c. Mef'ulu fih
اَلْمَفْعُولُ فِيهِ
وَ هُوَ ظَرْفُ الزَّمَانِ وَ الْمَكَانِ، نَحْوُ؛ قُمْتُ يَوْمَ الْجُمْعَةِ وَ سِرْتُ أَمَامَكَ
وَ هُوَ və mefulu fih, ظَرْفُ الزَّمَانِ zaman zərfi və وَ الْمَكَانِ məkan zərfi olaraq iki yerə bölünür, نَحْوُ misalları belədir; قُمْتُ يَوْمَ الْجُمْعَةِ “Cümə günü qalxdım” və سِرْتُ أَمَامَكَ “Sənin önündə yürüdüm” kimi.
Məfulu Fih
Məfulu fih, zaman və məkan zərfi olmaq üzrə iki yerə bölünür. Zaman zərfi olaraq misalı;
قُمْتُ يَوْمَ الْجُمْعَةِ
“Cümə günü qalxdım” və məkan zərfi olaraq misalı isə;
سِرْتُ أَمَامَكَ
“Sənin önündə yürüdüm” kimi.
Zaman zərfini tapmaq üçün “nə vaxt” və məkan zərfini tapmaq üçün “harada” sualını veririk. Birinci misalın failinə nə vaxt qalxdın deyə soruşsaq يَوْمَ الْجُمْعَةِ “Cümə günü” cavabını alarıq. İkinci misalın failinə harada yürüdün deyə soruşsaq أَمَامَكَ “Sənin önündə” cavabını alarıq. Bu iki ifadənin əvvəlində gizli bir فِي hərfi-cərr vardır.