Məkan zərfi

وَ الْمَكَانِ؛ Əgər məkan zərfi mübhəm olsa, fiy hərfi-cərrinin təqdiri ilə nasb olunur, misal; قُمْتُ أَمَامَكَ, və mübhəm olan altı istiqamətdir, misal; خَلْفَكَ və أَمَامَكَ və فَوْقَكَ və تَحْتَكَ və يَمِينَكَ və شِمَالَكَ. Əgər məkan zərfi müəyyən olsa, nasb olunmur, mütləq fiy hərfi-cərrinin ləfzən gəlməsi lazımdır, misal; صَلَّيْتُ فِي الْمَسْجِدِ

وَ الْمَكَانِ və məkan zərfi, إِنْ كَانَ مُبْهَمًا əgər mübhəm (qapalı, qeyri-müəyyən) zərf olsa, يُنْصَبُ nasb olunur, بِتَقْدِيرِ فِي fiy hərfi-cərrinin təqdiri ilə, misal; قُمْتُ أَمَامَكَ “Sənin önündə durdum” kimi. وَ الْمُبْهَمُ mübhəm məkan zərfləri; هُوَ الْجِهَاتُ السَّتُّ altı istiqamətdir; misal; خَلْفَكَ “Arxan” və أَمَامَكَ “Önün” və فَوْقَكَ “Üstün” və تَحْتَكَ “Altın” və يَمِينَكَ “Sağın” və شِمَالَكَ “Solun” kimi. Əgər məkan zərfi müəyyən olsa, nasb olunmur, əksinə, o məkan zərfi üçün fiy hərfi-cərrinin ləfzən gəlməsi mütləqdir, misal; صَلَّيْتُ فِي الْمَسْجِدِ “Məsciddə namaz qıldım” kimi.

Məkan Zərfi

Məkan zərfi əgər mübhəm (qeyri-müəyyən, qapalı) zərf olsa, fiy hərfi-cərrinin təqdiri ilə nasb olunur, misal:

قُمْتُ أَمَامَكَ

“Sənin önündə durdum” kimi. أَمَامَكَ sözünün önündə müqəddər فِي hərfi-cərr var.

Mübhəm məkan zərfləri altı istiqamət adlarıdır, bunlar:

أَمَامُ ön
خَلْفُ arxa
فَوْقُ üst
تَحْتُ alt
يَمِينُ sağ
شِمَالُ sol

Məkan zərfi əgər müəyyən olsa, nasb olunmur və o məkan zərfi üçün ləfzən فِي hərfi-cərrinin zikri mütləqdir, misal:

صَلَّيْتُ فِي الْمَسْجِدِ

“Məsciddə namaz qıldım” kimi. Burada صَلَّيْتُ الْمَسْجِدَ deyilib فِي təqdiri edilməz, əksinə فِي ləfzən gəlir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Məkan zərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!