Zaman zərfi

وَ ظَرْفُ الزَّمَانِ؛ يُنْصَبُ بِتَقْدِيرِ فِي، سُوَاءٌ كَانَ مُعَيَّنًا، نَحْوُ؛ جِئْتُ يَوْمَ الْخَمِيسِ أَوْ مُبْهَمًا، نَحْوُ؛ أَتَيْتُهُ يَوْمًا وَ بُكْرَةً وَ ذَاتَ لَيْلَةٍ

وَ ظَرْفُ الزَّمَانِ və zaman zərfi, يُنْصَبُ nəsb olunur, بِتَقْدِيرِ فِي "fi" hərfi-cərrinin təqdiri ilə, سُوَاءٌ fərq etməz, مُعَيَّنًا müəyyən (dəqiq) zaman zərfi, نَحْوُ misal belədir; جِئْتُ يَوْمَ الْخَمِيسِ "Cümə axşamı gəldim" kimi, أَوْ مُبْهَمًا və ya mübhəm (naməlum) zaman zərfi, نَحْوُ misal belədir; أَتَيْتُهُ يَوْمًا "Bir gün ona gəldim" və أَتَيْتُهُ بُكْرَةً "Səhər tezdən ona gəldim" və أَتَيْتُهُ ذَاتَ لَيْلَةٍ "Bir gecə ona gəldim" kimi.

Zaman Zərfi

Zaman zərfi istər müəyyən (dəqiq bir zaman), istərsə də mübhəm (naməlum bir zaman) olsun, "fi" hərfi-cərrinin təqdiri ilə nəsb olunur. Müəyyən zaman zərfinə misal:

جِئْتُ يَوْمَ الْخَمِيسِ

"Cümə axşamı gəldim" kimidir. Bu tərkibin təqdiri:

جِئْتُ فِي يَوْمِ الْخَمِيسِ

"Cümə axşamı günü gəldim" kimidir.

Mübhəm zaman zərfinə misal:

أَتَيْتُهُ يَوْمًا

"Bir gün ona gəldim" və,

أَتَيْتُهُ بُكْرَةً

"Səhər tezdən ona gəldim" və,

أَتَيْتُهُ ذَاتَ لَيْلَةٍ

"Bir gecə ona gəldim" kimidir. Bu tərkiblərdə təqdiri hərfi-cərrini ləfzi etsək فِي يَوْمٍ və فِي بُكْرَةٍ və فِي ذَاتَ لَيْلَةٍ şəklində olur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Zaman zərfi
🎓
Xoş gəldiniz! Sual soruşun!