Təmiyiz
اَلتَّمْيِيزُ
هُوَ مَا يَرْفَعُ الْإِبْهَامُ عَنِ الْمُفْرَدِ أَوْ عَنْ نِسْبَةٍ فِي الْجُمْلَةِ. فَالْأَوَّلُ كَقَوْلِهِمْ؛ عِنْدِي رَاقُودٌ خَلاًّ وَ مَنَوَانِ سَمْنًا وَ عِشْرُونَ دِرْهَمَا وَ مِلْؤُهُ عَسَلاً. وَ الثَّانِي كَقَوْلِهِمْ؛ طَابَ زَيْدٌ نَفْسًا وَ طَارَ عَمْرٌو فَرْحًا
هُوَ temyiz, مَا elə bir sözüdür ki, يَرْفَعُ الْإِبْهَامُ qeyri-müəyyənliyi aradan qaldırır, عَنِ الْمُفْرَدِ müfrəddən, أَوْ عَنْ نِسْبَةٍ və ya cümlədəki nisbətdən qeyri-müəyyənliyi aradan qaldırır, فِي الْجُمْلَةِ cümlədə. فَالْأَوَّلُ birincisi, yəni müfrəddən qeyri-müəyyənliyi aradan qaldırmaq məsələsinə gəlincə; كَقَوْلِهِمْ ərəblərin bu sözlərində olduğu kimi; عِنْدِي رَاقُودٌ خَلاًّ "Yanımda bir küp sirkə var" və عِنْدِي مَنَوَانِ سَمْنًا "Yanımda iki men (ölçü vahidi) yağ var" və عِنْدِي عِشْرُونَ دِرْهَمَا "Yanımda iyirmi dirhəm var" və عِنْدِي مِلْؤُهُ عَسَلاً "Yanımda bir qab dolusu bal var" kimi. وَ الثَّانِي ikinci, yəni cümlədəki nisbetdən yaranan qeyri-müəyyənliyə gəlincə; كَقَوْلِهِمْ ərəblərin bu sözlərində olduğu kimi طَابَ زَيْدٌ نَفْسًا "Zeyd, nəfs baxımından gözəl oldu" və طَارَ عَمْرٌو فَرْحًا "Amr, sevincdən (sevinc baxımından) uçdu" kimi.
Temyiz
Müfrəd bir söz və ya cümlədəki nisbetdən yaranan mənaca qeyri-müəyyənliyi aradan qaldıran sözə temyiz deyilir. Müfrəddən qeyri-müəyyənliyin aradan qaldırılmasına misallar;
عِنْدِي رَاقُودٌ خَلاًّ
"Yanımda bir küp sirkə var" və,
عِنْدِي مَنَوَانِ سَمْنًا
"Yanımda iki men (ölçü vahidi) yağ var" və,
عِنْدِي عِشْرُونَ دِرْهَمَا
“Yanımda iyirmi dirhəm var” və,
عِنْدِي مِلْؤُهُ عَسَلاً
“Yanımda bir qab dolusu bal var” kimi. Bu tərkiblərdə ardıcıl olaraq “Yanımda bir küp, iki ölçək mən, 20 və bir dolu var” desək, bu deyilən sözlərin mənaca qapalı olduğu görünür. Yəni yanımda 20 nə var? Bu qapalılığı aradan qaldırmaq üçün müfrəd, mənsub və nəkirə olaraq təmiz sözləri gətirilir. Məsələn, “Yanımda bir küp sirkə var” dedikdə, küpün mənaca tam olduğu ortaya çıxır. Məsələn, təravih iyirmidir desək, bunun hansı baxımdan olduğunu bilməyə bilərik. 20 günmü, 20 saatmı, 20 ilmi deyə soruşarıq. رَكْعَةً (rəkat) olaraq deyiləndə, mənası tam olur. Yəni رَكْعَةً sözü, 20 sözünün təmizidir.
Cümlədə ortaya çıxan nisbətdən, yəni fail və ya məfulə aid bir olqudakı qapalılığın aradan qaldırılmasına misallar:
طَابَ زَيْدٌ نَفْسًا
“Zeyd, nəfs baxımından gözəl oldu” və,
طَارَ عَمْرٌو فَرْحًا
“Amr, sevincdən (sevinc baxımından) uçdu” kimi. Bu tərkiblərdə yalnız fiil və fail olsaydı “Zeyd gözəl oldu” və “Amr uçdu” deyərdik. Mənaca yüz faiz natamam olmasalar da, söz gözəlliyindən dolayı qarşı tərəfdə maraq oyadan hallar ortaya çıxa bilər. Yəni Zeyd hansı baxımdan gözəl oldu, ya da Amr hansı baxımdan uçdu? Yəni fiilin aid olduğu olqu nədir? Məhz burada təmiz edici olaraq نَفْسًا və فَرْحًا sözləri işə düşür və Zeyd nəfs baxımından gözəl oldu, Amr sevincdən havalara uçdu deyib mənanı tam edirik.