحَالُ
وَ هِيَ بَيَانُ هَيْئَةِ الْفَاعِلِ أَوِ الْمَفْعُولِ بِهِ، نَحْوُ؛ ضَرَبْتُ زَيْدًا قَائِمًا. وَ حَقُّهَا التَّنْكِيرُ وَ حَقُّ ذِي الْحَالِ التَّعْرِيفُ. فَإِنْ تَقَدَّمَتْ جَازَ تَنْكِيرُهُ، نَحْوُ؛ جَاءَنِي رَاكِبًا رَجُلٌ
وَ هِيَ və hal, بَيَانُ هَيْئَةِ vəziyyətin izahıdır, الْفَاعِلِ أَوِ الْمَفْعُولِ بِهِ fail və mefulü bih’in, نَحْوُ misalı belədir; ضَرَبْتُ زَيْدًا قَائِمًا "Zeydi ayaqda olduğu halda döydüm" kimi, وَ حَقُّهَا التَّنْكِيرُ və halın haqqı nekirə olmasıdır, وَ حَقُّ ذِي الْحَالِ zil halin (hal sahibi) haqqı isə, التَّعْرِيفُ marifə olmasıdır, فَإِنْ تَقَدَّمَتْ əgər hal zil hal üzərinə qabağa çəkilərsə, جَازَ تَنْكِيرُهُ nekirə olması caizdir, نَحْوُ misalı belədir; جَاءَنِي رَاكِبًا رَجُلٌ "Mənə minici olduğu halda bir adam gəldi" kimi.
Hal
Failin və ya mefulü bih’in vəziyyətini, halını bildirən sözə hal deyilir. Hal ilə bildirilən fail və ya mefulü bihə də zil hal (sahibul-hal), yəni hal sahibi deyilir, misalı;
ضَرَبْتُ زَيْدًا قَائِمًا
"Zeydi ayaqda olduğu halda döydüm" ifadəsində ضَرَبْتُ feil + fail, زَيْدًا sözü mefulü bih açıq, قَائِمًا sözü isə mefulü bih olan زَيْدًا sözünün halıdır. Buna görə də زَيْدًا sözü zil hal, yəni hal sahibidir.
Hal olan sözün haqqı nekirə, zil hal olan sözün haqqı isə marifə olmaqdır. Lakin hal, zil hal üzərinə qabağa çəkilərsə, o zaman nekirə olması caizdir, misalı;
جَاءَنِي رَاكِبًا رَجُلٌ
"Mənə minici olduğu halda bir adam gəldi" ifadəsində رَاكِبًا sözü hal olub, zil hal olan رَجُلٌ sözündən əvvəl gəlmişdir. Buna görə də zil hal olan رَجُلٌ sözü nekirə olaraq gəlmişdir.